Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.

Azərtac xəbər verir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.

Fevralın 28-də ölkədəki 280 meteoroloji stansiyada havanın temperaturunun müsbət 20 dərəcədən yuxarı olduğu qeydə alınıb.


Ben Ladenin oğlunun yerini deyənə 1 milyon veriləcək

ABŞ “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usama ben Ladenin oğlu Həmzə ben Ladenin yerini söyləyənə 1 milyon dollar mükafat verəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun başçısı Maykl Evanoff  bildirib.

Evanoffun sözlərinə görə, ABŞ əvvəlcə Həmzəyə qarşı sanksiya tətbiq etsə də, artıq o, Amerika vətəndaşları üçün ciddi təhlükə riski daşıyır.


Ben Ladenin oğlu harada gizlənir?

ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun rəhbəri Maykl Evanoff axtarışda olan “Əl-Qaidə” terror təşkilatının sabiq rəhbəri Usama ben Ladenin oğlu Həmzə ben Ladenin yeri ilə bağlı versiyalar səsləndirib.

Ardını oxu...


ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo Vyetnamda keçirilən sammitlə bağlı açıqlama veriblər.

Axar.az xəbər verir ki, Tramp qarşılarında bir sıra seçimlər olsa da, hələlik bunların heç birindən istifadə etməməyə qərar verdiklərini bildirib.

“Şimali Koreya ilə bağlı Kim Çen İnlə görüşlərdə son dərəcə konstruktiv danışıqlar aparıldı. Hər hansı bir sənəd imzalamaqla bağlı qərar vermədik, bunun müsbət bir addım olmadığını düşündük. Bəzi seçimlər vardı və bu seçimlərdən heç birini istifadə etmədik. Bəzən masadan uzaqlaşmaq lazım gəlir. Hazırda sanksiyalar hələ də tətbiq edilir. Şimali Koreya sanksiyaların tamamilə aradan qaldırılmasını istədi. İstədiyimiz hər şeyi etmədikləri üçün razılıq əldə edilmədi. İstədiyimiz vəziyyətə gələ biləcəyimizi düşünürəm. Kim Çen mənə söz verdi, nüvə sınaqları keçirməyəcəklərini söylədi”, - Tramp bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo da Ağ Evin istədiyi nəticəni əldə edə bilmədiyini bildirib:

“Yenə də ümidliyəm, nələr olacağını zaman göstərəcək. İrəliləyişə nail olacağıq. Daha artığını etməkdə qərarlıyıq. Bir az daha yaxşısını edə bilərdik, ancaq birlikdə çalışmaqla bağlı razılaşaraq masadan ayrıldıq”.

Qeyd edək ki, bundan öncə liderlərin görüşünün planlaşdırıldığından daha tez başa çatdığı barədə məlumat yayılıb.

 

Keçmiş vəkilindən Trampla bağlı sərt sözlər

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili, "Rusiya məsələsi"nə görə həbsə girməsi dəqiqləşən Maykl Koen Konqress üzvləri qarşısında ifadə verib. Koen Ağ Ev rəhbəri ilə bağlı gözlənilməz açıqlamalar verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Koen Trampı dələduzluqda və rasizmdə ittiham edib. O deyib ki, indiyədək Tramp onu həm şəxsi, həm də işgüzar məsələlərdə yalan söyləməyə vadar edib:

“Tramp əvvəlcədən Demokratlar partiyasının saytına haker hücumunu bilirdi. Siyasi məsləhətçisi Rocer Stounun “WikiLeaks”in demokratlara aid məktubları nəşr edəcəyi ilə bağlı onu xəbərdar etdiyini şəxsən özüm görmüşdüm. Bu sənədlər Hillari Klintonun kampaniyasına ziyan vuracaqdı. ABŞ prezidenti isə bu məlumatların sızıntısında rolu olduğunu inkar edir”.

Koen bildirib ki, Trampın “Trump Tower”in Moskva tikintisinin 2016-cı ilin yanvarında dayandırılması haqda sözləri də yalandır: “Danışıqlar hələ yarım il də davam etdi. Həmin vaxt Trampın prezidentlik kampaniyası davam edirdi. Ancaq o, qələbəyə inanmadığı üçün ruslarla biznes əlaqələrini davam etdirirdi”.

Vəkil, həmçinin, qeyd edib ki, prezident onu birinci xanım Melaniya Trampa da pornoulduz Stormi Denielslə aldatması ilə bağlı yalan söyləməyə məcbur edib: “Təəssüf edirəm ki, birinci xanımı aldatmışam. Tramp dələduzdur. O, mənə aktrisaya susması üçün ödəniş etməyi tapşırdı”.

Trampı irqçilikdə günahlandıran Koen onun “normal ölkəni qaradərili biri idarə etməz” sözlərini xatırladıb.

 

 

 
Nümayəndələr Palatasından Trampa şok qəbul edildi

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbi ilə elan etdiyi fövqəladə vəziyyət rejiminin ləğv edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Ardını oxu...

Ermənistanla Azərbaycan arasında sülhə hazırlıqla bağlı bəyanatlar xarici təsirlə yox, danışıqların nəticəsi olaraq verilir.

Axar.az xəbər verir ki, bunu “Rusarminfo” portalına müsahibəsində erməniyönlü rusiyalı politoloq Modest Kolerov deyib.

“Sülhə hazırlıqla bağlı bu bəyanatlar Paşinyan-Əliyev və Mnatsakanyan-Məmmədyarov arasındakı danışıqlar prosesinin dəqiq adıdır. Yəni əgər onlar sülh hazırlamırlarsa, o zaman niyə görüşürlər? Vasitəçilər onları həllə itələyirlərmi? Yox, itələmirlər”, – deyə o bildirib.

O, tərəflər arasında yüksək səviyyədə baş tutan altı görüşün danışıqlarda bənzəri görünməmiş tələskənliyin olmasına şahidlik etdiyini bildirib.

Qeyd edək ki, Kolerovun iddiasına baxmayaraq, Məmmədyarovla Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında əvvəlcədən vəd olunan görüş baş tutmadı.

Tramp Kimlə görüşmək üçün Vyetnama getdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşmək üçün Vyetnamın paytaxtı Hanoya yola düşüb.

liderlərin ikinci sammiti 27-28 fevral tarixlərinə planlaşdırılır.

Trampla Kim Çenin görüşdən əvvəl birgə nahar edəcəkləri bildirilir.

BMT Təhlükəsizlik Şurasındakı islahatlara ehtiyac ilk növbədə burada inkişafda olan ölkələrin olmaması ucbatından yaranıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“BMT Təhlükəsizlik Şurasındakı reformların gecikməsi faktdır. Hər şeydən öncə bu gecikmə Asiya, Afrika və Latın Amerikası regionlarından olan inkişafda olan ölkələrin olmamasıyla əlaqədardır”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləriylə bağlı islahatlara qarşı çıxan ölkələr arasında əsas yeri Rusiya və ABŞ tutur.

İranın Suriyada möhkəmlənməsinə mane olmaq üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağıq.

Ardını oxu...

Xəbər lenti