Türkiyə ordusu 2 şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) iki hərbçi şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda hərbi bazaya uzaq məsafədən raket mərmilərilə terror hücumu olub.

Nazirlik hücum zamanı iki hərbçinin şəhid olduğunu, cavab atəşi ilə qarşı tərəfin susdurulduğunu açıqlayıb.

Azərbaycanlı jurnalistə qarşı erməni təxribatı
Xəzər TV-nin ABŞ nümayəndəsi Vüsalə Abbasovaya qarşı təxribat olub.

Azxeber.com xəbər verir ki, jurnalist Vaşinqtonda azərbaycanlıların ordumuza dəstək aksiyasını işıqlandırmaq istəyərkən, bir erməni ona yaxınlaşıb və plakat qaldırıb.
 
Bu anda azərbaycanlılardan biri onu həmin yerdən uzaqlaşdırmaq istəyib. ABŞ polisi dərhal məsələyə müdaxilə edib və təxribatçı həmin ərazidən qovulub.
 
Həmin anları təqdim edirik:

Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu

İran CIA-yə casusluq etməkdə və “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin yeri haqqında məlumat ötürməkdə ittiham olunan şəxsi edam edib.

"Tasnim" agentliyi xəbər verir ki, bu gün səhər edam olunan Mahmud Müsəvi Məcdin həmçinin İsrail kəşfiyyat agentliyi Mossad-a da işlədiyi iddia olunur.

Bununla yanaşı bildirilib ki, məhkum barədə Süleymaninin ölümündən əvvəl açılan cinayət işinin ABŞ-ın keçirdiyi əməliyyatla əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani öldürülmüşdü.

İş adamının 6 milyonluq maşınını SİÇANLAR YEDİ
Türkiyəli tanınmış iş adamı Ali Ağaoğlunun "Rolls Royce" markalı maşınını siçanlar yararsız hala salıb.
İş adamı Ali Ağaoğlunun başına maraqlı hadisə gəlib. Onun 6 milyon Tl-lik "Rolls Royce" markalı maşını siçanlar tərəfindən korlanıb. İş adamı Bodruma tətilə getmədən əvvəl maşınını tikintisi gedən binaların əhatəsində saxlayıb. Məlum olub ki, siçanlar maşının elektrik naqillərini yararsız hala salıblar. İş adamı maşınının yararsız hala düşməsi səbəbindən tətilini təxirə salıb. Xatırladaq ki, Ali Ağaoğlu maddi sıxıntılar yaşadığı üçün 5 ədəd "Rolls Royce" markalı maşınını satışa çıxarıb. 

Ali Ağaoğlu'nun 6 milyon TL'lik aracını fareler kemirdi

Ali Ağaoğlu'nun 6 milyon TL'lik aracını fareler kemirdi, System.String[]

Koronavirusu tezliklə və effektiv məhv edən üsul aşkarlandı

Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.
“Report” xəbər verir ki, bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.

Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.

“Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.
Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.

Bütün bu materiallar qısa dalğalar aralığında - ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, - Klerici bildirib.

Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb. Hərbi mənbələrdən virtualaz.org-a məlum olub ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib.

Habelə sosial şəbəkələrdə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılıb.

