Kadırov Rusiya Milli Qvardiyasının general-mayoru oldu

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov general-mayor rütbəsi alıb və Daxili İşlər Nazirliyinin strukturundan Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinə köçürülüb. Bu barədə “RİA Novosti” xəbər verib.

Kadırovun sözlərinə görə, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin fərmanı oxuyub və bu münasibətlə onu təbrik edib.

Buna qədər Kadırov polis general-mayoru idi.

Qeyd edək ki, Ramzan Kadırov 2004-cü ildə “Rusiya Qəhrəmanı” adına layiq görülüb.

Yəhudilərdən ermənilərin Tovuz təxribatı ilə bağlı

Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı barədə bəyanat verib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bəyanatda deyilir ki, Bolqarıstan Sionist Federasiyası Bolqarıstanda yəhudilər və təcavüzkarlığa və zülmə qarşı olan, demokratiya, insan hüquqları, xalqların suverenliyi, hər yerdən olan insanların ləyaqətini dəstəkləyən və tarixin xəbərdar etdiyi səhvləri təkrarlamamaqla keçmişdən öyrənən qeyri-yəhudilərin mövqelərini əks etdirir.

“Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycan mövqelərinin ələ keçirilməsi məqsədilə Tovuz rayonunda törədilən və Azərbaycanın 12 hərbi qulluqçusu və 1 nəfər yaşlı mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın suveren ərazilərinə son zorakılıq aktı bizi çox narahat edir.

Biz, yəhudilər və İsrail dövlətinin tərəfdarı olan qeyri-yəhudilər, Azərbaycan xalqının müraciətini və acısını anlayırıq. Biz xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi paytaxtı olan Şuşanın müdafiəsi zamanı əsgər yoldaşlarını xilas edərkən vətəni uğrunda həlak olmuş Azərbaycan yəhudisi, tank komandiri Albert Aqarunovu xüsusilə xatırlayırıq.

Bu gün Albert Aqarunov ölümündən sonra ən yüksək hərbi adı – Azərbaycanın Milli Qəhrəmanı statusunu daşıyır.
Son günlər regionda şiddətli mübarizənin gərginləşməsi beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilməməsinin nəticəsidir.

Ermənistan beynəlxalq humanitar hüququ pozub və regionda sülh və sabitliyə sayğısızlıq nümayiş etdirib.

Ermənistanın Azərbaycanla sərhəd boyunca son təxribatlarından dərin narahatçılıq keçirərək, biz, Bolqarıstan Sionist Federasiyası bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik.

Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonu ilə yanaşı, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində bütün əraziləri üzərində ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirik”, - deyə bəyanatda qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 2-ci İl Qiymətləndirmə Toplantısında hökumətin tərkibi ilə bağlı açıqladığı fikirlə bəzi sualları gündəmə gətirib.

Ərdoğanın “kabinetdə və ali vəzifəli bürokratiyada ehtiyac olanda yeni adlara səlahiyyət verməkdən əsla çəkinmədik. Bundan sonra da islahat, icra və dəyişiklik təməlli anlayışla yolumuza davam edəcəyik” sözləri kabinetin tərkibində dəyişiklik ola biləcəyi istiqamətində şərh olunub.

Ərdoğanın bu məsələdə dəyişiklik üçün açıq qapı qoyduğu, paralel olaraq bu mərhələdə hər hansı yenilik olmayacağı fikirləri səsləndirilir. (publika.az)

Mövcud şərtlər və son hadisələr fonunda danışıqlarla bağlı istənilən xəbəri ciddiyə almamalıyıq. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli variantı yoxdur. Əgər həmsədrlər Azərbaycanı danışıqlar masasına yenidən oturtmaq istəyirsə, mütləq əsaslı təklif irəli sürməlidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyanın Ermənistan Baş naziri Nikol Paşinyanın konfliktin “mərhələli həll” variantına qayıtması haqda fikirlərini şərh edərkən deyib. Politoloq bildirib ki, bu xəbəri ciddiyə almaq doğru deyil:

“Bəli, faktiki olaraq Vitali Balasanyanın dediyi kimi, 2007-ci il strategiyasında Dağlıq Qarabağ “respublika kimi” təqdim edilib, indi isə yeni strategiyada “respublika” sözündən imtina edilib. Lakin bu, heç də Paşinyanın “mərhələli həll” variantına qayıtdığı mənasına gəlmir. Bunun bir adı var, o da Ermənistan klanı ilə Dağlıq Qarabağ klanı arasında olan ziddiyyət! Biz onsuz da bilirik ki, bu iki klan arasında rəqabət gedir. Düşünürəm, Vitali Balasanyanın iddiasındansa, İrəvan klanı ilə Dağlıq Qarabağ klanının bir-biri ilə düşmən olması bizi daha çox maraqlandırmalıdır”.

Politoloq qeyd edib ki, həmsədrlər məlum Tovuz hadisələrindən sonra tərəfləri danışıqlar prosesinə qaytarmaq üçün münbit şərait yaratmağa çalışırlar:

“Bu gün Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri ilə həll edilməlidir. Göründüyü kimi, bu və bu kimi şirnikləşdirici məlumatlarla tərəfləri danışıqlar masasına yenidən qaytarmağa çalışırlar. Lakin son Tovuz hadisələri bir daha onu göstərdi ki, Ermənistan tərəfinin birmənalı olaraq danışıqlar prosesinə marağı yoxdur. Əks təqdirdə, dövlət sərhədində təxribat törətməzdilər. Bu özlüyündə danışıqlar variantının iflas olması və bərpa olunmaması üçün əsasdır”.

