![]() |
|
Hər keçən gün koronavirusa yoluxanların və ölənlərin sayı artdığı bir vaxtda ABŞ-a qaçan çinli mütəxəssisin verdiyi açıqlamalar insanları şoka salıb.
Belə ki, Honq Konqdan olan tanınmış virusoloq mütəxəssis Li-Meng Yan ABŞ-ın "Fox News" kanalına danışaraq ölkəsindən qaçmağa məcbur olduğunu deyib.
O bildirib ki, koronavirus pandemiyası ortaya çıxan zaman Honq Konq Tibb Universitetində virusoloq işləyib. Çinin koronavirusla bağlı həqiqətləri gizlətməsi, virusun yayılması haqda dünyaya gec xəbər verməsi ilə bağlı əvvəlcədən məlumatı olub.
Li-Meng Yan pandemiya ilə bağlı mühüm araşdırmalar apardığını, lakin çinli rəsmilərin buna bilərəkdən əhəmiyyət vermədiyini deyib.
Onu da bildirək ki, Li-Meng Yan Çində yoluxucu xəstəliklər üzrə araşdırma qrupunda olub və koronavirusun ilk ortaya çıxdığı Uhana gedən həkim heyətinin tərkibində yer alıb. O, virusun insandan insana keçdiyi barədə ilk məlumat verən mütəxəssislərdən biridir.
Linin sözlərinə görə, ilk vaxtlarda Çin Kommunist Partiyasının üzvləri bu məlumatın gizlədilməsinə çalışıblar.
Çinli mütəxəssis virusla bağlı məlumatları olan həmkarlarının və özünün sıxışdırıldığını görüb, Honq Konqdan ABŞ-a qaçmağa məcbur olub. O həmçinin qeyd edib ki, Çin hökuməti Honq Konq Tibb Universitetində virusla bağlı araşdırmaları ləğv edib, xaricdən gələn mütəxəssislərin məsələni araşdırmasının qarşısını almağa çalışıb.
Məlumata görə, hazırda Li-Meng Yan ABŞ-da təhlükəsizlik baxımından heç kəsin bilmədiyi bir yerdə qalır. Ölkəsinə bir daha geri dönməyəcəyini deyən mütəxəssis koronavirusla bağlı qorxunc iddialar da irəli sürüb.
Onun sözlərinə görə, koronavirus insanların düşündüyündən də çox öldürücüdür və buna qədər aparılan tədbirlərlə onun qarşısını almaq qeyri-mümkündür:
"Hazırda dünyada təxminən hər 600 insandan biri virusa yoluxub. Lakin bu virusun yoluxma sürəti çox böyükdür. Qarşısı alınmasa tezliklə, hər 100 insandan biri koronavirusa yoluxa bilər.
Bu günə qədər virusun vaksinini tapa bilməmişik və deyə bilərəm ki, heç yaxın vaxtlarda da tapılacağına ümid yoxdur. Vaksindən möcüzə gözləmək əvəzinə virusun kökünü araşdırmaq, onun necə ortaya çıxdığını öyrənməyə çalışmalıyıq. Məhz bunları demək üçün ölkəmdən qaçdım".
Li-Meng Yanın bu açıqlamalarından sonra Honq Konq Universiteti dərhal məsələyə reaksiya verib. Universitetdən bildirilib ki, adıçəkilən mütəxəssisin iddiaları yalandır. /Musavat.com
Ermənistanın paytaxtı İrəvanda Göy məsciddə partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə yerinə yanğından mühafizə qüvvələri və kinoloqlar cəlb olunub.
Qeyd edək ki, İrəvandakı Göy məscid tarixən azərbaycanlılara məxsus olub. O, 1766-cı ildə İrəvan xanı Hüseyn Əli Xan Qacarın əmri ilə tikilib.
Fransada qapalı məkanlarda maska taxmaq məcburi olacaq.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. “İkinci dalğaya hazır olacağıq” deyən ölkə başçısı koronavirusa qarşı görülən tədbirlər çərçivəsində avqustun 1-dən etibarən bütün qapalı məkanlarda maska taxmağın məcburi olacağını qeyd edib.
O, bu qərarın səhiyyə mütəxəssiləri tərəfindən mütəmadi verilən tövsiyələr əsasında alındığını bildirib. Makron, həmçinin test sayının artırılacağını və koronavirus aşkarlanan şəxslərin ətraflarının daha yaxından izləniləciyini bildirib.
Ukraynanın Çernovtsi şəhərində polis yaşlı kişini maska taxmadığı üçün, döyərək saxlamaq istəyib. Yaşlı kişinin halı polisin müdaxiləsindən sonra pisləşib. Ətrafdakı insanlar polisə müdaxilə edərək təcili tibb yardım çaöıraraq, yaşlı kişiyə yardım ediblər. Döyülən kişi xəstəxanaya yerləşdirib.
