Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1
Rusiya sarsıldı: Kəşfiyyat onu Moskvada öldürdü

Rusiyanın aparıcı raket alimlərindən və peyklər və PUA-ları üçün avtomatik idarəetmə və naviqasiya sistemləri hazırlayan Moskvadakı "Mars" Eksperimental Dizayn Bürosunda layihə rəhbərinin müavini və proqram təminatının rəhbəri Mixail Şatski paytaxt Moskvada parkda silahlı basqın nəticəsində öldürülüb.

Raketləri X-69 səviyyəsinə qədər təkmilləşdirməklə məşğul olan rusiyalı raket mütəxəssisinin Ukrayna kəşfiyyatı tərəfindən öldürüldüyü bildirilir.

Mixail Şatski bu həftə Moskvanın cənub-şərqindəki Kotelniki qəsəbəsindəki Kuzminki meşə parkında ölü tapılıb.

Sui-qəsd haqqında ilk məlumat verən mühacirətdə olan jurnalist Aleksandr Nevzorov deyib ki, Şatski X-59 raketlərinin aşağıdan uçan səsdən aşağı uçan X-69 versiyalarına təkmilləşdirilməsinə də nəzarət edib.

Ukrayna mediasının verdiyi xəbərə görə, Şatski Ukrayna ordusunun HUR müdafiə kəşfiyyat agentliyi tərəfindən təşkil edilən “xüsusi əməliyyat” çərçivəsində qətlə yetirilib.

Adı açıqlanmayan Kiyev təhlükəsizlik mənbəsi Ukraynanın “Suspilne” nəşrinə bildirib ki, Rusiya hərbi-sənaye kompleksinin inkişafında bu və ya digər şəkildə iştirak edən və buna görə də Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən hər kəs qanuni hədəfdir.

 

 

 

Tramp İranla müharibəyə hazırlaşır?

Donald Tramp ikinci prezidentlik dövründə İrana qarşı müharibə ehtimalını istisna etməyib.

Bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

“Hər şey ola bilər. Bu, çox qeyri-sabit vəziyyətdir”, - Tramp bildirib.

HTŞ lideri Colani İbrahin Kalına sürücülük etdi - Video

"Heyət Təhrir əl-Şam" (HTŞ) lideri Əbu Muhammed Colani kimi tanınan Əhməd Hüseyn əl Şara Dəməşqə gedən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının xidməti avtomobilini idarə etməklə ona sürücülük edib.

 Colaninin İbrahim Kalına sürücülük etməsi kameralara düşüb.

MİT sədri İbrahim Kalın Suriya səfəri çərçivəsində Dəməşqdə ilk olaraq Əməvi məscidində namaz qılıb. 

MİT rəhbəri  İbrahim Kalının Əməvi məscidinə səfəri zamanı Suriyalı müxalifət lideri Məhəmməd Colaninin rəsmi avtomobili sürdüyü görüntülər bomba kimi gündəmə gəlib. 

İbrahim Kalın səfər çərçivəsində HTŞ lideri Əbu Məhəmməd Colani kimi tanınan Əhməd Hüseyn əl-Şara və müvəqqəti hökumətin baş naziri Məhəmməd Əl-Bəşirlə görüşüb.

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər - Foto

Bəşər Əsədin devrilməsindən sonra tapılan sənədlər Əsəd rejiminin İsraillə bir çox məsələdə əməkdaşlıq etdiyini və gizli əlaqənin olduğunu ortaya çıxarıb.

Bu barədə məlumatı Suriyadakı jurnalistlər aşkar edib.

Tapılan sənədlərdə "Suriya Ərəb Respublikası”nın rəsmi blankları və kəşfiyyat şöbəsinin möhürləri var.

Sənədlər arasında İsrailin Suriyanı “İran və Hizbullahın hərbi aktivlərinin axınının qarşısını almağa” çağırdığı məktub da var.

Dəməşqlə İsrail arasında gizli əlaqə “Musa” kod adlı agent keçmiş rejimin müdafiə naziri, general-leytenant Əli Mahmud Abbas vasitəsilə həyata keçirilib.

Sənədlərə görə, İsraillə əlaqədən sonra məlumatlar daha sonra Suriyanın Milli Təhlükəsizlik Bürosunun rəisi Əli Məmlükə ötürülüb.

Tapılan bir sənəddə isə 7 may 2023-cü ildə İsrail qüvvələri İranın Əsəd rejimi ilə əlaqəli olan hərbi qüvvələrin məntəqələrini hədəfə alması ilə bağlı məlumat əksini tapıb.

Sənədlər Əsəd rejiminin təkcə İsraildən kəşfiyyat məlumatları almadığını, həm də İranın mövqelərinə qarşı hücumları aktiv şəkildə əlaqələndirdiyini ortaya qoyur.

Sənədlərdə İsrailin Əsəd rejimi ilə məlumat mübadiləsi aparması, xəbərdarlıq və tövsiyələr verməsi, hücumlarla bağlı məlumat verməsi, o cümlədən Əsəd rejiminin İsraillə kəşfiyyat məlumatlarını paylaşdığını və hadisələrin inkişafı ilə bağlı məlumat verdiyini görmək olar.

Kreml Suriya müxalifəti ilə masaya oturdu - Razılıq

Moskva Suriyada qurulan yeni hökumətlə görüş keçirirək yaranmış vəziyyət və atılacaq addımları müzakirə edilib.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov bildirib ki, görüş Dəməşqdə baş tutub.

"Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Onlar diplomatik missiyanın nümayəndələri ilə görüşürlər. Səfirliyimiz də onlarla görüşüb”, - Boqdanov qeyd edib.

Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov, təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Boqdanov deyib ki, hərbi bazalar Suriya ərazisində qalır: "Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib" .

Netanyahudan İran xalqına: Ölkəniz düşünüldüyündən tez azad olacaq

İsrailin Baş naziri Binyamin Netanyahu birbaşa İran xalqına videomüraciət edərək, ölkəsinin bütün qonşuları ilə sülhə nail olmağa çalışdığını və onların arasında azad İranı görmək istədiyini bildirib. Bununla belə, o əlavə edib ki, bu, tezliklə - çoxlarının düşündüyündən tez baş verə bilər.

Videomüraciət Netanyahunun “X” səhifəsində yerləşdirilib.

“Mən açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə sülhün tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz İran xalqı bunu bilirsiniz. Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz, ancaq sizə zülm edən və bizi təhdid edən bir rejim altında əziyyət çəkirsiniz. Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq.

Qadınlar, həyat, azadlıq - bu, İranın gələcəyidir, bu, dinc gələcəkdir və mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən də tez həyata keçirəcəyik. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh qalasına çevirəcəyik”, - siyasətçi əlavə edib.

Duqindən Türkiyəyə "savaş" mesajı: Oranı türklərdən təmizləmişik

"Tarixdə Ukrayna adlı dövlət olmayıb. Bu torpaqlar Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında mübarizə ərazisi olub".

Bunu rusiyalı politoloq və ideoloq Aleksandr Duqin deyib.

Duqinin fikrincə, Rusiya-Ukrayna münaqişələrini sırf regional miqyasda azaltmaq mümkün deyil, bu, daha çox geosiyasi məsələdir və ya daha geniş miqyasda nəzərdən keçirilməlidir, çünki əslində, Ukrayna millətinin kimliyi çox yeni və sünidir.
O əlavə edib ki, tarixdə heç vaxt Ukrayna kimi bir şey olmayıb: "Bu, sadəcə olaraq, Rusiya imperiyası ilə Polşa və Avstriya arasında mübahisəli ərazi, Qərb və Şərq sivilizasiyaları arasında sərhəddir. Siyasi baxımdan Ukrayna ilk olaraq türklərdən azad edildi və bu, Novorossiya və ya Şərqi Ukrayna adlanan bölgə idi.

Bu, hansısa xəyali Ukrayna dövlətinə deyil, Osmanlı İmperiyasına aiddir. Bu, iki imperiyanın, yəni Rusiya İmperiyası və Osmanlı İmperiyası arasında müəyyən sərhəd əraziləri uğrunda mübarizəsi idi. Ukrayna mövcud olmadığı üçün bu ssenaridə yer almayıb. Ukraynanın qərb hissəsi də eyni xalq, eyni mədəniyyət və eyni din, yəni pravoslav idi, lakin qərb hissəsi monqol istilasından sonra Litva və Polşanın, sonra isə qismən Avstriyanın təsiri altında idi".
O əlavə edib ki, ruslar ukraynalılarla eyni ağacın kökləriyik.

20 yanvardan sonra... “Kreml də atəşkəsin əleyhinə deyil”-ilginc açıqlamalar

“Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O Prezident səlahiyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar”.

Musavat.com-un məlumatına görə, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Siyasi analitikə görə, hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur: “Bu gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun administrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.

Ermənistan nədən narahatdır? - Elxan Şahinoğlu açıqladı | KONKRET

E.Şahinoğlu əmindir ki, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır:

“Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa ABŞ-ın PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.

Politoloq hesab edir ki, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var: “Tramp ABŞ-ın iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın Prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-da dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artmasına hədəflənib”.

Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki...

Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb:

"Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sühh və əminamanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq. İkitərəfli əlaqələr inkişaf edəcək. Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı”.

Zelenskidən ŞOK: "Ukrayna bu torpaqları Rusiya ərazisi kimi tanıyırsa..." 

“Əgər çoxlu qüvvəmiz, texnikamız, tərəfdaşlarımızdan istədiklərimiz olsaydı, cəbhədə daha çox təzyiq göstərə bilərdik. Əgər bizdə belə qüvvələr çatmırsa, o zaman bəzi məsələləri diplomatik yolla həll etmək olar. Bu da düzgün addımdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski CBN-yə müsahibəsində deyib.

Eyni zamanda o vurğulayıb ki, Ukrayna işğal edilən əraziləri qanuni olaraq Rusiya ərazisi kimi tanımayacaq.

“Əvvəllər orada çoxlu insan yaşayırdı. Evlərini itirdilər, kimsə canını verdi, çox adam əsir düşdü, on minlərlə uşaq sürgün edildi. Çox şeyi məhv etdilər. Onda hər şeyi bağışlayın?”, - Ukrayna prezidenti əlavə edib.

Onun sözlərinə görə, əgər Ukrayna qanuni olaraq müvəqqəti işğal edilən əraziləri Rusiya kimi tanıyırsa, deməli, “biz onları (rusları - red.) bağışlamışıq, bu o deməkdir ki, dünya sakitləşib və onlara imkan verib. Ona görə də bu, hüquqi baxımdan mümkün deyil. Ancaq diplomatik olaraq - məqsədlərinizə çatmaq lazımdır”, - deyə Zelenski bildirib

Xəbər lenti