![]() |
|
“Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb”.
Report” xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.
Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.
Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.
İndoneziyanın Proboliqo şəhərinin rəsmiləri COVID-19 rejiminə riayət etməyən sakinlərə qarşı sərt cəza qaydası təyin edib.
“The Jakarta Post” nəşi yazır ki, koronavirus rejimini pozan sakinləri pandemiyadan vəfat etmiş şəxslərin daşınmasında istifadə edilən dəfn avtomobilində gəzdirirlər.
İndoneziyanın Koronavirusla Xüsusi Mübarizə Qurumunun rəhbəri bildirib ki, bu tədbir sosial tərbiyə üsulu kimi istifadə olunur.
Qeyd edək ki, İndoneziya COVID-19-dan ən çox zərər çəkmiş ölkələrdən biridir.
Son rəqəmlərə əsasən, İndoneziyada 196 989 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, 8 130 xəstə pandemiyanın qurbanı olub. oxu.az
Ötən gün ərzində ABŞ-ın bəzi ştatlarında havanın temperaturu 30 dərəcə enib və güclü qar yağmağa başlayıb.
“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, Montana və Kolorado ştatlarının bir çox şəhərlərində qütb burulğanı adlanan hava fenomeni səbəbindən havanın temperaturu qısa müddətdə 30-33 dərəcə düşüb. Belə ki, bir gün əvvəl 30-35 dərəcə istilərin hökm sürdüyü iki ştatda saatlar içində havanın temperaturunun 1-3 dərəcəyə düşməsilə qış mövsümü başlayıb.
Ani temperatur düşüşünə görə sözügedən ştatlarda qar yağmağa başlayıb.
Sentyabr ayında yağan qardan təəccüblənən ABŞ-ın digər ştatlarında olan insanlar bu əyləncəli və nadir təbii hadisəni izləmək üçün Montana və Koloradoya axın ediblər. Hadisə ABŞ sosial mediasında da gündəm yaradıb.
Bu hava fenomeninin təsirinin azalması ilə hava istiliyinin sentyabrın 10-dan etibarən mövsümi normaya yüksələcəyi gözlənilir.
2017-ci ildə İstanbulun Ortaköy rayonunda Reina gecə klubunda yeni il axşamı terror törədən Özbəkistan vətəndaşı Abdulqadir Maşaripova hökm oxunub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hökmə əsasən terrorçuya 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Maşaripov ümumilikdə 1368 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, terror zamanı 39 nəfər dünyasını dəyişmiş, 79 nəfər isə yaralanmışdı. Ölənlər arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya, İsrail vətəndaşları da var idi. Terror zamanı Rusiya vətəndaşı olan azərbaycanlı Nuranə Həsənova da dünyasını dəyişmişdi.
2 min xüsusi təyinatlının iştirakı ilə keçirilmiş 4 əməliyyatdan son anda qurtulan Maşaripov hadisədən 17 gün sonra Esenyurtda bir evdə tutulmuşdu.
Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.
“Express”in məlumatına görə, Fransin adlı qadın ilk əvvəl öz cismi üzərində pərvaz etdiyini gördüyünü deyib:
“Onların məni diriltməyə çalışdıqlarını izləyirdim. Birdən ətrafımı dəhşətli canlılar bürüdü, mən onları “qaranlıq mələklər” adlandırıram. Onlar qafiyə ilə dedilər: “İşıqdan qaranlığa”. Qafiyənin qalan hissəsini xatırlamıram”.
Fransinin sözlərinə görə, qaranlıq varlıqlar onu bir heç olana qədər hissələrə parçaladılar.
“Biz sözün əsl mənasında xəstəxananın salonlarından keçdik və damına uçduq. Sonra cəhənnəmə düşdüm və kürəyi üstə uzandım. Başqa ruhların fəryadlarını və ağrılarını eşidirdim. Qəzəbli bir varlıq məni dindirirdi və bu, əbədiyyətə qədər uzandı. O, nəyə inandığımı və kimə ibadət etdiyimi bilmək istəyirdi”, - deyə qadın etiraf edib.
Fransin əvvəlcə onlardan qorxduğunu, sonra itaət etməyi dayandırdığını və geri qayıtmaq üçün onları inandırmağa çalışdığını deyib:
“Mən İsa Məsihə inandığımı və onun mənə zərər verəcəyini düşünmədiyimi dedim. Sonra qəfil cəhənnəmi tərk etdim”.
