![]() |
|
ABŞ -da Kaliforniya universitetinin ''Davis'' uşaq xəstəxanasının elm adamları maska taxan insanların 65 faizinin virusa yoluxmadığını müşahidə ediblər. Elm adamları koronavirusun havada asılı qalan damlacıqlar vasitəsi ilə yoluxduğunu deyərək maskanın insan həyatı üçün əhəmiyyətindən danışıblar. Maska taxmayan insanlar açıq havada gəzməli və ya otaq şəraitində pəncərəni açıq qoymalıdırlar. Əks halda saatlarla havada qalan bakteriya və viruslar xəstəliyi daha çox yayır. Müsəxəssislər maska taxaraq və məsafə saxlayaraq koronavirusun 90 faiz yox olacağını bildiriblər.
Məlumata görə, mart ayında yenidən koronavirusun bir ştammına yoluxmuş qadın ABŞ-dan Çinə uçub. Bu zaman, infeksiya üçün testlərdən keçib, amma test mənfi olub.
Buna baxmayaraq, qadın ciddi şəkildə karantinə riayət etmək qərarına gəlib xarici dünya ilə əlaqələri tam təcrid edib və iki həftə ərzində yalnız bir dəfə liftə minib. O, liftdə bir dəqiqədən çox vaxt keçirmədiyini iddia edir, bu da onlarla qonşusunu koronavirusa yoluxdurmasına kifayət edib.
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədindəki toqquşmaları pisləyir və tərəfləri dərhal güc tətbiqini dayandırmağa çağırır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar qəti surətdə Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmaq, həmçinin atəşin dayandırılması rejiminə qəti tərəfdar olmaq üçün onlar arasındakı mövcud rabitənin birbaşa kanallarından istifadə etməyə çağırırıq", - o deyib.
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik.
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”, - ABŞ-ın xarici siyasət idarəsində bildiriblər.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.
“Biz görürük ki, Ermənistan diqqəti işğal etdiyi torpaqlardan başqa yerlərə çəkmək istəyir. Yeni silahl toqquşma məkanları seçir. Ermənistan indiədək münaqişənin siyasi həll yoluna sadiq qalmayaraq, bunu pozdu. Biz də Tükiyə olaraq bu istiqamətdə çox səylər göstərdik. Ancaq Ermənistan tərəfi riayət etmədi”-nazir bildirib.
Nazir əlavə edib ki, Ermənistanın bu hərəkətləri qəbul edilməzdir: “Ermənistan ağlına başına toplasın. Azərbaycan tək deyil. Biz Türkiyə dövləti və Türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün bundan sonra da əlimizdən gələn bütün siyasi dəstəyi verəcəyik və buna hazırıq. Amma Ermənistan Tovuza hücum etməklə savaşı istəyən tərəf olduğunu ortaya qoyub. Biz də Azərbaycanı bu məsələdə tək qoymayacağıq”.
Dünən axşam Tovuz istiqamətində baş verən atışmadan sonra Ermənistanda ciddi çaşqınlıq müşahidə olunur.
Rəsmi mənbələr döyüşdə itkilərlə bağlı məlumat verməsələr də, xüsusilə sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür.
Sosial şəbəkə istifadəçiləri yerli sakinlərdən, döyüş gedən ərazidəki hərbçilərdən aldıqları məlumata istinadən, erməni tərəfinin böyük itkilər verdiyini bildirir.
“Cəbhədə nəsə dəhşət baş verir. Qardaşım zəng etdi, bildirdi ki, hospital və xəstəxanalar dolub. Bizim əsgərlərin cəsədi ilə dolu 3 yük maşını görüb. Deyilənə görə, 70 əsgər ölüb. 300-dən çox yaralı var. Əgər belədirsə, 3 yük maşınında azı 200 ölü daşınıb. Mən nə edəcəyimi bilmirəm,çox qorxuram, qardaşımla əlaqə də kəsilib,şəhərdə böyük panika var. Hökumət heç nə etmir”,-deyə Diana Arutunyan adlı sosial şəbəkə istifadəçisi yazıb.
Bu, bu qəbildən ilk paylaşım deyil. Dünən axşamdan bəri sosial şəbəkə istifadəçiləri erməni hökumətinin itkilərlə bağlı məlumatı gizlətdiyini bildirir.
/cebhe.info/
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepnyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.
Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
“İnterfaks” bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər yayıb.
Rəsmi məlumata əsasən, “An-2” təyyarəsi yerli vaxtla saat 04:10-da Nijni Novqorod vilayətinin Kistenevo yaşayış məntəqəsində yerə çırpılıb və yanğın baş verib.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər ağır yaralanıb, bir müddət sonra onlardan biri həyatını itirib. (Oxu.az)
Çində cari ilin iyun ayının sonundan etibarən başlayan leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 141 şəxs həlak olub.
“Report” xəbər verir ki, təbii fəlakət ölkəyə təxminən, 82,23 milyard yuan (11,76 milyard ABŞ dolları) məbləğində ziyan vurub.
Qeyd olunub ki, hazırda 1,3 milyondan çox insanın təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 37,89 milyona yaxın insana təsir edib.
Təbii fəlakət nəticəsində 27 vilayətdə 28 min yaşayış binası dağılıb.
Dünya üzrə koronavirusa yoluxanların sayı 13 milyonu ötüb.
“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 13 milyon 41 min 698 nəfər təşkil edir. 571 min 660 nəfər isə Covid-19-dan dünyasını dəyişib.
Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ ( 3 413 995 yoluxma, 137 min 782 ölüm ). Ümumilikdə dünya üzrə 7 milyon 588 min 94 nəfər müalicə olunaraq xəstəlikdən sağalıb.
Donald Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı məsələyə aydınlıq gətirib.
ABŞ Prezidenti Donald Tramp “The Washington Post”a müsahibəsində NATO-dan çıxmaqla bağlı məsələlərə aydınlıq gətirib.
Tramp ABŞ-ın NATO-dan çıxmamaq niyyətinin olduğunu açıqlayıb. Lakin o bildirib ki, NATO ölkələri üzvlük haqqını ödəməlidir. “Belə idi... Bir çoxları ümumiyyətlə üzvlük haqqı ödəmirdi. Amma indi ödəyirlər. Həmin ölkələr mənə belə bir vacib sual verdilər: “Əgər Siz getsəniz...”. Mən isə cavabımda dedim: “Bəli mən gedərdim”. Əgər mən belə cavab verməsəydim və sərt davranmasaydım, onlar üzvlük haqqı ödəməyəcəkdi”- Tramp bəyan edib.