![]() |
|
Belaruslu oyun dizayneri Andrey Maksimov “Youtube” kanalında təhlükəsizlik qüvvələrinə videomüraciət ünvanlayıb. O, videoda etirazları dağıdan maskalı hüquq-mühafizə orqanlarının əməkdaşlarının kimliyini müəyyənləşdirə bilən süni intellektin işini təsvir edib.
“Qafqazinfo” xəbər verir ki, videomüraciətdə Maksimov təhlükəsizlik işçilərini etirazçıları dağıtmaq əmrlərini yerinə yetirməməyə çağırıb və onların kimliyinin sonradan müəyyən edilə biləcəyini bildirib.
Videoda maskalı çevik polis üzvlərinin etirazçıları həbs etdiyi kadrlar yer alıb. Daha sonra isə alqoritm onların əsl üzlərini və şəxsi məlumatlarını ortaya çıxarıb.
Proqramçı “Getmək üçün son şansınız var” deyərək etirazların dağıdılmasında iştirak edən təhlükəsizlik əməkdaşlarını xəbərdar edib.
Xatırladaq ki, Belarusda sentyabrın 23-ü Aleksandr Lukaşenkonun qapalı andiçmə mərasimi baş tutub. Avropa İttifaqının 27 ölkəsi Lukaşenkonu legitim prezident olaraq tanımaqdan imtina edib və andiçmə mərasiminin Belarus xalqının iradəsinə zidd olduğunu bildirib.
Koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər.
Bunu "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts deyib. O, virusa qarşı ilk peyvəndin gələn ilin əvvəllərində istifadəyə hazır olacağını ehtimal etdiyini də deyib.
Ancaq peyvənddən sonra həyat dərhal normal vəziyyətinə qayıtmayacaq. Bunun üçün ən azı bir il daha lazım olacaq. Virusla mübarizə 2022-ci ilin sonlarına kimi davam edəcək.
Xatırladaq ki, ilk olaraq ötən ilin dekabrında Çinin Hubey əyalətində ortaya çıxan virus bu günə kimi 100 minə yaxın insanın ölümünə yol açıb. 31 milyondan çox insan isə virusa yoluxub. Bill Qeyts pandemiya dövründə ən çox müzakirə edilən şəxslərdən biri olub. İddialar arasında virusun onun tərəfindən yaradıldığı da var. baku.ws
Baxar.az xəbər verir ki, etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.
Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.
"Ölkə.Az" ucnoqta.az-a istinadən xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.
İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava yaşanıb. Bu əsanda İzzət Ç. üzərində gəzdirdiyi bıçaqla, Savaş B.-ni qoluna və kürəyinə zərbələr endirib. Yaralanan Savaş B. avtobusdan enərək dayanacağa yıxılıb.
Digər sərnişinlərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.
Xəsarət alan Savaş B., təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü İzzət Ç. isə, polis əməkdaşları tərəfindən həbs edilərək bölməyə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda möhkəm sülhə və sabitliyə aparan yolda ən əsas maneə olduğunu bir daha sübut etdi.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videokonfrans rejimində keçən 75-ci sessiyasının iştirakçılarına müraciətində bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qətnamələrinə uyğun olaraq, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda münaqişələrin, xüsusən Dağlıq Qarabağdakı münaqişənin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq”, - türkiyəli lider deyib.
ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir.
Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.
O, Trampın özündən sitat gətirib: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".
Beləliklə Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib. Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.
"Ölkə.Az" redaktor.az-a isinadən xəbər verir ki, ötən gün axşam satlarından başlayan erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin, Ordumuz düşmənə məxsus PUA-nı vurub. Bir çox hərbi ekspertlər, siyasi şərhçilər son hadisələrdən sonra Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar başlaya biləcəyini deyirlər.
Baş verənlər düşmən ölkədə çaxnaşma və xaos yaradıb. Müharibənin başlayacağından qorxuya düşən ermənilər ərzaq və içməli su tədarük edirlər. İrəvandakı mağazaların qarşısında uzun növbələr yaranıb.
Daha ətraflı videodan izləyin:
Qardaş ölkədə fəaliyyət göstərən “Haber Global” kanalı həm sözügedən təxribat, həm də ölkə başçısı İlham Əliyevin son günlər verdiyi mesajlar barəsində geniş süjet hazırlayıb.
Videonu təqdim edirik:
Sentyabrın 14-dən 20-sinə kimi dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxın artıb.
Ölkə.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunub ki, bu müddət ərzində COVID-19-un yaratdığı xəstəlikdən 37,7 min nəfər həyatını itirib. Həftəlik bülletendə qeyd olunduğu kimi, virusa yoluxanların rəsmi sayı 30,6 milyonu keçib ki, bu da əvvəlki həftəyə nisbətən təxminən 2 milyon və ya 6 faiz çoxdur.
Son yeddi gün ərzində təşkilata 37,7 min insanın ölümü haqqında məlumat daxil olub, bu da 7-13 sentyabr tarixlərinə nisbətən 10% azdır. 20 sentyabr tarixinə qədər ÜST, koronavirus səbəbiylə 950 min insanın ölümü haqqında məlumatları təsdiqləyib.
Ən pis epidemioloji vəziyyət Amerika qitəsində müşahidə olunur, burada xəstələrin sayı ötən həftə ilə müqayisədə 38 faiz artıb. Eyni zamanda, həmin dövr ərzində ölüm sayı 22 faiz azalıb. Avropada isə koronavirusdan ölüm halı çoxalıb.
İranın Bəhreyndə törətmək istədiyi partlayışın qarşısı alınıb.
Bu barədə ölkənin Daxili İşlər Nazilriyi məlumat yayıb. Bildirilib ki, terror aktı İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən dəstəklənib.
Ölkədə hücümü gerçəkləşdirəcək qrup “Qasım Süleymanı Briqadası” olub.
Terror hansısa xarici ölkənin nümayəndə heyətinə hədəf alıb. Ancaq əməliyyat nəticəsində 10-a yaxın şəxs saxlanılıb. Terror aktının planlaşdırılmasında iştirak edən daha 10 nəfər İran ərazisindədir. Küçələrdən birində partlayıcı maddə də tapılıb. /Cebhe.info/