İspaniya Kralı VI Filipi daşıya təyyarənin İraqa səfəri böhrana səbəb olub.

Axar.az xəbər verir ki, kralın səfər etdiyi təyyarədən İraqın 29 il əvvəl istifadə etdiyi bayrağın asılması etirazlar doğurub. Yaşanan çaşqınlıq kralın üzr istəməsi ilə yekunlaşıb.

Qeyd edək ki, VI Filipi daşıyan təyyarədən 1968-ci ildə hakimiyyətə gələn BAAS Partiyasının (S.Hüseynin partiyası) bayrağı asılıb.

ABŞ kəşfiyyat xidməti məsələ İran olanda passiv davranır və yanılır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında bildirib.

"Mən vəzifəyə gələndə İran Yaxın Şərqin hər yerində problem çıxarırdı. Bərbad nüvə sazişini dayandırdığımızdan bəri fərq var, ancaq yenə də təhlükə və qarşıdurma potensialı davam edir", - Tramp qeyd edib.

Almaniyanın qeyri-hökumət təşkilatı "Sea Vatc"un yanvarın 19-da Aralıq dənizində xilas etdiyi 47 miqrantla bağlı İtaliya qərar verib.

Ardını oxu...

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Nazirlər Kabinetini qətiyyətsizliyinə görə tənqid edib.

Axar.az xəbər verir ki, hökumətin iclasında çıxış edən Nazarbayev hökuməti təcili olaraq iqtisadiyyatı təmizləməyə çağırıb.

“Maliyyə sistemi... Bank yaradılır, insanlar inanmağa başlayır və pullarını buraya gətirir. Kvazisektor pullarını banka yatırır, daha sonra isə öz səhmdarları pullarını götürüb, oğurlamağa başlayırlar. Sonra onlar qaçır, biz qovuruq. Daniya Akişev (Milli Bankın rəhbəri), hər şeyə başınla cavabdehsən. Səhmdarların pulları oğurlamamasını izləmək lazımdır. İqtisadiyyatı bankrotlardan təmizləmədən normal inkişaf edə bilməyəcəyik”, – deyə o bildirib.

Nazarbayev həmçinin hökuməti qorxaq adlandırıb:

“Bankrotluq institutu bazar iqtisadiyyatında normal görüntüdür. Siz hökumət yox, sadəcə qorxaqsınız”.


“Qlobal Finans” jurnalı ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.

Axar.az xəbər verir ki, jurnalın hazırladığı siyahıda 128 ölkənin adı yer alıb. Reytinqin tərtib edilməsi zamanı daha çox silahlı konflikt yaranma ehtimalı, vətəndaşların şəxsi təhlükəsizlik səviyyəsi, həmçinin təbii fəlakət yaranma riskləri, terrorizm, cinayətkarlıq səviyyəsi əsas götürülüb.

Hazırlanan reytinqdə ən təhlükəsiz ölkə olaraq İslandiya seçilib. İlk onluqda İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya yer alıb.

Ən təhlükəli ölkə olaraq Qvatemal, Yəmən və Filippin seçilib.

İran 77-ci, Türkiyə 107-ci pillədə göstərilib.

MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Astana siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.

Türkmənistan və Özbəkistan reytinq cədvəlinə daxil edilməyib.

Sosial şəbəkə istifadəçilərindən biri Axar.az-ın redaksiyasına aşkar etdiyi 1800-cü ilin hərbi xəritəsinin araşdırılması istəyi ilə müraciət edib.

Təqdim olunan xəritə Çar Rusiyasında nəşr olunub. Xəritəni tarixçi Zaur Mehdiyev analiz edib.

Onun sözlərinə görə, sözügedən xəritənin informativ məzmununu təhlil edərkən ilk növbədə onun dil xüsusiyyətlərinə diqqət yetirmək lazımdır –hələ də Azərbaycan dilində ilkin variantında istifadə edilən mövcud adlar rus transkripsiyasında təqdim olunur.

“Qarabağ və İrəvan xanlıqları – bu feodal dövlətləri xəritədə Azərbaycan xalqının sülh və ya hərb yolu ilə Rusiya İmperiyasının tərkibinə daxil edilmiş dövlət quruluşları kimi göstərilir. Xəritədən göründütü kimi, Cənubi Qafqazın sərhədləri daxilində Azərbaycan və gürcü dövlətlərindən başqa heç bir digər dövlətin əlaməti yoxdur”, - ekspert bildirib.

Mehdiyev bu xəritənin göstərilən xronoloji intervalda obyektiv tarixi həqiqəti əks etdirdiyini bildirib.

Qeyd edək ki, Gəncə, Qarabağ, Quba, Şirvan, Muğan, Bakı və Talış xanlıqlarının əraziləri xəritədə məhz Azərbaycan dövlət quruluşlarının ərazisi kimi göstərilib.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ Dövlət katibinin müavini Andrey Tompsonla görüşəcək.

Axar.az xəbər verir ki, bunu Ryabkov jurnalistlərə açıqlamasında deyib. Görüşün sabah Pekində baş tutacağı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Ryabkov Brüsseldə NATO nümayəndələri ilə görüş keçirib.

Kanada Baş nazir Castin Trudo 2017-ci ilin 29 yanvarında hücuma məruz qalmış Qyubek şəhəri İslam Mədəniyyəti Mərkəzinin nəzdindəki məscidi ziyarət edib.

Axar.az xəbər verir ki, baş nazir burada 2 il öncəki silahlı hücumda ölənlərin yaxınlarına başsağlığı verib.

“İki il öncə bu gecə burada terror hücumunda 6 nəfər öldü, 19 nəfər isə yaralandı. İtirdiklərimizə görə dərin kədər hissi keçirirəm. Bu gün buradan bəyan edirik ki, islamafobiya, nifrət və ayrı-seçkiliyin burada, yaxud heç bir yerdə yeri yoxdur. Qorxunun bizi ayırmasına əsla icazə verməyəcəyik və hər zaman bizi güclü edən dəyərləri müdafiə edəcəyik. Kanada hökuməti adından bu gün bütün kanadalıların dayanıb, qurbanları xatırlamasını istəyirəm”, - deyə Trudo nitqində söyləyib.

Xatırladaq ki, 2017-ci ilin 29 yanvarında Aleksandr Bissonet adlı şəxsin həyata keçirdiyi hücumda 6 müsəlman ölmüş, 19-u isə yaralanmışdı.

2019-cu ildə Rusiya ilə Ukrayna arasında gərginlik arta bilər, amma Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi inandırıcı görünmür.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. O, həmçinin Azov və Qara dəniz regionlarında da gərginliyin güclənə biləcəyini vurğulayıb.

Kouts həmçinin Rusiyanın Ukraynanın hərbi-siyasi və iqtisadi destabilizasiyasını davam etdirəcəyini, Kiyevin AB və NATO-ya inteqrasiyasına qarşı çıxacağını bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir-birinə ehtiyacları olduğunu çox yaxşı bilirlər.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın "Della Querra" xəbər saytında məqalə dərc edilib.

"Ərdoğanın bir məqsədi var: Suriyanın şimalının Türkiyənin nəzarəti altına girməsi. Putinin isə fərqli məqsədləri var: Suriyadakı müharibənin başa çatması, Bəşər Əsədin vəzifəsinə davam etməsi və ölkənin parçalanmasının qarşısının alınması", - məqalədə qeyd edilib.

Qeyd edilir ki, Ərdoğanla Putinin tandemi istər enerji, istərsə də müdafiə sektorunda da təsirlidir, ancaq bu əməkdaşlığın önünü açacaq əsas açar Suriyadır.

Xəbər lenti