![]() |
|
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Türkiyənin dövlət başçısına çatdırıb.
Milli Məclisin Sədri bildirib ki, Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birini dəstəkləyir və bir-birinə arxalanırlar: “Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı şəxsən Sizin, xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun, Milli müdafiə naziri cənab Hulusi Akarın bəyanatları Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılanıb. Biz qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik və bu dəstəyin birmənalı şəkildə ifadə olunmasına görə Sizə və Türkiyə hökumətinin üzvlərinə dərindən təşəkkür edirik”.
Sahibə Qafarova bildirib ki, “Bölgədə baş verən hadisələrin Türkiyə üçün doğurduğu təhdidlər ciddidir, biz bunu görürük: “Bununla belə, Türkiyə dövlətinin, ən əsası isə Zati-alinizin bu təhdidlərə qarşı qətiyyətli mövqeyiniz Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur.
Suriya, İraq, Liviya, Qaradəniz, Aralıq dənizi və Egey dənizində vermiş olduğunuz mücadilə Türk xalqının haqlı maraqlarını qorumaq üçün verilən milli mücadələdir. Biz bunun fərqindəyik.
Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edərkən də dediyi kimi, biz Azərbaycan olaraq bu haqlı mübarizəsində qardaş Türkiyənin yanındayıq və nə olursa olsun, qardaş Türkiyə Cümhuriyyətini dəstəkləyəcəyik. Çünki Türkiyə sadəcə bizim strateji tərəfdaşımız deyil, qardaş dövlətimizdir. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin liderləri olaraq cənab İlham Əliyevlə Sizin aranızda mövcud olan səmimi dostluq və qardaşlıq ölkələrimiz arasında da olan münasibətlərə və dəstəyə əlavə təkan verir”.
Milli Məclisin Sədri Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib və bunun qardaş ölkənin enerji ehtiyaclarının təmin olunmasında mühüm rolunu vurğulayıb:
Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş parlamentə uğurlar arzulayıb.
Türkiyənin dövlət başçısı onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələrdir:
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birilərini dəstəkləyirlər.
Bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk”.
Prezident Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman belə olacağını diqqətə çatdırıb. İki ölkənin bölgədə birgə həyata keçirdikləri iqtisadi layihələrə toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri strateji əməkdaşlığımızın bir parçasıdır. Prezident iki qardaş ölkənin parlamentləri arasındakı münasibətlərdən də məmnunluğunu ifadə edib. Beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyə parlamentarilərinin birlikdə və çiyin-çiyinə fəaliyyət göstərməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib.
APA "France Presse"agentliyinə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib.
"Vəziyyət daha da çətinləşəcək. Oktyabr və noyabr aylarında biz daha çox ölüm halları görəcəyik", Hans Kluqe bildirib.
ÜST rəsmisi deyib ki, yoluxma hallarındakı artım günlük ölümlərin də artımına səbəb olacaq: "Mən anlayıram ki, indiki məqamda ölkələr pis xəbər eşitmək istəmir. Mən pozitiv mesaj göndərmək istərdim ki, bu pandemiya bitəcək. Tez-tez eşidirəm ki, peyvənd pandemiyanı sonlandıracaq Təbii ki, bu, belə deyil. Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq. Fərqli peyvəndlər sifariş etməli olsaq, bu, sadəcə texniki-maddi baxımdan bir kabus olacaq! Pandemiyanın sonu bir cəmiyyət olaraq bu pandemiya ilə necə yaşamağı öyrənəcəyimiz andır. Bu, bizə bağlıdır və düşünürəm ki, çox müsbət bir mesajdır".
Qeyd edək ki, bu gün və sabah ÜST-ə üzv 55 Avropa ölkəsi koronavirusla bağlı virtual müzakirə keçirəcək və 5 illik strategiya barədə razılığa gələcəklər. /APA
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi “İldırım-2 Ciko” antiterror əməliyyatı çərçivəsində bir hərbçi şəhid olub.
Trend xəbər verir ki, Daxili Qoşunların sıravi hərbi qulluqçusu Hakkari vilayətinin Yüksekova bölgəsində mağaraya sıxışdırılan terrorçularla atışmada həlak olub.
Əməliyyat zamanı iki terrorçu öldürülüb.
“Veçernya Moskva”nın məlumatına görə, bu barədə rusiyalı həkim-immunoloq Vladislav Jemçuqov bildirib.
Mütəxəssis bunlar arasında immunodepressiv preparatların tətbiqi ilə əlaqəli xəstəlikləri vurğulayıb. Belə xəstəliyin ən sadə nümunəsi kimi o, onkoloji xəstəlikləri göstərib.
Həkim peyvəndlə əlaqəli bütün məsələlərin xəstənin həkimi tərəfindən həll edilməli olduğunu xatırladıb.