Rusiya Türkiyə ilə sərhədləri açır.

İki ölkə arasında hava nəqliyyatının 1 avqust tarixindən açılacağı bildirilir.

Rusiyanın “Aeroflot” aviasiya şirkəti gələn aydan etibarən Moskvadan Türkiyəyə 2, Sankt-Peterburqdan 1 reys təşkil gerçəkləşdirəcək. 4 aylıq karantindən sonra başlayacaq Türkiyə uçuşlarının bilet qiyməti bir istiqamətə 14 min rubl (1 350 TL) olacaq (335 manat).

Qeyd edək ki, turizm ölkəsi olan Türkiyə hər il ən çox turisti Rusiyadan qəbul edir. (publika.az)

İyulun 12-də Ermənistan hərbçilərinin Azərbaycanın Tovuz rayonuna hücumunun qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı.

Avropa.info xəbər verir ki, döyüşlər davam edərkən Türkiyədən Azərbaycana ən üst səviyyədə edilən dəstək açıqlamaları Ermənistanı qorxudub.

Fransanın “France 24” kanalına müsahibə veren Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan geniş miqyasda savaşın başlaya biləcəyi halda Türkiyənin prosesə müdaxilə edəcəyindən qorxduqlarını deyib.

Jurnalistin, “Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu” sualına Mnatsakanyan, “Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq” deyib.

Koronavirusla bağlı PİS XƏBƏR VAR

Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb.
Qafqazinfo bildirir ki, təkrar yoluxma faktı Rusiyanın Vladimir vilayətində qeydə alınıb. Bu barədə bölgə rəhbəri Vladimir Sipyagin "VKontakte" səhifəsində canlı yayımında açıqlama verib. Sipyaginin dediyinə görə təkrar yoluxma faktı tibb işçilərinin birində aşkarlanıb. Qubernator, birinci və ikinci yoluxmaların iki ay ərzində baş verdiyini bildirib.
Sipyagin sakinləri tədbirli olmağa, ictimai yerlərdə maska taxmağa çağırıb və 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan insanlara özlərini təcrid etməyi tövsiyə edib.

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 15 377 155 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə oxu.az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 630 266 xəstə ölüb, 9 352 351 nəfər sağalıb.

Koronavirusa yoluxma ən çox Şimali Amerika qitəsindədir (4 805 734 nəfər). Sonrakı yerləri Cənubi Amerika (3 463 246 nəfər), Asiya (3 600 847 nəfər), Avropa (2 717 950 nəfər) paylaşır.
Ölkələr arasında virusa yoluxma sayına görə ABŞ (4 100 875 nəfər), Braziliya (2 231 871 nəfər) və Hindistan (1 239 684 nəfər) ilk üçlükdədir.

İlk onluqda dördüncü yeri tutan sərhəd qonşumuz Rusiyada 789 190 yoluxma müşahidə olunur.

İranda 281 413, Türkiyədə 222 402, Ermənistanda 35 693, Gürcüstanda 1 073 nəfərdə koronavirus aşkarlanıb.

Azərbaycanda koronavirusa yoluxan 28 633 nəfərdən 385-i ölüb, 20 443-ü sağalıb.

Zelenski terrorçunun istəyini yerinə yetirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Lutskda avtobusdakı sərnişinləri girov götürən kişinin istəyini yerinə yetirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu ümumi tələblər irəli sürüb və ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısının vətəndaşları "Yer sakinləri" (“Earthlings”) filminə baxmağa çağırmasını tələb edib.

“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”, - Zelenski feysbukda yayımladığı videomüraciətdə deyib.

Qeyd edək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Film insanın heyvanlarla vəhşi rəftarı probleminə, həmçinin qlobal miqyasda heyvandarlıq və balıqçılığın zərəri məsələlərinə həsr olunub.

***

Ukraynanın Lutsk şəhərində avtobusdakı sərnişinləri girov götürən kişi onları buraxıb. Bundan sonra hadisə yerində partlayış baş verib.

***

Girovların çıxmasına qədər, avtobusdan terrorçunun özü çıxıb. Ona tərəf dərhal bir neçə xüsusi təyinatlı qaçıb və onu yerə uzadıb.

***

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

***

Ukrayna Prezidenti Vladimir Zelenski bir qədər əvvəl terrorçunun istəyi ilə feysbuk vasitəsilə hər kəsi “Yer kürəsi” filminə baxmağa dəvət etməsi ilə bağlı videomüraciəti silib.

ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Amerika Birləşmiş Ştatlarında (ABŞ) son sutka ərzində koronavirusdan 917 nəfər ölüb, 50 819 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” “worldometers.info”ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 144 751-ə, yoluxanların sayı isə 4 012 248-ə yüksəlib.

Ümumi sağalanların sayı 1 868 505 nəfərdir. Ölkədə 1 998 992 aktiv koronavirus xəstəsi var ki, onlardan da 16 606-nın vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti