|
Səudiyyə Ərəbistanı və onun tərəfdaşları Yəməndə savaşan və Əl Qaidə ilə bağlı vəhhabi qruplaşmalarına ABŞ silahları verib.
Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, Ər-Riyad bununla ABŞ-la olan hərbi müqaviləsini pozub:
“Səudiyyə Ərəbistanı və onun əsas tərəfdaşı olan BƏƏ ABŞ silahından qruplaşmaların dəstəyini qazanmaq üçün valyuta kimi istifadə ediblər. Bununla Ər-Riyad bölgənin çətin siyasi landşaftına təsir etməyə çalışıb”.
Kanadanın Britaniya Kolumbiyası vilayətində qatar relsdən çıxıb.
Axar.az xəbər verir ki, bu məlumatı Ətraf Mühit Nazirliyi yayıb. Məlumata görə, insident zamanı 40-a yaxın vaqon aşıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub. Onların qatarın bələdçisi, bələdçi köməkçisi və mühəndis olduğu vurğulanıb.
Hizbullah hərəkatı hökumətə çağırış edərək bütün gücü ilə sabitliyi qorumağı və dialoq aparmağı tövsiyyə edib.
Axar.az xəbər verir ki, hərəkatın lideri Həsən Nəsrullah tərəfləri bir-birini ittiham etməməyə, təmkini qoruyub-saxlamağa çağırıb.
“Şəxsi mənafeyin üstünlüyü, partiya, yaxud şəxsi maraqlar qarşıya qoyulan tapşırığı icra etməyə imkan verməyəcək”, - deyə Nəsrullah bildirib.
Türkiyə və İran liderləri Soçidə İdliblə bağlı prosesi sürətləndirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Postsovet Araşdırmalar Mərkəzinin siyasi eksperti Fərhad İbrahimov Putin-Ərdoğan-Ruhani zirvəsini şərh edərkən bildirib.
"İdlib bütövlükdə Nüsrə Cəbhəsinin nəzarətindədir. Tehran bu vilayətin tamamilə terrorçulardan təmizlənməsini və nəzarətin Əsəd rejiminə keçməsini istəyir və bu istəyindən də geri çəkilmir. İran Türkiyənin mövqeyini də anlayır, lakin İdlibi son qalalardan biri kimi görür. Bu səbəbdən İran rəhbərliyi ölkədəki iqtisadi böhranla bağlı çətinliklərə baxmayaraq, İdlib məsələsində Dəməşqə dəstək verməyə davam etdirir.
Türkiyə, İran və Rusiyanın yaxınlaşması, əlbəttə ki, Yaxın Şərqi bölməyə çalışanların planlarına daxil deyil. Bu səbəbdən Ankara və Tehran arasında münasibətləri əngəlləmək üçün təxribatlar gözləniləndir".
Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə fevralın 14-də Soçidə zirvə görüşü keçiriləcək.
Rusiya KİV-ləri sosial şəbəkələrdə hesabları alaraq, ölkənin daxili siyasi böhranına müdaxilə edir və “sarı jiletlilər”in çıxışlarını provokasiya edirlər.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron bu işdə xüsusilə RT və “Sputnik”in aktiv olduğunu deyib.
Makron bu informasiyanı haradan əldə etdiyini açıqlamayıb.
Artıq Rusiya tərəfi də məsələyə reaksiya verib. Moskva Fransının Rusiyadakı səfirliyinə diplomatik nota verib və fransız prezidentin sözlərinə aydınlıq gətirməsi tələb edilib.
Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk hesabında Ermənistanın Baş naziri Nikol Paşinyanın Konrad Adenauer Fondundankı çıxışına münasibət bildirib.
Axar.az xəbər verir ki, Aşotyan Nikol Paşinyanın fondun mənzil-qərargahındakı çıxışına orijinalda qulaq asdığını bildirib.
“İnsan necə kompleksli olmalıdır ki, ölkənin baş naziri kimi xaricdə etdiyi mühüm çıxışın bir hissəsini əvvəlki hakimiyyətə həsr etsin? Necə cinayət həddində düşüncəsiz olmalısan ki, bizimlə nasist Almaniyası arasında paralellər aparasan? Necə prinsipsiz olmalısan ki, bundan dərhal sonra həmin hakimiyyətin ən vacib nailiyyətlərindən biri – Ermənistanla AB arasındakı yeni razılaşmanı tərifləyəsən?” - Aşotyan bildirib.
ABŞ Prezidenti Donald Tramp İraqdan İranın müşahidəsi üçün ölkədə hərbi mövcudluğunun saxlanılmasına icazə istəməyib.
Axar.az xəbər verir ki, bunu İraq Prezidenti Bərham Salehi deyib. Onun sözlərinə görə, İraq hökuməti bundan sonra da ABŞ-dan hərbi qüvvələrinin sayı və onların missiyası ilə bağlı izahat gözləyəcək.
Qeyd edək ki, Tramp bundan öncə İranı İraqda hərbi mövcudluqlarını qoruyub saxlamaqla müşahidə etdiklərini bildirib.
Ermənistanın dövlət bayrağında xaç da əks olunmalıdır.
Report xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasından deputat, ölkə parlamenti sədrinin müavini Alen Simonya Feysbuk səhifəsində yazıb.
Onun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bayraqda xaç olmasının tərəfdarları və əleyhdarları da var. İdeyanı dəstəkləyənlər hesab edirlər ki, Ermənistan xirsitian dövlət olduğuna görə bayrağında xaç əks olunması da əsaslı addım olardı. Buna qarşı çıxanların qənaətinə görə, bayrağın indiki forması daha böyük tarixi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Alen Simonyan bir müddət əvvəl Ermənistan SSR-nin himninin bərpa olunması təklifi ilə çıxış edib.
Türkiyənin Uludağ bölgəsindəki otellərdən birinin damından qar kütləsinin düşməsi nəticəsində çox sayda insan qarın altında qalıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qar kütləsinin altında nə qədər insanın qaldığı dəqiq məlum deyil. Hələlik xilas edilən iki nəfərin Bursa şəhər xəstəxanasına çatdırılması və itkin düşmüş bir nəfərin axtarışları barədə məlumat verilib.
Fransa Prezidenti Emmanuel Makron “sarı jiletlilər”in aksiyalarına zəmin yaradan böhranın aradan qaldırılması üçün referendum keçirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə “Jurnal du Dimanş” yazıb.
Nəşr referendumun mövzusu, qarşıya qoyulan tələblər barədə informasiya verməsə də, referendumun mayın 26-da Avropa Parlamentinə seçkilər günü keçirilməsinin nəzərdə tutulduğunu bildirib.