Moskvada sutka ərzində daha 29 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 234 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 739 947, ölənlərin sayı isə 11 614 nəfərdir.
Gapp.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.
Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.
Qeyd olunur ki, hazırda döyüşlərin davam etdiyi sərhədə aparan yollarda polis sədləri quraşdırılıb. Göründüyü kimi, Ermənistan hakimiyyətinin təbliğat-təşviqatından fərqli olaraq, erməni xalqı ordusunun “qəhrəmanlığına”, həqiqətən də, inanmır. Bunun üçün çoxlu əsasları da var.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri günlərində də erməni hərbçiləri Azərbaycan Ordusunun əks-hücumundan vahiməyə düşərək, cəbhə xəttindən kütləvi şəkildə təkcə işğal altındakı Qarabağa deyil, həm də Ermənistana qaçmışdılar. Eyni mənzərə bu gün də müşahidə olunur.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi - mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Oxu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu barədə “Facebook” səhifəsində məlumat verib.
Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Keçmiş hakimiyyət Ermənistanı Rusiyanın altına qoydu, indi də rusların təsir dairəsindən çıxmaq istəyən ölkəni orada saxlamağa can atırlar. İndi ölkədə baş verənlər anti-Rusiya prosesi deyil, bu, ABŞ və İrana xoş gəlmək üçün baş verən hadisələrdir. Əgər Rusiya anti-Ermənistan siyasəti aparırsa, deməli, belə də olmalıdır.
Bunu erməni politoloq Levon Şirinyan deyib.
Şirinyan Rusiyanı Aprel döyüşlərində və digər həssas məqamlarda Ermənistanı Azərbaycanla tək qoymaqda ittiham edib:
“Aprel döyüşlərindən əvvəl və sonra Azərbaycan ordusunu silahlandıran Rusiyanı xalqımızın sevməyinin ehtimalı azdır. Rusiya ilə münasibətləri tənzimləməliyik və Moskva hüquqlarımıza hörmət etməlidir.
Daxildəki bəzi qüvvələrin məqsədi 1920-ci ildə olduğu kimi yenidən ruslar tərəfindən Ermənistanın işğalına nail olmaqdır. Ermənistan Rusiyanın quberniyası statusundan imtina etməlidir. İndi məsələ təkcə Rusiya deyil, Ermənistanı Türkiyəyə vermək istəyənlərin sayı da kifayət qədərdir.
Oliqarxlar Putini təhrik edirlər ki, Ermənistanı ələ keçirsin. Hesab edirəm ki, ruslarla münasibətlərə yenidən baxılmalıdır”. (teleqraf.com)
ABŞ əczaçılıq şirkətləri yayın sonunadək koronavirus vaksininin istehsalına başlamağı planlaşdırır.
Bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib. "Peyvənd materiallarının istehsalına nə vaxt başlanacaq? Yəqin ki, dörd-altı həftədən sonra. Biz yayın sonuna qədər peyvəndi fəal şəkildə istehsal etməyə başlayacağıq",-deyə administrasiyanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq lazımi avadanlıq və materiallar alınır, həmçinin istehsal üçün ərazi axtarışları davam etdirilir.
Bununla yanaşı, administrasiyadan bildirilib ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ-da koronavirus üçün dörd peyvəndin klinik sınaqlarına başlanılıb.
Yerimə tempi və artıq çəki koronavirusun ağır formada inkişafı riski ilə əlaqəli ola bilər.
Report xəbər verir ki, onların tədqiqatının nəticələri mətbuatda dərc edilib.
Alimlər 400 mindən çox britaniyalının sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, piylənmədən əziyyət çəkən insanların 49 faizdən çoxunda koronavirus xəstəliyinin ağır formasının inkişafı riski mövcuddur. Bu halda mütəxəssislər qeyd edirlər ki, bədən quruluşundan asılı olmayaraq yavaş yeriyən insanlar daha çox risklə üzləşirlər.
Xüsusi halda, normal çəkiyə malik, saatda 4,8 kilometr sürətlə gedən insanlar, saatda 6,4 kilometr sürətlə gedənlərlə müqayisədə COVID-19-un ağır formasına yoluxma riskinə iki dəfə çox malikdirlər.
Beləliklə, tədqiqatçılar bu nəticəyə gəliblər ki, piylənmə dərəcəsindən asılı olmayaraq yerimə tempi koronavirusun ağır formasının riski amilidir.
Daha əvvəl Britaniyanın Tibbi Araşdırma Şurasının Molekulyar Biologiya Laboratoriyasının alimləri COVID-19 olan xəstələrdə ölüm riskini artıran bir neçə təhlükəli mutasiya aşkar ediblər. Öz növbəsində Çin tədqiqatçıları da nəticəyə gəliblər ki, COVID-19 infeksiyasından ölüm faizi riskini yüksəldən amillərdən biri də qanda şəkərin həddən artıq yüksək olması - hiperqlikemiyadır.
Qeyd edək ki, yeni koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.