Azərbaycan hökuməti minatan mərmilərinin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir. Turkustan.info xəbər verir ki, bu faktlar Azərbaycan tərəfinin ciddi narahatlığına və belə demək olarsa, hiddətinə səbəb olub. Çünki həm sursat və hərbi ləvazimatların öz ərazisindən Ermənistana daşınmasına imkan verən Gürcüstan, həm Ermənistana bu sursatları təchiz edən Serbiya Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir.Gürcüstan əz ərazisindən Azərbaycanla hərbi qarşıdurma üçün istifadə ediləcəyi şübhə doğurmayan döyüş sursatını və hərbi avadanlıqları necə buraxıb? Bəs Serbiya nəyə erməni ordusunu bu sursatlarla təchiz edib? Bu necə ola bilər?Bəlli olduğu kimi elə bu yaxınlarda Azərbaycan Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Mayın 20-də Azərbaycandan Serbiyaya humanitar yardım aparan təyyarəni Belqrad aerportunda qəbul edərkən bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.
Azərbaycanla dostluq və qardaşlıq barədə danışan Anna Brnabiç buna nə deyəcək?Bu da hələ hamısı deyil. Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib.Və bütün bu humanist addımların və aksiyaların, dost köməyinin və əməkdaşlığın ardınca Serbiyanın Azərbaycana düşmən ölkəni gizlicə silahlandırması, özü də sərhəddə planlaşdırılan xain təcavüz əməliyyatı ərəfəsində, Bakıda ciddi suallar və anlaşılmazlıqlar yaradıb. Rəsmi Bakı dost-tərəfdaş ölkənin bu davranışı ilə bağlı çox güman ki, diplomatik-siyasi kanallarla Belqraddan izahat tələb edəcək. Çünki Azərbaycan tərəfinin əlində sursatın alınması və daşınmasına dair bütün dəlillər, sənədlər var.Daha böyük anlaşılmazlıq isə qonşu və strateji tərəfdaş ölkə Gürcüstanın hərəkəti ilə bağlı yaranıb. Bəlli olduğu kimi Gürcüstan öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair illər əvvəl qərar qəbul edib. Bəs Serbiyadan alınan sursatları, Rusiyanın göndərdiyi hərbi ləvazimatları Gürcüstan öz ərazisindən Ermənistana necə buraxıb? Bunu Azərbaycan-Gürcüstan münasibətləri çərçivəsinə necə sığışdırmaq olar? Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Yoxsa Tbilisdə başa düşmürdülər ki, Ermənistandan atılan bütün bu minaatan mərmiləri hara uçacaq? Və bütün bunlar çoxillik Azərbaycan-Gürcüstan tərəfdaşlıq-dostluq münasibətləri ilə bir araya necə sığa bilər?
Tbilisi Azərbaycanın xeyirxahlığına ancaq şərlə cavab verirGürcüstanın ən çətin günlərində, o cümlədən 2008-ci ilin avqust müharibəsi zamanı Azərbaycanın bu ölkəyə necə dəstək verdiyi, hətta riskli sayıla biləcək yardımlar göstərdiyi yaxşı bəllidir. Təkcə bu məlum faktı qeydə etmək kifayət edər ki, Rusiyadan gələn elektrik və qaz xətləri diversiya nəticəsində partladılanda, Gürcüstan əhalisi donmaq təhlükəsi qarşısında qalanda məhz Azərbaycan öz əhalisinə verməli olduğu qazın həcmini azaldaraq onu qonşu ölkəyə yönəlmişdi.Gürcüstanın əvvəlki rəhbərliyi sözün əsl mənasında Azərbaycan rəhbərliyinə humanitar və iqtisadi kömək üçün yalvarırdı, ölkəni qaçılmaz fəlakətdən xilas etməyi xahiş edirdi. Və hər dəfə Azərbaycan köməyə gəldi. Və qaz lazım olanda, gürcü bankları likvidlik problemi ilə qarşılaşanda Bakı üzərindən Gürcüstana nəğd pullar daşınanda, Avropa dövlətlərinin dövlət və hökumət başçıları çökməkdə olan gürcü dövlətçiliyinə dəstək mitiqinə tələsəndə…Bir sıra Avropa ölkələrinin liderləri 2008-ci ilin avqustunda Gəncəyə gəlmişdilər və oradan Azərbaycan tərəfinin təqdim etdiyi maşınlarla gələcəyi dumanlı olan Gürcüstana yollanmışdılar. Gürcüstanı xilas etməyə indiki gürcü rəhbərliyinin bərk sevdiyi və dost saydığı Yerevan üzərindən deyil, Azərbaycan üzərindən getmişdilər.
Tbilisidə mənzilləri odunla qızdırırdılar, Azərbaycan həmişəki kimi köməyə çatdı. Lakin sonra Tbilisdə hər şeyi yaddan çıxardılar.Qoy Tbilisidə yada salsınlar ki, Ermənistan bir qayda olaraq beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verib. Qoy bunu da yada salsınlar ki, Ermənistan rəhbərləri dəfələrlə separatçı Cənubi Osetiya və Abxaziya liderləri ilə görüşüblər. Tbilisidə bunu da xatırlasınlar ki, Ermənistan gürcü kilsəsinə iradlar irəli sürüb, bir çox gürcü torpaqlarının tarixən ermənilərə məxsusluğunu indi də şübhə altına qoymur.Biz Gürcüstan üçün nə ediriksə, Gürcüstan da Ermənistanla elə davranır. Gürcüstandan bizim düşmənlərimiz nə alırlar? Mərmilər və minaatanlar, hansı ki, bizim əsgərlərimizi öldürür. Lakin üstəlik biz Gürcüstandan Keşikçidağda ardı-arası kəsilməyən təxribatlar, ikinci Azərbaycan respublikasının əsasını qoyan Nəriman Nərimanova qarşı təftişçi münasibət və onun abidəsini sökmək çağırışları, nəhayət gürcü KİV-lərinin səhifələrində indiki Azərbaycan rəhbərliyinin ünvanına təhqiramiz, qəzəbli çıxışlar da görürük.Lakin bu da hələ hamısı deyil. Axı biz Gürcüstanı xilas edəndən sonra sonrakı dövrlərdə Azərbaycan onun  ən iri investorlarından birinə çevrildi, bu ölkəyə iri yatırımlar qoyuldu və iki ölkə arasında strateji tərəfdaşlıq, mütəfiqlik münasibətlərini dərinləşdirmək üçün Bakı əlindən gələn hər şeyi etdi.Belə olan halda Gürcüstanın Ermənistan ordusunun bu xain hücumuna dolayısı dəstək verməsi Bakıda şübhəsiz ki, hiddətlə qarşılanıb. Əlbətdə, Azərbaycan tərəfinin bu qəzəbi gürcü xalqına qarşı deyil. Gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətləri əsrlərin sınağından çıxıb. Lakin Gürcüstanın indiki hakimiyyətinin Ermənistana öz ərazisindən silah-sursat daşınmasına göz yumması, buna şərait yaratması heç cür qəbul edilə bilməz. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq Gürcüstanın mövqeyinin nədən ibarət olduğunu sual edir və bunu dəqiqləşdirməyə çalışır.

