|
İrəvanda baş nazirin iqamətgahəndan oğurluq hadisəsi baş verib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, 4 xatirə sikkəsi oğurlanıb.
Başnazirlik Aparatının istismar şöbəsindən polisə bildirilib ki, oğurluq hadisəsi 25-30 yanvar aralığında, 3-cü mərtəbədə qurulmuş stenddən olub.
Bu gün ordumuz ölkəmizi qorumaq baxımından hər zamankindən daha güclü durumdadır.
Axar.az xəbər verir ki, bu sözləri İran ordusun komandanı, general Seyyid Əbdürrəhim Musəvi deyib.
“40 il boyunca müqavimət göstərdik, ayaqlarımız üzərində durmağı bacardığımızı və sanksiyaların öhdəsindən gəldiyimizi sübut etdik”, - deyə Musəvi bildirib.
Fevralın 14-də Türkiyə, Rusiya və İran prezidentləri arasında Soçidə görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğu deyib.
Onun sözlərinə görə, üçtərəfli görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.
5 ölkənin ordusu hazırda Sudanın paytaxtı Xartum şəhərinə doğru irəliləmək üçün fürsət gözləyir.
Axar.az xəbər verir ki, bu barədə Sudan kəşfiyyatının rəhbəri Salah Abdullah Qoş danışıb.
“Sudanda müqavimət göstərə biləcək heç kimin qalmaması naminə xaos, yağmalama və ölüm hadisələri ilə ölkəni məşğul edən 5 ordu Xartuma doğru irəliləmək üçün uyğun vaxtın gəlməsini gözləyir”, - kəşfiyyat rəhbəri bildirib.
Salah Abdullah Qoş sözügedən orduların hansı ölkələrə aid olduğunu açıqlamasa da, ölkə müxalifətindəki bəzi siyasi qüvvələrin də bu xarici dövlətlər tərəfindən idarə olunduğunu qeyd edib.
Almaniya, Fransa və Britaniya İranla xüsusi hesablaşma mexanizmi yaradıblar.
Axar.az xəbər verir ki, bu məlumatı NDR televiziyası yayıb. İranla hesablaşma mexanizminin İNSTEX (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) adlandırıldığı vurğulanıb.
Qeyd edək ki, bundan öncə ABŞ İran bankları üçün SWIFT sistemini söndürüb. Üstəlik, Vaşinqton İranla ticarət əlaqəsi quran bir sıra Avropa şirkətlərinə qarşı sanksiya tətbiq edə biləcəyini açıqlayıb. AB ölkələri öz şirkətlərinin İrandan çıxmasının qarşısını almaqdan ötrü xüsusi hesablaşma mexanizmi hazırlayacağını bildirsə də, bu işdə gecikmə müşahidə edilib. AB-nin belə gecikməsi İranın sərt tənqidinə səbəb olub.
Vaşinqton isə öz növbəsində AB-nin yaratdığı yeni mexanizmin ABŞ sanksiyalarının hədəfinə çevriləcəyini bildirib.
ABŞ Prezidenti Donald Trampın nüvə zərbəsinin endirilməsi ilə bağlı hüququnun məhdudlaşdırılması yönündə bu həftə ABŞ Konqresində iki təklif irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə qanun layihəsinin müəllifləri məlumat yayıb. Belə ki, Demokratlar Partiyasının üzvü Elizabet Uorren və Silahlandırma işləri üzrə komitənin rəhbəri Adam Smit ABŞ siyasətində nüvə silahının ilk tətbiqindən imtinanı nəzərdə tutan qanun layihəsini irəli sürüblər
“Bizim hazırki siyasi kursumuz yalnız köhnəlmiş deyil, eyni zamanda, təhlükəlidir. Açıq şəkildə bəyan edirik ki, müdafiə bizim nüvə arselanının yeganə məqsədidir. Qanun layihəsi nüvə sahəsində yanlış hesablaşmaları ciddi şəkildə azaldacaq”, - deyə Uorren və Smit bildiriblər.
Qanun layihəsində ABŞ Prezidentinə Konqresin icazəsi olmadan nüvə zərbəsi endirmə qadağası da nəzərdə tutulur.
Bu gün Türkiyə Milli Müdafiə Nazirliyindən nümayəndə heyəti Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, tərəflərin Suriyadakı son məsələləri müzakirə edəcəyi planlaşdırılır.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib.
İdlibin Suriya hökumətinin tabeliyinə keçməsi qonşu ölkələrin də xeyrinə olar.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. O bildirib ki, böyük qismi Nüsrə Cəbhəsinin əlində olan İdlibdəki durumu uzun müddət “dondurmaq” mümkün deyil:
“Terrorçuların olduğu yerdəki durumu uzun müddət “dondurmaq” mümkün olmaz. Mövqeyimiz dəyişməz olaraq qalır. Ölkənin şimal-şərqi və şimal-qərbi hökumətin nəzarətinə keçməlidir”.
Prezident Donald Tramp ABŞ-ı dünya arenasında biabır edir.
Axar.az xəbər verir ki, bunu Demokratlar Partiyasından olan tərəfdarlarına yazdığı məktubda ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib. O, Trampın həmçinin ABŞ demokratiyasının əsaslarına zərbə vurduğunu bildirib.
Kerri Trampın amerikalıları öz evində bir-birindən ayırdığını, dünyada isə ABŞ-ı təcrid vəziyyətinə gətirdiyini qeyd edib:
“Trampın fəaliyyəti ABŞ-ı geriyə atıb, İkinci Dünya müharibəsindən sonra sələflərinin yaratdığı alyans və institutlara təhdid yaradılır. Mən heç vaxt Ağ Ev rəhbərinin ölkənin milli təhlükəsizliyinə tvitlər yoluyla təhdid yaratmasını görməmişəm”.
Kerri qeyd edib ki, ABŞ demokratiyası Trampın daha 4 illik müddətə təzyiqinə davam gətirməyə bilər: "Daxili xaosu bitirmək üçün yeganə yol - bütün ölkədə seçkiləri qazanmalı və 2020-ci ildə Ağ Evə demokrat seçməliyik".
Almaniya Prezidenti Frank Valter-Ştaynmeyer hökumət təyyarəsinin nasaz olması səbəbindən ölkəsinə uça bilməyib.
Axar.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.
Bildirilib ki, mütəxəssilər təyyarədə baş vermiş nasazlığı aradan qaldırmaq üçün çalışırlar.
Qeyd edilir ki, prezidentin də daxil olduğu 55 nəfərlik nümayəndə heyəti hələ ki, otellərdə qalır.