|
Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Dini İşlər üzrə İdarəsi qərar verib.
İdarənin sədri Əli Erbaş bildirib ki, siqaret çəkmək haramdır və din xadimləri tütün məmulatları istifadə etməməlidir.
O əlavə edib ki, bir neçə gün bütün imamlara siqaret çəkənlərin Həcc ziyarəti zamanı qruplara rəhbərlik edə bilməyəcəkləri barədə xəbərdarlıq göndərilib.
Meteoroloqlar qeyd edirlər ki, bu il Şimali Avropanın Laplandiya bölgəsində, o cümlədən Finlandiyada Avropanın ən soyuq temperaturu müşahidə olunur.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” yazıb.
Məlumata görə, regionda temperatur mənfi 38.7 dərəcə selsiyə qədər enib. Finlandiya və şimal-şərqi Avropada kəskin şaxta arktik siklonlarla izah edilib.
Rusiya və Yaponiya Cənubi Kurillə bağlı müqavilə bağlamağa nail olacaq.
Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe parlamentin açılışında çıxış edərkən danışıb.
“Bizim xalqlarımız qarşılıqlı etimad və dostluğu dərinləşdirəcək, ərazi problemini həll edəcək və sülh müqaviləsi imzalayacaq”, - Abe bildirib.
Şinzo Abe müqavilənin 1956-cı il deklarasiyası əsasında imzalanacağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, Rusiyada keçirilən sorğuya əsasən, əhalinin 77 faizinin Cənubi Kuril adalarının Yaponiyaya verilməsinin əleyhinə çıxış etdiyi məlum olub.
Qarabağ separatçılarının “milli təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı iddiaları gülünc adlandırıb.
Axar.az xəbər verir ki, bunu Balasanyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanda konstitusion nizamı dəyişməyə hakimiyyətdə olmayan qüvvənin gerçəkləşdirməsinin daha real olduğunu və hakimiyyətdə olan şəxsin buna ehtiyacı olmadığını deyib.
Balasanyan zamanı gələndə hazırkı hökumətin atdığı addımlara görə utandığını deyəcəyini vurğulayıb.
Qeyd edək ki, bu, Qarabağ klanının və qondarma rejimin Paşinyan hökumətinə qarşı ilk addımı deyil. Bundan öncə separatçı rejimin bəzi nümayəndələri və hətta “parlamenti” belə Köçəryanın azad edilməsi tələbiylə çıxış etsə də, Paşinyanın rejimi sərt tənqidindən sonra vəziyyət dəyişib.
Əfqanıstan ölkədəki xarici hərbi kontingentin azaldılması üçün mümkün olan hər şeyi edəcək.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qəni danışıb.
“Xarici qoşunların sayını qəti bir plana əsasən sıfra endirməyə çalışacağıq”, - Qəni bildirib.
ABŞ-ın Tacikistandakı səfiri vəzifəsinə Con Mark Pommerşaym təyin edilib.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Tacikistandakı səfirliyi yayıb.
Pommerşaym bundan öncə ABŞ-ın Qazaxıstandakı səfirinin müavini olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Avrasiya və Avropa İşləri üzrə Büroda Regional konfliktlər və Qafqaz məsələləri ofisinin direktoru vəzifəsini daşıyıb. Bu vəzifədə diplomat Ermənistan, Azərbaycan və Gürcüstanla münasibətlərə cavabdehlik daşıyıb.
ABŞ rusiyalı oliqarx Oleq Deripaskanın “Rusal”, “En+” və “Yevrosibenerqo” şirkətlərinə sanksiyaları ləğv edib.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik buna səbəb kimi Deripaskanın razılaşmanın şərtlərinə uyğun üç şirkətdəki səhmlərin əsas hissəsindən imtina etdiyi vurğulayıb.
Şirkətin səhmlərinin böyük hissəsinin hazırda rusiyalı milyarderlə əlaqəli olmayan ABŞ və AB vətəndaşlarına məxsus olduğu bildirilib.
Son zamanlar Türkiyə siyasətində səssizliyi ilə diqqət cəlb edən keçmiş prezident Abdullah Gülün, sabiq baş nazir Əhməd Davudoğlunun və adları açıqlanmayan AKP-çi deputatların Səadət Partiyasına keçəcəyi yönündə iddialar yayılıb.
Axar.az xəbər verir ki, iddialara görə, 31 mart yerli idarəetmə orqanlarına keçirilən seçkilərdən sonra sözügedən iki məşhur simanın partiyaya keçidi baş tutacaq.
Bildirilib ki, əvvəlcə yeni partiya yaratmaq ideyası ətrafında söz-söhbətlər dolaşsa da, sonradan bu plan dəyişdirilib.
Abdullah Gülün bu prosesdə liderlik edən deyil, xaricdən dəstəkləyən mövqedə olacağı istisna edilmir.