Nəyə görə Azərbaycan Tbilisidən ancaq arxadan zərbə alır?Əvəzində nə alırıq? Azərbaycan investorlarının Gürcüstandan hakimiyyətin inzibati rıçaqları ilə sıxışdırılıb çıxarılmasına yönəlmiş ardı-arası kəsilməyən və məkrli cəhdlər. Ən rüsvayçı olanı isə budur ki, həmin təzyiqlər qeyri-energetika sektoruna yatırımlar qoyan Azərbaycan investorlarına göstərilir: bir çox hallarda gürcü hökuməti bizim investorların biznesini əllərinən almağa, reyder hücumları təşkil etməyə çalışır.Bu fonda Azərbaycan ictimayyətinin Gürcüstanın erməni hərbi təcavüzünə heç nə ilə haqq qazandırılması mümkün olmayan və gözlənilməz dolayısı dəstəyindən hiddətlənməsi tam haqlıdır, qanunidir. Lakin bu heç də gürcü xalqına qarşı hansısa düşmənçilik hisslərindən xəbər vermir, gürcülərlə azərbaycanlıların dostluğu əsrlərin sınağından keçib və onu korlamaq elə də asan deyil. Bununla belə indiki Gürcüstan hökumətinin ölkə ərazisindən Ermənistana hərbi sursat və ləvazimatlar daşınasına göz yummasına, buna şərait yaratmasına heç bir izahatla haqq qazandırıla bilməz. Bilmək istərdik, Azərbaycana münasibətdə rəsmi Tbilisinin mövqeyi nədən ibarətdir? Bu, yumşaq desək, qeyri-dost addımını necə qəbul edək? Bu nədir-Azərbaycanla münasibətləri pozub işğalçı Ermənistanın tərəfinə keçmək?Əgər Gürcüstan hökuməti təcavüzkar, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən və hətta fürsət düşən kimi yeni ərazilər tutmaq cəhdləri göstərən Ermənistanın yanındadırsa o zaman bunu açıq deməlidir. Belə vəziyyətdə əlbətdə ki, Azərbaycan dövləti də öz siyasətinə, mövqelərinə yenidən baxmalı olacaq.
Bu baxımdan gözlənilir ki, rəsmi Bakı Tbilisidən də Ermənistana silah-sursat daşınması faktlarına dair tezliklə diplomatik-siyasi kanallarla izahat tələb edəcək.   /Haqqın.az/

Ərdoğan Aya Sofyada

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscidində ilk namazdan əvvəl aparılan işlərlə tanış olub. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Ərdoğanı Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və İstanbulun qubernatoru Əli Yerlikaya, həmçinin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, DİN rəhbəri Süleyman Soylu və Dini İşlər İdarəsinin rəhbəri Əli Ərbaş müşaiyət ediblər.

Ərsoy və Yerlikaya Prezidenti məsciddə aparılan işlər barədə məlumatlandırıblar.

Qeyd edək ki, Türkiyə Dövlət Şurası iyulun 10-da ölkə hökumətinin Aya Sofya muzeyinin statusuna dair 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edib. Türkiyə Dövlət Şurası Aya Sofya Sultan Mehmet Xan Fondunun balansında olduğunu və məscid kimi istifadə oluna biləcəyini qərara alıb. Uzun illərdən sonra məsciddə ilk namaz iyulun 24-də qılınacaq.

 




 
Ordumuza dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq

Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.

 Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.

Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi. “Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, - deyə R.Tağıyev əlavə edib.

Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.

Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.

 





 
Koronavirusun sağalmasını sürətləndirən üsul aşkarlandı

Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.

Report xəbər verir ki, bu barədə "Ridus" bildirir.

Qeyd edilir ki, tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.
Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.

Qeyd edək ki, dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb. COVID-19-un qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfərdən artıqdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Paşinyan Minskdən Bakıya səsləndi
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki münaqişəni həll etmək üçün qarşı tərəfi sülh danışıqlarına çağırıb.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

"Münaqişənin güc yolu ilə həlli və bölgəmizin bütün xalqlarının maraqlarına cavab verən dinc danışıqların alternativi yoxdur”, – Paşinyan cümə günü 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı bildirib.

O, Şuranın növbəti iclasının oktyabr ayında İrəvanda keçirilməli olduğunu da xatırladıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan və Azərbaycan sərhədində döyüşlər başlayıb.

Azərbaycan 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə dörd əsgərini itirdiyini deyib. (konkret.az)

Xəbər lenti