Bundan sonra qaranlıq varlıqlar Fransinə bütün həyat yolunu göstərərək, etdiyi səhvlərə diqqətini çəkiblər.
“Bu düzəliş o qədər təfərrüatlı idi ki, hətta kiməsə pis baxışımın olduğu anları göstərdilər. Davranışımın başqalarına necə zərər verdiyini nümayiş etdrdilər, başqalarını daha çox sevməyim lazım olduğunu bildirdilər”, - deyə qadın qeyd edib.
Sonda qadın özünü anasının bətnində hiss edib.
“Mən dünyaya gələnə qədər hər şey sakit idi. Mənə dünyanın ilk şərinin doğumu həyata keçirən həkimin “Budur, daha bir balaca fahişə dünyaya gəldi”, - deməsi ilə başladığını dedilər. Mən bunu eşitdim və çox kədərləndim. Bundan sonra mən minlərlə dəfə öldüm və dirildim. Bu sonsuzluq əsl cəhənnəm idi və bunun bitməsini istəyirdim”, - deyə Fransin bildirib.
Bəzi tədqiqatçılar, xəstənin izah etdiyi şeylərin normal bir fenomen olduğuna inanırlar. Onların fikrincə, belə bir təcrübə mütləq şəkildə insanın cənnəti, cəhənnəmi və ya ölümdən sonrakı həyatı gördüyü anlamına gəlmir.
“Bu, sağ qalma texnikası üçün beynin özünü skan etməsi də ola bilər”, - deyə Nyu-Yorkun Langon Tibb Məktəbinin reanimasiya və həyata qaytarma tədqiqatlarının direktoru Dr.Sem Parniya bildirib. Oxu.az
“Netflix”in Türkiyə serialı olan “Aşk 101”in baş qəhrəmanları koronavirusa yoluxub. Belə ki, ekran işinin əməkdaşları arasında aparılan test nəticələrindən sonra üç aktyorda virus aşkarlanıb.
“Qafqazinfo”nun məlumatına görə, onlar Alina Boz, Kubilay Aka və İpek Filiz Yazıcıdır.
Layihənin çəkilişləri dayandırılıb və üç tanınmış sima müalicə olunmağa başlayıb.
İranın şimalında 5.1 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 02:04-də Gülüstan vilayətində qeydə alınıb.
Zəlzələnin episentri Ramiyan bölgəsində, ocağı isə 9 km dərinlikdə yerləşib.
Yaşayış binalarının dağıldığı Elhadi və Quruçay kəndlərində axtarış-xilasetmə işləri davam edir.
Türkiyədə azyaşlı qızlar arasında dava intihara cəhd ilə nəticələnib.
Uşaq evində iki qız qrupu arasında başlayan davada rəfiqələr əl-ələ verərək binanın damında intihara cəhd edib.
Polislərin müdaxiləsi ilə onlar damdan endirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb. //Oxu.az
Rusiyanın paytaxtı Moskva hava limanlarında bir sıra aviareyslər ləğv edilib.
"Qafqazinfo" xəbər verir ki, "Vnukovo" hava limanında 4 aviareys ləğv edilib, 2-si gecikir.
"Şeremetyevo"da 3 reys, "Domodedovo"da isə 5 aviareys ləğv edilib.
ABŞ Prezidenti Donald Tramp Səhiyyə nazirliyindən koronavirus peyvəndinin hazırlanmasını sürətləndirməyi tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Bildirilib ki, Tramp müşavirələrdə peyvənd məsələsinə daha çox diqqət ayırır. O, vaksinin il sonunadək hazırlanmasını tələb edir.
Güman edilir ki, Tramp öz reytinqini artırmaq üçün noyabrın 3-nə planlaşdırılan prezident seçkilərinə qədər peyvəndi təqdim etmək istəyir.
Qeyd edək ki, ABŞ koronavirusun yayılmasına görə, dünyada birinci yerdədir. Ölkədə 6,4 milyon insan koronavirusa yoluxub, 3,7 milyon nəfər sağalıb, 193 min pasiyent dünyasını dəyişib.