![]() |
|
ABŞ-da son 24 saat ərzində daha 71 135 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.
Bu barədə Con Hopkins Universiteti məlumat verib. Sutka ərzində ştatlar üzrə xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 963 nəfər təşkil edib. Ölkədə hazırda 1 874 274 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.
Qeyd edək ki, ABŞ-da bu günə qədər 3 574 371 koronavirusa yoluxub, onlardan 138 291 nəfər xəstəlik səbəbindən həyatını itirib.
İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində xaincəsinə və qəfildən hərbi təxribat törətməsi barədə xəbər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumat görə, Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya, Ukrayna və digər ölkələrin müxtəlif media quruluşlarında və xəbər portallarında dərc olunan məlumatlarda və məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərimizin və dinc sakinlərin həlak olduqları, yaralandıqları, evlərin dağıdılması və sair məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, bu məlumatlarıın geniş şəkildə yayılmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının da rolu olub. Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.
Xarici mətbuatda dərc olunan bəzi məlumatlarla aşağidakı linklər vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
http://crnogorskiportal.me/sadrzaj/1232
https://slaptai.lt/armenijos-intrigos-ksso-organizacijoje/
https://slaptai.lt/antanas-rasimas-del-karinio-incidento-tovuzo-rajone/
https://www.sabah.com.tr/dunya/2020/07/12/azerbaycan-ermenistan-sinirinda-catisma-cikti
https://www.sabah.com.tr/dunya/2020/07/13/bakan-cavusoglundan-onemli-aciklamalar
https://alfahir.hu/2020/07/13/azerbajdzsan_ormenyorszag_katonak_konfliktus
https://masimovasif.net/kampfe-zwischen-armenien-und-aserbaidschan/
COVID-19 Braziliyada bir sutka ərzində 1322 nəfərin həyatına son qoyub.
“RİA Novosti” xəbər verir ki, ölkədə virusdan ölüm hallarının sayı 76 min 688-ə çatıb. Hökumətin yaydığı məlumata görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 45 min 403-ə çatıb.
Ölkənin pandemiyadan ən çox təsirlənən şəhəri Sao Pauloda 402 min 48 yoluxma və 19 min 38 ölüm halı qeydə alınıb.
Ümumilikdə isə bü günə qədər Braziliyada 2 milyon 12 min 151 insan koronavirusa yoluxub.
ABŞ-da yaşayan azərbaycanlılar son günlər Ermənistanın təxribat xarakterli hücumlarına etiraz olaraq Ermənistan səfirliyi önündə aksiya keçirib.
"TRT Haber" xəbər verir ki, iyulun 12-dən etibarən başlayan təxribata cavab olaraq ABŞ-da yaşayan soydaşlarımız erməni səfirliyinin qarşısına toplaşıb.
Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyan aksiyaçılar “Yaşasın Azərbaycan, yaşasın millətimiz, yaşasın dövlətimiz, yaşasın birliyimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndiriblər.
Qeyd edək ki, iyulun 12-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən tərəfinin yaratdığı gərginlik davam edir.
Türkiyə Böyük Millət Məclisinin AKP, CHP, MHP və İYİ partiya qrupları Ermənistanın Azərbaycana hücumunu pisləyən bəyanat yayıblar.
Türkiyə mediası xəbər verir ki, ortaq bəyanatda partiyalar işğalçı dövləti şiddətlə qınadıqlarını bildiriblər:
“Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-nə başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu şiddətlə qınayırıq.
Ermənistan səhv yoldadır. Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu illərdir işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə yeni nümunə sayılan bu hücumlar Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısında ən böyük maneədir.
Ermənistanın haqq və hüququ heçə sayan bu davranışı qarşısında beynəlxalq ictimaiyyəti lazımi reaksiya göstərməyə çağırırıq.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə olan dəstəyimizi təkrar edirik”.
Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, bir nəfər ölüb, 11 nəfər yaralanıb
Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Babda uçuşlarını davam etdirdikləri də gələn məlumatlar sırasındadır. Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı gözlənilmir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər
“Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qaralama kampaniyasına başlayıb”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib. Qeyd olunur ki, Azərbaycan torpaqlarında uzun illərdir qeyri-qanuni işğal həyata keçirən Ermənistanın bu ikiüzlü siyasəti, Cənubi Qafqazda əbədi sülh və barışın bərqərar olmasına kimin əngəl törətdiyini açıq və dəqiq olaraq göstərir:
“Kontekstdən kənar bu cür ittihamlar və iftiralarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana xeyir gətirir. Bu cür yanaşma kimliyini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüz siyasətini qanuni göstərməyə çalışan bir zehniyətin təzahürüdür. Təcavüzkar milliyətçiliyi alovlandıran bu şikəst yanaşma üzücüdür, ancaq təəccüblü deyil. Ermənistan hakimiyyətininin ağlını başına almaları, Cənubi Qafqazda problemlərin deyil, həll yollarını parçası olmağı bir an öncə öyrənmələri lazımdır”.
Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanatına etiraz edən "Daşnaksütun" Gənclər Birliyinin üzvləri Ukraynanın İrəvandakı səfirliyinin binasına hücum ediblər.
"Sputnik Armenia" xəbər verir ki, Ukrayna səfirliyinin önünə toplaşan bir qrup üzv səfirlik binasına borş atıblar. Etiraz aksiyası bir neçə dəqiqə davam edib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda Kiyevin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla həllinin tərəfdarı olduğu qeyd olunub. Həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələr əsasında, Azərbaycanın tələb etdiyi bir sıra müddəaların icrası ilə münaqişənin sülh yolu ilə həll edilməsi yollarının axtarılmasına davam edilməsinin vacibliyi də vurğulanıb.
Bu yaxınlarda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar olaraq, Ukrayna səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağrılmışdı.
Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsi qəzaya uğrayaraq Artos Dağına çırpılıb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə nəticəsində təyyarədə 2-si pilot olmaqla 7 nəfər şəhid olub. Təyyərənin 2200 metr yüksəklikdə dağa çırpıldığı bildirilib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Türkiyənin Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş və Van Jandarma Təhlükəsizlik Korpusunun Komandiri general-mayor Hacı İlbaş hadisə yerinə yollanıblar. Hadisənin təfərrüatları araşdırılır. (qafqazinfo)
Montpellier Universitetinin alimləri paxla və süd məhsullarının koronavirus infeksiyasından qorunmasına kömək edəcəyini müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bu bitkilər immunitetini gücləndirmək üçün lazımlı antioksidanları ehtiva edir. Bunban başqa bədənin qoruyucu maneə yaratmasına kömək edir və infeksiyaların daxil olmasına icazə vermirlər. Məhsulların daimi istifadəsi yeni növ koronavirusun yaratdığı ağır xəstəlik ehtimalını azaldır.
Tədqiqatçılar bildirib ki, COVİD-19-dan aşağı ölüm nisbətinin qeydə alındığı ölkələrdə Almaniya və Cənubi Koreyada kələmdən çox istifadə olunur. Bundan əlavə, əhalinin qatıq və kefir istehlak etməyi xoşladığı Yunanıstan, Bolqarıstan və Türkiyədə aşağı ölüm halları qeydə alınır.
"Virusun yayılmasına və şiddətinə, həmçinin milli mətbəxdəki fərqlərinə az diqqət yetirilib, lakin mətbəxdəki dəyişikliklər böyük fayda verə bilər" , - professoru və ÜST-ün keçmiş eksperti Dr. Jan Bousk deyib.
Mütəxəssislər koronavirusa qarşı immunitet müdafiəsində qidalanma xüsusiyyətlərini ölkələr arasında əsas fərq adlandırıb.