ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

Report xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.

Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.

Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.

Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib.

Qeyts tarix verdi

“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.
O, ABŞ-ın oktyabr ayının sonuna qədər koronavirus peyvəndi əldə edə bilməyəcəyini və bu vaxta qədər sınaqdan keçirilən yalnız bir peyvəndin ABŞ-da istifadəyə hazır ola biləcəyinə inanır.

"Peyvəndlərin heç birinin ABŞ-da oktyabr ayının sonuna qədər təsdiqlənməyəcəyi ehtimalı var. Hər şey yaxşı olarsa, oktyabr ayının sonuna qədər təcili istifadə üçün təsdiqlənə biləcək yeganə peyvənd “Pfizer” şirkətinindir", - CNBC kanalına açıqlamasında Qeyts bildirib.

“Microsoft”un qurucusu effektiv olduğu sübut olunarsa, gələn ilin dekabr və ya növbəti ilin yanvar aylarına qədər ABŞ-da peyvənd istifadəsinə icazə veriləcəyinə ümid edir.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma sayı 6,5 milyonu keçib.

Hazırda ölkədə “Moderna”, “Pfizer” və “AstraZeneca” kimi şirkətlər tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin klinik sınaqları davam edir. Bundan əvvəl Prezident Donald Tramp 3 noyabr prezident seçkiləri gününə qədər ABŞ-da COVID-19 peyvəndinin hazır ola biləcəyini söyləmişdi.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stiven Hah, “Financial Times” qəzetinə verdiyi müsahibəsində faydalarının potensial risklərdən çox olduğu təqdirdə, klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləmişdi.

Mütəxəssislərin ehtimallarına görə, planetin 70% sakini koronavirusa qarşı peyvənd olunsa və ya hər hansı başqa üsulla immun sistemi qazana bilsə, pandemiya tamamilə başa çatacaq.publika

Akopyan dalaşıb, istefa verdi
Paşinyan ailəsində hər şey qarışıqdır. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan əri ilə mübahisə etdikdən sonra “Təbəssüm şəhəri” Fondunun Himayəçilik Şurasının sədri vəzifəsindən istefa verib.

Qazet.az xəbər verir ki, Akopyan öz gedişi barədə Feysbuk hesabında yazıb.

Ermənistanın AntiFake.am saytı baş nazirin ailəsində mübahisəyə nəyin səbəb olduğunu öyrənib.

Məlum olduğu kimi, Nikol Paşinyan şəxsi Feysbuk səhifəsində səhiyyə nazirinə “Yolyan” Hematoloji Mərkəzinin direktoru ilə əmək müqaviləsini uzatmaq tapşırığı verdiyini bildirib. Daha öncə Səhiyyə Nazirliyi Hematoloji Mərkəzin direktoru Samvel Danielyanla müqavilənin ləğvi barədə qərar qəbul etmişdi.

Problem ondan ibarət idi ki, professor Danielyanın vəzifəsinə Anna Akopyan namizəd idi. Arsen Torosyanın qərarı Hematoloji Mərkəzin tibb heyəti tərəfindən çox mənfi qarşılanıb. Onlar direktorun qanunsuz olaraq vəzifəsindən azad edilməsinə etiraz əlaməti olaraq ya işdən çıxacaqlarını, ya da qanunsuz qərara yenidən baxılmayacağı təqdirdə tətil elan edəcəklərini bildiriblər.

“Ölkədə və tibb müəssisələrində onsuz da gərgin olan vəziyyəti nəzərə alaraq, eləcə də vəziyyətin daha təhlükəli ola biləcəyini dərk edərək, Nikol Paşinyan professor Danielyanın işdən azad edilməsi qərarından imtina etmək qərarına gəlib. Lakin Anna Akopyan bu vəzifəyə namizədliyini israrlı şəkildə irəli sürməklə qanunsuz prosesin davam etdirilməsini tələb edib və gedən tibb işçilərinin yerinə öz adamlarının təyin olunacağını bildirdib. Nikol Paşinyan bunun əleyhinə idi” , – saytın mənbəsi bildirib.axar.az

Türkiyə daha iki şəhid verdi

Türkiyə Ordusunun İraqın şimalında həyata keçirdiyi “Pələng Pəncəsi” əməliyyatı bölgəsində iki əsgər şəhid olub, bir əsgər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 sentyabr 2020-ci il tarixində “Pələng Pəncəsi” əməliyyat zonasında separatçı terror təşkilatı üzvlərinin atəş etməsi nəticəsində iki qəhrəman əsgərimiz şəhid olub və bir qəhrəman əsgərimiz isə yaralanıb”,- deyə məlumatda bildirilib.

