Müddətli xidmət hərbçisi Edqar Qriqoryanın yeni il gecəsi ölümü barədə məlumat dərc edilməyib, lakin bununla birlikdə gizlədilməyib.

Virtualaz.org xəbər verir ki, bu bəyanatla özünün Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan çıxış edib.

Bu məsələni “tert.am” portalı üçün Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan da şərh edib.

“O zaman əsgərin ölümü barədə məlumat dərc edilsəydi, ola bilsin ki, bu, istintaqın gedişinə mane olardı”, - o bildirib.

“İlkin istintaq aparılır və təfərrüatlar müəyyənləşdirilməlidir. Biz hadisənin hansı şəraitdə baş verdiyini bilmirik”, - nazir müavini əlavə edib.

Ukraynada prezidentliyə namizəd Oleq Lyaşko hazırkı Prezident Pyotr Poroşenkonun seçki qərargahını seçicilərlə görüş zamanı təxribat hazırlamaqda ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

“Mənim vətəndaşlarla görüşlərim zamanı təxribatlar hazırlanır. Bunu Poroşenkonun qərargahı edir. Ukraynalılardan oğurlanmış pullarla çirkli təxribatlar və seçicilərin səslərini kütləvi şəkildə alınmasını təşkil edəcəklər”, - Lyaşko bildirib.

İstanbulun Qartal rayonunda səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu verib. O bildirib ki, hadisə ilə əlaqədar araşdırma başlayıb.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Kurum isə çökən binanın betonunda dəniz qumu olduğunu bildirərək, ətrafdakı binaların da çökmə riskinin olduğunu vurğulayıb. O, bölgədəki sakinlərdən ödənişsiz olaraq binalarının yoxlanılması üçün müraciət etmələrini xahiş edib.

Qeyd edək ki, iki gün öncə İstanbulun Qartal rayonunda səkkizmərtəbəli bina çöküb.

ABŞ ordusu Talibana qarşı aviazərbə və hücumları artırıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.

Məlumata görə, hücumların səviyyəsi 2014-cü ildən bu yana ən yüksək həddə çatıb. Belə ki, keçən il ərzində ABŞ Əfqanıstandakı ekstremistlərə 7000-dən çox bomba, raket atıb və bu isə 2014-cü ildəki göstəricidən 3 dəfə çoxdur.

Qəzet bu hücumların ABŞ-ın Talibanla apardığı sülh danışıqlarında rıçaq əldə etməsi üçün təşkil etdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Talibanla danışıqlara başlayıb. Danışıqlar zamanı ABŞ-ın ordusunun bir hissəsini Əfqanıstandan çıxarmağa razılıq verdiyi vurğulanıb.

Rusiya Venesuela Prezidenti Nikolas Maduroya dəstək verməkdən imtina etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Rusiya və digər ölkələrin Quaidonu, parlamenti və Veneseulanı azadlığa, çiçəklənməyə aparan yolu tanıyan cəmiyyətlər sırasına qatmağa vaxtı var”, - o bildirib.

Rusiya ordusu S-400 raket əleyhinə müdafiə sistemlərini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

S-400 raket sistemlərinin sınaq atışları Krımda icra edilib. Belə ki, PUA vasitəsi ilə hədəf müəyyən edilib, daha sonra S-400 hədəfə doğru yönləndirilib, hədəf uğurla məhv edilib.

ABŞ Əfqanıstanda prezident seçkilərinə qədər taliblərlə sülh razılaşması imzalamaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib.

“Sülh razılaşması mənim fikrimcə, nə qədər tez olsa, o qədər yaxşıdır. Seçkiyə qədər sülh razılaşmasının imzalanması çətin olacaq. Lakin bu, Əfqanıstan üçün məqbul sayılardı”, - Xəlilzad bildirib.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkilərinin iyulda keçirilməsi gözlənilir.

Avropa Birliyi (AB) “terrorizmin maliyyələşdirilməsi” və “qaçaq yolla gəlir əldə edilməsi” ilə mübarizədə uğursuz olan ölkələr siyahısına Səudiyyə Ərəbistanını da daxil etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, AB Komissiyası bu yöndə olan və 20-dən çox ölkəni əhatə edən siyahını tamamlamaq üzrədir.

Komissiya Ər-Riyadı administrasyasını da siyahıya əlavə etmək məqsədi güdsə də, Almaniya, Fransa və İngiltərənin bu qərara qarşı çıxdığı deyilib.

Səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğu bizə məlum deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bundan sonrakı prosesdə BMT-nin istintaqı başladılmalıdır”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb.

Tiflisdə Azad Rusiya Fondunun nümayəndəliyi açılıb.

Ardını oxu...

Xəbər lenti