Bundan əlavə, Jemçuqovun sözlərinə görə iltihablı və otoimmün xəstəlikləri, qanın sistemli xəstəlikləri və Qırmızı qurd eşənəyi xəstəliyi olanlara COVID-19-a qarşı peyvənd vurdurmaq olmaz. (oxu.az)
ABŞ Prezidenti Donald Tramp Çin mərkəzli “TikTok” tətbiqetməsinə 15 sentyabr tarixinə qədər verilən müddətin uzadılmayacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək seçkilər üçün əsas ştatlardan biri olan Miçiqan səfərindən əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.
“Bu ölkədə “Tiktok”u ya təhlükəsizlik səbəbiylə bağlayacağıq, ya da bu tətbiqetməni başqa bir ABŞ şirkətinə satacağıq”,- deyə Amerika lideri qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Donald Tramp “TikTok”un ABŞ qolunun Amerika şirkətinə satılmayacağı təqdirdə, sosial media platformasının 15 sentyabrda qadağan ediləcəyini açıqlamışdı.
Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan “Microsoft”un verdiyi açıqlamada, “TikTok” tətbiqinin ABŞ aktivlərinin alınması yönündə danışıqların aparıldığı bildirilmişdi.
“Daily Mail”in məlumatına görə, kadrlar İspaniyanın Miranda de-Ebro şəhərindəndir.
Zərərçəkənin əmisinin sözlərinə görə, maska uşağın boğazında olub.
Video sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.oxu.az
“ABŞ Prezidenti Donald Tramp Amerikada pandemiya başlamazdan əvvəl koronavirusun təhlükəli olduğunu bilsə də bəyanatlarında bu təhlükəni kiçildib”.
“Qafqazinfo” “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu fikirlər məşhur amerikalı jurnalist Bob Vudvordun yeni kitabında yer alıb.
Kitabda qeyd olunan məlumata görə, 7 fevralda Vudvordla söhbət zamanı Tramp virusun “ölümcül təhlükə” yaratdığını etiraf edərək koronavirusun adi qrip virusundan beş qat daha çox ölümcül olduğunu bildirib. Müəllif Trampın bu açıqlamalarının xalq arasında “virus yox olacaq” bəyanatları ilə tamamilə ziddiyyət təşkil etdiyini sözlərinə əlavə edib.
Bununla yanaşı Vudvord kitabında Trampı etibarını doğrultmayan və prezident kimi ən vacib vəzifələrinə laqeyd yanaşan bir şəxs kimi təsvir edib.
Vudvordun kitabı noyabrın 3-də ABŞ-da keçiriləcək seçkilərdən bir ay yarım əvvəl, 15 sentyabrda nəşr olunacaq. Kitab Trampın Vudvorda 2019-cu ilin dekabr və bu ilin iyul ayları arasında verdiyi 18 müsahibə əsasında yazılıb.
Cənub-Şərqi Asiyanın gənc sakini, qeyri-adi bir hadisədən sonra təcili tibbi yardıma müraciət edib.
Bu barədə “LAD İncil” portalı məlumat verib.
Belə ki, 18 yaşlı Sirafop Masukarat adlı gənc unitaza oturduqdan sonra qəfildən kəskin ağrı hiss edib. Bu anda unitazda olan piton ilanı gəncin qasığını dişləyib. Kiçik ilan zəhərli olmasa da, gəncə ciddi zərər vurub.
"Hər yerdə qan var idi. Kiçik bir ilan idi, ancaq dişləməsi çox güclü idi",- deyə, zərərçəkən bildirib.
Həkimlər gəncin yarasına bir neçə tikiş qoyublar.
İlan isə mütəxəssislər tərəfindən tutularaq, meşəyə buraxılıb.
Bu barədə məlumatı Amerika Cons Hopkins Universiteti yayıb.
Bildirilir ki, indiyə qədər COVID-19-dan 900 079 nəfər dünyasını dəyişib, 18 606 083 xəstə isə müalicə olunub. Ümumilikdə dünyada 27 695 130 koronavirus hadisəsi qeydə alınıb.
Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkətindən bu il dekabrın 31-nə qədər alınan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün THY bilet qaydalarında yeni dəyişiklik edib. Yeni qaydaya uyğun olaraq, martın 21-dən bu yana alınan və dekabrın 31-nə qədər yazılacaq olan bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq.
Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər orijinal biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir. Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq.
Qeyd etmək lazımdır ki, bilet dəyişikliyi zamanı ortaya çıxacaq digər ödənişlər (valyuta fərqi, sinif, və istiqamət dəyişikliklərindən ortaya çıxacaq ehtimal fərqlər, vergi fərqləri və s.) sərnişin tərəfindən ödənilməlidir.
Tətbiq olunacaq yeni qaydaya uyğun olaraq sərnişin yeni səyahət tarixinə qərar verməyibsə, biletini açığa ala bilər. Başqa sözlə desək, yeni səyahət tarixi seçənədək düşünə bilər. Lakin bunun üçün də mütləq uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşlar ləğv edilməlidir.
Müəyyən ediləcək yeni səyahət 2021-ci ilin dekabrın 31-dək tamamlanmış olmalıdır. Biletlərin keçərliliyi də 2021-ci ilin 31 dekabrına qədər uzadıla bilər.