Ağ Evin rəsmi nümayəndəsi, ABŞ prezidentinin ticarət məsələləri üzrə köməkçisi Piter Navarro CNN telekanalına müsahibə verib.

Xarici KİV xəbər verir ki, o, Ağ Evin pandemiyanın ikinci dalğasına hazırlaşdığını deyib.

“Əlbəttə. Biz koronavirusun ikinci dalğasına hazırlaşırıq. Bunun mütləq baş verəcəyini demirəm amma hazırlıq işləri görülür”-Bdeyə Navarro söyləyib.

Piter Navarro pandemiyanın arxasında Çin hökumətinin olması fikrini də bir daha təkrarlayıb.

“Çin bu virusu yaradıb. Və yüzminlərlə Çin vətəndaşını xaricə göndərərək dünyada yayıblar”.

Navarro Çinin virusu qəsdən yayıb-yaymamasının sual altında olduğunu da dilə gətirib. /Modern.az/

Elçilikdən sonra 9 nəfər koronovirusa yoluxub

Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusua yoluxub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.
Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı “filyasyon” (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.

Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb.

Gürcüstan parlamenti yeni seçki sisteminə keçdi

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.
APA xəbər verir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib, onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.
Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.

Azərbaycanlı milyarderin boşanma qalmaqalı
Milyarder Fərhad Əhmədovun oğlu anasının Londonda məhkəməyə verilməsi qərarını "qanuni don geydirilmiş qəsb" ilə müqayisə edib, anası ilə məhkəmədə çəkişmək əvəzinə öz həyatını yaşayacağını bildirib.

"Ölkə.Az" virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Mənim 26 yaşım var və mən anamı məhkəməyə vermək əvəzinə öz həyatımı yaşamaq istərdim",- milyarder Fərhad Əhmədovun və keçmiş həyat yoldaşı Tatyananın oğlu Teymur Əhmədov anasının ona qarşı qaldırdığı məhkəmə iddialarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Tatyana Əhmədovanın iddia hüquqlarını təhvil verdiyi İngiltərə məhkəməsi və "Burford Capital" şirkəti , onu öz oğlunu məhkəməyə verməyə vadar edib.

"Atam beş il əvvəl anama 150 milyon dollar ödəməyi təklif etdi, amma indi 3 vəkilin köməyi ilə piroqun bir hissəsini almaq istəyir", - o əlavə edib.

Fərhad və Tatyana Əhmədovların boşanma prosesi 2013-cü ildən bəri davam edir. Londonun Yüksək Məhkəməsi 2016-cı ilin dekabrında milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (o vaxt təxminən 584 milyon dollar idi) ödəməyə məhkum edib, lakin Əhmədov məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Təzminatı almağa  çalışan Tatyana Əhmədova isə sonradan oğlunun atasının aktivlərini gizlətməyə kömək etdiyini bildirərək onu məhkəməyə verib.

Məhkəmə iddiasında deyilir ki, Teymur Əhmədov əslində atanın köməkçisi kimi fəaliyyət göstərib və anasının bu mənbələri öz xeyrinə geri ala biləcəyi dəyərlər və maliyyə alətlərini yurisdiksiyalardan çıxarmaq üçün sxemlərin hazırlanmasına və həyata keçirilməsinə kömək edib.

Teymur Əhmədov Londonda özünün müdafiəsi üçün iki cavab iddiası qaldırıb. Onlardan birində, ananın vəkillərinə pul ödəməsinin qadağan edilməsini tələb edib, çünki məhkəməsi üçüncü tərəf "Burford Capital" fondu tərəfindən maliyyələşdirilir və nəzarət olunur. İkinci məhkəmə iddiasında Teymur anasının müdafiəsi ilə təmin edilən bəzi sənədlərin şəxsi həyatı ilə əlaqəli olduğu üçün məhkəmə prosesinin açıq elan edilməsini tələb edib. İyunun 12-də hakim Kvinnet Nouels Teymurun mübahisəli səbəbləri olmadığına görə rədd edib.

"Hakim Nouelsin qərarı qətidir və mənə qarşı ayrıseçkilik etməyən apelyasiya məhkəməsinə göndəriləcək",- deyə Teymur Əhmədov "Forbes" jurnalına bildirib.

Tbilisidə parlament binası qarşısında mitinq keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında kütləvi mitinq keçirilir.

APA xəbər verir ki, “İşğala qarşı birlikdə” şüarı ilə keçirilən mitinq “Qavrilov gecəsi”nin ildönümünə həsr edilib. 