Prezident naziri küçədə döydü
Qvineya prezidenti Alfa Konte Əmək nazirini küçənin ortasında yumruqlayıb.

Axsam.az xəbər verir ki, dövlət başçısı hökumət üzvünü öz vəzifələrini kifayət qədər yerinə yetirməməkdə və işinə qarşı səhlənkarlıqda ittiham edərək, onu küçənin ortasında döyməyə başlayıb.

Nazir isə zərbələrdən yayınmağa çalışıb.

Sözügedən videonu təqdim edirik:

Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu

Britaniyalı kişi koronavirus pandemiyası zamanı karantin tədbirlərinə riayət etməyin orijinal üsulunu tapıb. Belə ki, o, maska əvəzinə boğazına ilan dolayıb gəzir.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Yayılan görüntülərdə üzünə maska taxmaq əvəzinə boğazına ilan dolamış kişinin avtobusda əyləşdiyi görünür.

Avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyiblər, beləliklə kişi eyni anda iki hədəfinə çatıb: ilan onun həm maskası olub, həm də sosial məsafəyə şərait yaradıb. oxu.az

Azərbaycan vətəndaşı onu cərimələyən polisi dişlədi - Rusiyada

Rusiyanın Volqoqrad vilayətində Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarının əməkdaşının çiynini dişləyib. Gorvesti.ru xəbər verir ki, Traktorozavodski Rayon Məhkəməsi həmin şəxs barəsində qərar verib.

Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşı inzibati xəta törədib. Hüquq-mühafizə orqanlarının əməkdaşı onun barəsində protokol tərtib etməyə başladıqda, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına hücum edərək çiynindən dişləyib.

Ona qarşı “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanıb.

Həmin şəxs səhvini etiraf edərək tutduğu əməldən peşman olduğunu bildirib. Buna görə də o, yüngül cəza ilə cazalandırılıb; 10 min rubl (226 AZN) cərimələnib.

Koronavirusla bağlı XOŞ XƏBƏR
Alimlər koronavirusu zərərsizləşdirməyi bacarıblar.

“Ölkə.Az” xəbər verir ki, Pitsburq universitetinin alimləri koronavirusu ən aşağı dozada da tamamilə zərərsizləşdirə bilən bir protein kəşf ediblər. Bu barədə “Cell” jurnalı xəbər verir.

Bu koronavirusa qarşı vaksinin hazırlanması üçün istifadə edilən tam uzunluğu antikordan on qat kiçik bir protein birləşməsidir.

Aşkarlanan kiçik zülal, toxumaya nüfuz etmək qabiliyyətinə malikdir, bu da virusu zərərsizləşdirmək üçün daha əlverişli şərait yaradır. Bu zaman molekullar insan hüceyrələri ilə  birləşmir, bu da mənfi yan təsirləri minimuma endirir.

Özünü “cin çıxardan” kimi tanıdaraq qadınları cinsi istismar etdi
Evliliklərini xilas etmək vədilə qadınları cinsi istismar edən kişi saxlanılıb.

“Hürriyet”in məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.

Məlumata görə, özünü “cin çıxardan” kimi tanıdan 48 yaşlı Burhat D. ərləri ilə ayrılmaq ərəfəsində olan qadınlara edilən “cadunu” pozacağı, problemlərini həll edəcəyi vədi ilə onlardan həm pul alıb, həm də bədənlərinin müxtəlif yerlərinə müxtəlif yazılar yazaraq cinsi istismar edib.

Polis hadisə ilə bağlı istintaqa başlayıb. Burhan D. isə məhkəmənin qərarı ilə həbs olunub. oxu.az

Ərdoğan İlham Əliyevə məktub yazdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.

Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.

Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

Xəbər lenti