Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı Rauf Denktaşın həyat yoldaşı Aydın Denktaş vəfat edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Hürriyət” qəzeti yayıb.

Qeyd edək ki, Rauf Denktaş Şimali Kiprə 1983-2005-ci illərdə rəhbərlik edib. O, 2012-ci ildə vəfat edib.

2018-ci ildə Çinin qızıla olan ehtiyacının həcmi 5,73% artaraq 1151,43 tona çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Sinxua” agentliyi yayıb.

Bunun sayəsində Çin altıncı il ardıcıl olaraq dünyanın ən böyük qızıl istehlakçısı olub. Sənaye istehsalında qızıl istehlakı isə 17,48% artaraq 105,94 tona çatıb.

2018-ci il ərzində Çinin qızıl istehsalı 5,87% azalaraq 401,12 ton təşkil edib.

13:54

İordan çayının qərb sahili, Qəzza və İordaniyada yaşayan fələstinlilərə edilən yardımlar dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə USAİD məlumat yayıb.

Belə bir qərarın Fələstin administrasiyasının istəyi ilə verildiyi deyilib.

Qeyd edək ki, bir müddət əvvəl Fələstin Qurtuluş Cəbhəsini baş katibi Saib Ureykat bu kimi yardımların istənilmədiyini bəyan etmişdi.

“Bizi məhkəmə qarşısına çıxaracaq pulu istəmirik”, - Ureykat bildirmişdi.

 

Rusiyanın İNF razılaşmasını pozduğu bizə məlumdur.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ABŞ-ın bu razılaşmadan çıxması ilə bağlı qərarını şərh edərkən deyib.

“Rusiya ilə də danışmaq lazımdır. Biz – Almaniya tərəfi olaraq bu 6 ay ərzində görüşlər keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə kansler bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi M.Pompeo ölkəsinin İNF ilə bağlı öhdəliklərindən sabah imtina edəcəyini və yaxın 6 ay ərzində müqavilənin tamamilə ləğv olunacağını bildirmişdi.

Ermənistan xaricdəki diplomatik nümayəndəliklərdəki əməkdaşlarının sayını azaldacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, diplomatik korpuslardakı diplomatların 30%-nin işdən çıxarılacağı bildirilib.

Qeyd edək ki, bundan öncə Ermənistandakı nazirliklərin sayının da azaldılması haqqında qərar qəbul edilib. Belə ki, qərara əsasən, nazirliklərin sayı 17-dən 12-yə endirilməlidir.

ABŞ-dan Fələstinə göstərilən yardımlarla bağlı açıqlama verilib.

Axar.az xəbər verir ki, rəsmi Vaşinqton Qəzza zolağı və İordan çayının qərb sahilinə göstərdiyi bütün yardımları dayandırdığını açıqlayıb.

Mən prezident vəzifəmi icra edərkən böyük pullar itirmişəm.

Axar.az xəbər verir ki, bunu “Nyu York Tayms” qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib. O, prezidentliklə pula görə məşğul olmadığını, prezidentliyi sevdiyini deyib.

Tramp otellərinə qarşı aparılan araşdırmalara da toxunub:

“Siz bilirsiniz ki, xoşbəxtlikdən, mənə pul lazım deyil. Onlar deyir ki, otedə hansısa ölkədən kimsə qalıb. Lakin mən pul itirirəm. Yəni demək istəyirəm ki, rəqəmlər inanılmaz həddədir”.

Qeyd edək ki, Trampın prezidentlik dövründə qazandığı pulun həcminin NBC realiti-şousu dövründə qazandıqlarından çox aşağı olduğu açıqlanıb.

Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorubmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentlikdən Axar.az-a daxil olan məlumatda bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində “Nyukasl” xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən etməsi ilə əlaqədar olaraq, Krasnodardan diri quş və quşçuluq məhsullarının, Xabarovskdan isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Həmçinin o da qeyd edilib ki, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən sözügedən ərazidən birbaşa və ya tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

İranı ABŞ-ın sanksiyalarından qorumaq üçün Avropa Birliyinin dəstəklədiyi ticarət mexanizminin qurulması bir qədər gecikmiş addımdır.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Cavad Zərif Tvitter hesabında bildirib.

Zərif Almaniya, Fransa və Böyük Britaniyanın yaratdığı xüsusi hesablama mexanizmini məmnuniyyətlə qarşıladıqlarını, Avropa ilə qarşılıqlı hörmət çərçivəsində və bərabər şərtlərdə konstruktiv əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Qeyd edək ki, sözügedən ölkələr İranla hesablaşma mexanizmi İNSTEX-i (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) yaradıb.

Hindistan Rusiyadan Su-30MKİ qırıcılarının yeni partiyasını almağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə “Biznes Standard” nəşri informasiya yayıb.

Hindistan hazırda 18 təyyarənin alınması üçün Moskva ilə 800 milyon dəyərində yeni müqavilə imzalamağı planlaşdırır. Hindistan həmçinin bu qırıcıların Nasik şəhərində yerləşən kompleksdə yığılması məsələsini də gündəmdə saxlayır.

Xəbər lenti