Mitinqin keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın müxalif partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu mitinq  COVİD-19 virusu ilə əlaqədar olaraq sosial məsafə saxlamaqla keçirilir.

Qeyd edək ki, ötən il iyunun 20-də Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya Dumasının Kommunist Partiyasından olan üzvü Sergey Qavrılovun Gürcüstanın parlament sədrinin kürsüsündə əyləşməsi Gürcüstanda etirazlara səbəb olub. Hadisədən bir neçə gün sonra parlament sədri İrakli Kobaxidze istefa versə də, etiraz aksiyaları davam edib. Növbəti günlərdə keçirilən aksiyaların əsas tələbləri ölkədə proporsional seçki sisteminə keçid və o zaman daxili işlər naziri, hazırkı baş nazir Giorgi Qaxarianın istefası olub.

SSRİ-nin keçmiş rəhbərinin oğlu vəfat etdi

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov dünyasını dəyişib.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, 85 yaşında vəfat edib. S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır.

S.Xruşşov sovet, Amerika və Rusiya publisisti idi. O, “soyuq müharibə”nin tarixi üzrə mühazirələrin oxunması üçün ABŞ-ın Braun Universitetinə dəvət edilmişdi. S.Xruşşov həmçinin Braun Universitetinin Tomas Uotson Beynəlxalq Tədqiqatları İnstitutunun professoru kimi işləyirdi.report

Əl öpərək koronavirusu müalicə edəcəyini iddia edən şəxs bu virusdan öldü

Hindistanda insanların əllərini öpərək onları koronavirusdan müalicə edəcəyini iddia edən şəxs koronavirusdan ölüb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Sözügedən şəxsin ölümündən öncə 20 nəfəri yoluxdurduğu üzə çıxıb. /oxuaz

Tramp Çinin koronavirusu qəsdən yaydığını istisna etmir

ABŞ prezidenti Donald Tramp güman edir ki, Çin hakimiyyəti yeni koronavirusun başqa ölkələrə yayılmasının qarşısının alınması üçün daha aktiv tədbirlərə təşəbbüs etməyə bilərdi.
Bu barədə ABŞ lideri “The Wall Street Journal” qəzetinin jurnalistlərinə müsahibəsində bildirib.

"Ehtimal var ki, bu qəsdən idi", - Tramp deyib. Onun versiyasına görə, rəsmi Pekinin beləliklə bir sıra başqa dövlətlərin iqtisadiyyatına zərər vurmağa çalışması mümkündür. Tramp xatırladıb ki, pandemiyanın başlanğıcına qədər ABŞ-da iqtisadi vəziyyət çox əlverişli olub.

ABŞ prezidenti etiraf edib ki, kəşfiyyat xidmətləri bu versiyanı təsdiq edə bilən hər hansı məlumatlar almayıb. Trampın ehtimalına görə, Çin hakimiyyəti virusun yayılması ilə mübarizədə hansısa səhvlər buraxıb.

Çinin virusun başqa ölkələrə yayılmasına mane olmamasından bəhs edən Tramp deyib: "Mən düşünmürəm ki, onlar belə edib”.

Amma dəqiq bilmək olmaz. Bu (koronavirus) zərər vurdu", - o əlavə edib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkədə habelə xeyli sayda insan COVID-19-dan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ermənistanda son 3 gündə 1600-dən çox yoluxma

Ermənistanda koronavirusa yoluxanların artım tempi sürətlənib.

“Qafqazinfo” xəbər verir ki, son 3 gün ərzində ölkədə 1634 nəfərdə koronavirus aşkarlanıb. Həmçinin son günlərdə gündəlik yoluxma hallarının sayında da artım müşahidə olunub. Belə ki, iyunun 16-sı 425, 17-si 544, 18-i isə 665 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla ölkə üzrə yoluxmaların ümumi sayı 18 698-ə çatıb. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı sutka ərzində daha 7 nəfər artaraq 309-a çatıb. 7560 nəfər isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Ermənistanda yoluxma hallarının sayının yüksək olması səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

Türkiyədə yumşalmadan sonra yoluxanların sayı 2 dəfə artdı

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən karantin qaydalarının yumşalmasından sonrakı vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkə üzrə koronavirusla bağlı vəziyyəti dəyərləndirən Fəxrəddin Qoca Türkiyə üzrə göstəriciləri başqa ölkələrlə müqayisə edib:

"ABŞ hər 1 milyon insana 6 673 yoluxma faktının düşməsi ilə siyahıda birinci yerdədir. İspaniyada bu rəqəm 6 233, İngiltərədə 4 393, İtaliyada 3 928, Almaniyada 2 249, Türkiyədə isə 2 151 nəfər təşkil edir". O, bir milyon nəfərə düşən ölüm sayına görə Avropa ölkələrinin ilk yerlərdə qərarlaşdığını, Türkiyənin isə 57 ölüm sayı ilə 42-ci yerdə gəldiyini bildirib. 

