![]() |
|
Azərbaycan vətəndaşı Əlizadə Ruslan Tofiq oğlunun adı da axtarılanlar siyahısına salınıb.
O, ağır cinayət törətməkdə şübhəli bilinir.
1980-ci il təvəllüdlü şəxs özünü Xaqani Tofiq oğlu Quliyev kimi təqdim edə bilər.
Qeyd edilib ki, onun əsas xüsusiyyətləri boyunun 170 sm, orta bədən quruluşlu, qısa tünd saçlı olmasıdır.media.az
Azertac xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.
Nazir bildirib ki, kəşfiyyat və əməliyyat uğurlu nəticə verib və Bitlisdə 6 terrorçu pilotsuz uçan aparat vasitəsilə məhv edilib.
İranda yeni təhsil ili bu gündən etibarən başlanılıb.
Modern.az-ın məlumatına görə, yeni təhsil ilinin başlanması ilə əlaqədar tədbirə İran prezidenti Həsən Ruhani və təhsil naziri Möhsün Hacı Mirzayi vidoe-konfrans vasitəsi ilə qatılıblar.
Beləliklə İranda yeni təhsil ili ötən illərlə müqayisədə iki həftə tez başlanılıb.
Məlumatda bildirilir ki, məqsəd ötən ilin təhsil çatışmazlığını aradan qaldırmaqdır.
İranın Koronavirusla Mübarizə Milli Komitəsi İranda dərslərin səhiyyə protokolları əsasında keçirilməsinə icazə verib.
Qeyd edək ki, koronavirusun yayılması səbəbi ilə İranın bəzi bölgələrində təhsil virtual qaydada keçirilir.
Əlavə edək ki, İranda 19 fevralda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Ötən günədək İranda 382 772 nəfər koronavirusa yoluxub, 22 044 nəfər bu virusdan ölüb və 330 338 nəfər sağalıb.
Banqladeşdə məscidlərin birində baş vermiş partlayış nəticəsində 11 nəfər həlak olub.
Modern.az-ın məlumatına görə, azı 50 nəfər yaralanıb. Qeyd olunur ki, partlayış cümə namazı zamanı baş verib.
Yaralılar xəstəxanalara çatdırılıb.
Partlayışa qaz borusunda sızma səbəb olub. Sızma nəticəsində məsciddə altı kondisioner partlayıb.
Rusiya hərbi gəmiləri Bakı limanından yola salınıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.
Əgər infeksiya ilə mübarizə üzrə məqsədyönlü və yoxlanılmış addımlar atılsa, dövlətlər koronavirus pandemiyası ilə əlaqədar özünü təcridetmə tədbirlərinin təkrar tətbiqindən qaça bilər.
Belə fikirlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki brifinqdə çıxış edib.
O özünü təcridetməni bir çox ölkələrdə ağır nəticələrə gətirib çıxaran "düzxətli alət” kimi qiymətləndirib. ÜST rəhbəri qeyd edib ki, məqsədyönlü tədbirlərin uyğunluğu olacağı tədirdə gələcəkdə özünütəcrid etmədən qaçmaq olar.
Bu baxımdan ÜST rəhbəri diqqəti "COVID-19 xəstəliyinə məqsədyönlü reaksiyanı hədəfə almaq üçün məlumat əsaslı yanaşmadan istifadə edən bir çox ölkələrin təcrübəsinə yönəldib.
Onun sözlərinə görə, bu, həmin ölkələrə "hər hansı yeni ocağa sürətli cavab vermək istəyini qoruyaraq tədricən və təhlükəsiz şəkildə açılma imkanı" verir.
Qebreyesus vurğulayıb ki, dövlətlər dörd əsas vəzifəni yerinə yetirməlidir: - xüsusi halda, kütləvi tədbirləri keçirməkdən çəkinmək, əhalinin özünü və başqalarını başqa infeksiyadan qorunması imkanını təmin etmək, diqqəti sağlamlığın qorunmasının baza məsələlərinə cəmləmək və əhalinin zəif qruplarını koronavirusdan qorumaq.
Baş direktor yaxın aylarda COVID-19 vaksini haqqında yaxşı xəbərlərin olacağına ümidini ifadə edib. Onun sözlərinə görə, nə vaxt ki, bu baş verəcək, "effektiv vaksini tətbiq etmək lazım olacaq".
Almaniyanın Solingen şəhərindəki bir evdə 1 və 8 yaş arasında 5 uşaq cəsədi tapılıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müraciət əsasında bir ailənin qaldığı evə gedən polis 5 uşaq cəsədi ilə qarşılaşıb. Uşaqların 1, 2, 3, 6 və 8 yaşları olduğu bildirilib.
Məlumata görə, hadisədən əvvəl Düsseldorfda yaşayan uşaqların nənəsi polisə zəng edərək qızının 5 uşağını öldürdüyünü və başqa bir uşaqla intihar etmək üçün yola çıxdığını xəbər verib.
Qısa müddət sonra uşaqların anası Düsseldorfdakı “S 1” metro qatarı qarşısında özünü relslərə ataraq intihara cəhd edib və ağır yaralanıb. Qadının hazırda polis qoruması altında olduğu bildirilib.
Polis uşaqların necə öldürüldüyü barədə açıqlama verməyib.
Son sutkada Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 10 pasiyent ölüb.
Bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 4 867 nəfərə çatıb.
“Moskvada 10 pasiyent vəfat edib. Onların hamısında pnevmoniya diaqnozu təsdiqlənib və koronavirus infeksiyası testləri müsbət nəticə verib”, - deyə xəbərdə bildirilir.
Rusiyada Yol Patrul Xidmətinin əməkdaşları “Orenburq – Orsk” avtomagistralında yerləşən stasionar postda xidmət aparan zaman avtomobil daşıyan yük maşınını saxlayıblar. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılan “Renault Premium” markalı maşının qoşqusunda, 8 ədəd avtomobil olub: “Toyota Camry” (2 ədəd), “Kia” (2 ədəd), “Toyota Land Cruiser” , “Land Rover” və “BMW”.
Mövcud sənədləri yoxlayan və avtomobillərə baxış keçirən polis əməkdaşları, 6 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin saxta olduğunu, “BMW”-nin isə İnterpol tərəfindən axtarıldığını müəyyən edib.
Aparılan araşdırma zamanı, saxta sənədli avtomobillərin Rusiyanın müxtəlif regionlarından, “BMW”-nin isə Almaniyadan qaçırıldığı məlum olub.
Qeyd edək ki, avtomobillərdən yalnız biri, “Toyota Camry”-nin sənədləri qaydasında olub.
Hazırda bütün nəqliyyat vasitələri müsadirə olunaraq cərimə meydançasına yerləşdirilib.
Bildirilir ki, avtomobillər sahiblərinə geri qaytarılacaq.
Bu istiqamətdə araşdırmalar davam etdirilir.
Rusiya prezidenti Vladimir Putin yeni yolun açılışında iştirak edib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Krım yarımadasındakı yeni “Tavrida” avtomagistralında maşın da sürüb.
O, “Aurus” markalı avtomobilin sükanı arxasına keçərək təhlükəsizlik kəmərini taxarkən isə belə deyib: “Təhlükəsizlik kəmərini taxmaq lazımdır, əks halda cərimə ödəmək lazım gələcək”.