Fəxrəddin Qoca dünya ölkələrinin COVID-19-a qarşı apardıqları mübarizədə hələ ki, bir qələbə qazana bilmədiklərini vurğulayaraq, "Epidemiya başlayandan bu günə qədər dünyada ən çox gündəlik yoluxma sayı iyunun 7-də qeydə alınıb. Dərman hələ ki, tapılmayıb, peyvənd hələ ki hazır deyil. Bu fakt, hər zaman hazır olmağımızı, vəziyyəti diqqətlə izləməyimizi və lazım gəldikdə təcili müdaxilə etməyimizi tələb edir",-deyə bildirib.

İyun ayında başladılan normallaşma prosesinə diqqət çəkən Səhiyyə naziri bu prosesin əvvəlki həyata geri qayıtmaq kimi yox, daha ehtiyatlı sosial həyata başlamaq kimi anlaşılmalı olduğunu bildirib.

"Yeni normal idarə olunan sosial həyat kimi anlaşılmalıdır. Sosial həyatın zəruri tələblərindən xəbərdarıq. İstehsal davam etməlidir. Təhsil, nəqliyyat, ticarət, turizm və bütün xidmət sahələrinin fəaliyyətinin davam etməsi cəmiyyətin gələcəyi üçün zəruridir. Həftə sonları vətəndaşlarımızı açıq havadan məhrum etdik. Şəhərlərarası nəqliyyatı məhdudlaşdırdıq. Gənclərimizdən və ağsaqqallarımızdan evdə qalmalarını istədik. Bu fədakarlığa yalnız özlərini qorumaq üçün deyil, bütün cəmiyyətin xeyri üçün getdilər. Gənclərimiz, yaşlılarımız sosial məsafəyə, maska və təmizliyə diqqət yetirərək bu ictimai hərəkata güc qatdılar",-deyə nazir qeyd edib.

Nazir həmçinin məhdudiyyətlərin qaldırıldıqdan sonra son günlər yoluxma hallarında müşahidə olunan artıma da diqqət çəkərək bunun gözlənilən olduğunu qeyd edib:

"Yoluxma sayı və reanimasiyaya aparılan xəstələrin sayındakı dəyişiklik son günlərdəki dalğalanmaların təzahürüdür. Sürpriz yoxdur. Gözlənilən həddə çatırıq. Bu həddi aşmamaq sizin əlinizdədir. Vacib olmadıqca çölə çıxmayan böyüklərimiz, sahil də əl-ələ tutmayan gənclərimiz, maskasız çölə çıxmayan və məsafəni qoruyan insanlarımızın əlindədir".

Məhdudiyyətlərin götürülməsindən sonra bütün ölkələrdə yoluxma hallarında artım müşahidə olunduğunu bildirən Qoca Türkiyədə bu artımın artıq ümumi deyil, lokal xarakter aldığını, bəzi bölgələrdə artım tempinin xüsusilə sürətləndiyini bildirib.

Nazirin sözlərinə görə, bununla belə hazırda küçəyə çıxma qadağasının tətbiqi gündəmdə deyil. 

Nazir bir daha bu məsələdə ən effektiv vasitələrin sosial məsafə, şəxsi gigiyena və özünütəcrid etmək olduğunu, bütün vətəndaşların bu qaydalara həssaslıqla yanaşmalı olduğunu bildirib:

"İnsandan insana yoluxan xəstəlik haqqında danışırıq. Yəni bir başqa insanın haqqına girmiş oluruq. Müəyyən bir müddət, xüsusən maska, məsafə və əl gigiyenası məsələlərində hər kəs bu qaydalara yüksək həssaslıqla yanaşmalıdır. Bu həmdə böyüklərimizin, valideynlərimizin, dostlarımızın haqqına dair bir məsələdir. Bu mənada lazımi həssaslığı göstərəcəyimizə əmin olmaq istəyirik".

Qeyd edək ki, Türkiyədə karantin məhdudiyyətlərinin götürülməsindən sonra gündəlik 800-900 arası qeydə alınan yoluxma sayı son günlərdə artaraq 1500-1600 aralığına çatıb.

Xəbər lenti