Güclü qar səbəbindən kütləvi yol qəzası: 2 ölü, azı 44 yaralı - FOTO
Səlahiyyətli qurumlar insidentə görə trasın böyük hissəsini bağlayıb

ABŞ-da 30-dan çox nəqliyyat vasitəsinin iştirakı ilə kütləvi yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Pensilvaniya ştatının “80” avtomagistralında qeydə alınıb. Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya güclü qarın yağması səbəb olub. Nəticədə 2 nəfər ölüb, azı 44 nəfər isə xəsarət alıb.

Səlahiyyətli qurumlar insidentə görə trasın böyük hissəsini bağlayıb.

 

 

Dəmiryolunda ŞOK oğurluq – 240 minlik “Maybach” oğurlamaq istədilər - FOTOLARr

Dünən Almaniyanın Hamburg şəhər dəmiryolu vağzalında oğurluğa cəhd edilib. Avtosfer.az-ın alman mətbuatına istinadən verdiyi məlumata görə, adları istintaqa məlum olmayan bir neçə nəfər dəmiryolu ilə daşınan, dəyəri 142.000 avrodan (240 min manat-red.)  yuxarı olan Mercedes-Benz S klass “Maybach” model avtomobili qaçırmağa cəhd göstəriblər. Onlar avtomobili qatardan endirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər. Avtomobilin ön hissəsi aşağı endirilərkən dəmir yolu reyslərinə dəyərək zədə alsa da, arxa hissəsi sıxışıb qalmışdır. Cinayətkarlar planlarının baş tutmayacaqlarını anlayaraq dərhal hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə cəlb edilən polislər barmaq izi vasitəsi ilə cinayətkarların izinə düşmək üzərindədir. 
Məlumat üçün bildirək ki, bu cür transport logistik daşımalarda yükləmə-boşaltmanı asanlaşdırmaq üçün avtomobillərin açarları üzərində və qapıları açıq şəkildə olur. Lakin avtomobillər "transport rejim”də olduqları üçün bir çox funksiyaları offline rejimdə olur və mühərrik 10 faiz gücündə çalışır...
(Fotolar Blaulicht-news-ə aiddir).

 

 
Aeroporta enişə keçən təyyarə qəzaya uğradı: 9 nəfər öldü
Müvafiq qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır

Venesuelanın Kharallave şəhərində təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər dünyasını dəyişib. Yol-xeber.az xəbər verir ki, insident Karakas Oskar aeroportu yaxınlığında baş verib.

Məlumata görə, göyərtəsində 2 ekipaj üzvünün və 7 sərnişinin olduğu “Beechcraft King Air 100” tipli təyyarə, hava limanına enişə keçdiyi zaman qəzaya düşüb.

Bildirilir ki, hadisədə sağ qalan olmayıb. Xilasedicilər hava gəmisinin qalıqlarını aeroportdan 8 kilometr aralıda aşkarlayıblar.

 

Qəzanın qeyri-hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

Müvafiq qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

Qar çovğunu kütləvi yol qəzasına səbəb oldu: 1 ölü, 30 yaralı - VİDEO
Trasda nəqliyyatın hərəkəti bir neçə saatlıq bağlanıb

ABŞ-ın Pensilvaniya ştatında əksəriyyəti yük maşınlarından ibarət olan 20-dən çox nəqliyyat vasitəsinin iştirakı ilə kütləvi yol qəzası baş verib. Yol-xeber.az xəbər verir ki, insident ötən gün yerli vaxtla günorta saatlarında ştatlararası “I-80” avtomagistralında qeydə alınıb. Bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumata görə, qar çovğunu səbəbindən yolda görünüş məsafəsinin 0-a enməsi nəticəsində 10-dan çox yük maşını və bir neçə minik avtomobili bir-birinə çırpılıb. Kütləvi qəza zamanı 1 nəfər ölüb, daha 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Trasda nəqliyyatın hərəkəti bir neçə saatlıq bağlanıb. 

 

Qayda pozan sürücü polis əməkdaşını bıçaqladı - FOTO
Onun barəsində cinayət işi açılıb, hazırda təhqiqatlar davam etdirilir

Gürcüstanın Batumi şəhərində yol patrul inspektoru sürücü tərəfindən bıçaqlanıb. Yol-xeber.az xəbər verir ki, insident dekabrın 18-də Çavçavadze küçəsində baş verib.

Məlumata görə, xidməti vəzifəsini yerinə yetirən yol patrul xidmətinin əməkdaşı Otar Tavartkiladze, qayda pozan sürücünü saxlayıb. Avtomobildən enən sürücü naməlum səbəblərdən Tavartkiladzenin boyun nahiyəsinə bıçaq zərbələri endirib.

Nəticədə Otar Tavartkiladze ağır vəziyyətdə, şəhərdə yerləşən klinik xəstəxanalarını birinə çatdırılıb və dərhal əməliyyat olunması üçün cərrahiyə otağına yerləşdirilib. Həkimlər, onun çoxlu qan itirdiyini bildirib.

 

Hadisədən sonra hücum edən şəxs Tavartkiladzenin həmkarı tərəfindən yaxalanıb.

Son məlumata görə, Otar Tavartkiladzenin cərrahiyə əməliyyatı uğurla başa çatıb.

Klinikanın nümayəndəsinin sözlərinə görə, xəstəni klinikaya mülkü vətəndaş gətirib və onun boyun nahiyəsində iti kəsici alətlə kəsilmiş iki yara izi var idi.

Onun barəsində cinayət işi açılıb, hazırda təhqiqatlar davam etdirilir.

Qeyd edək ki, Otar Tavartkiladze qol güləşi üzrə 70-75 kq çəki dərəcələrində Gürcüstan çempionudur.

 

 

Oğul avtomobil sürməyə görə atasını döydü: sakitləşmədi, maşının şüşələrini də qırdı - FOTO
Polis F.M.-in ifadəsini almaq üçün bölməyə aparıb

Türkiyənin Bursa vilayətində oğul səki daşı ilə atasının avtomobilinə ziyan vurub. Yol-xeber.az xəbər verir ki, hadisə İnegöl rayonunun Mahmudiyə məhəlləsində baş verib. Ata və oğul məhəllədə yerləşən dükana borcların ödədikdən sonra evlərinə qayıtmaq istəyiblər. İddiaya görə, oğlu F.M., sükan arxasına keçərək avtomobili idarə etmək istəyib. Ancaq, atası R.M., buna icazə verməyib. Bundan sonra ata və oğul arasında mübahisə yaşanıb. Mübahisə zamanı F.M., atasını vurub, ardınca da səkinin daşlarını sökərək avtomobilin şüşələrini sındırıb.

Ətrafdakı insanların köməkliyi ilə əsəbi gənc sakitləşdirilib. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Asayiş keşikçiləri F.M.-in ifadəsini almaq üçün bölməyə aparıblar.

İnsidentlə bağlı təhqiqatlar davam etdirilir.

 

Deputata məxsus avtomobil yandırılıb - VİDEO
Maşının üzərinə alovlandırıcı maye tökülərək oda verilib

Ukraynada naməlum şəxslər deputatın avtomobilini yandırıblar. Yol-xeber.az xəbər verir ki, bu barədə yerli “Dumskaya” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, minik avtomobili dünən axşam saatlarında Artilleriskiy küçəsində oda verilib.

Şahidlər iddia edir ki, naməlum şəxslər park edilmiş maşının üzərinə alovlandırıcı maye tökərək yandırıblar.

 

Qeyd edilir ki, avtomobil Odessa regional şurasının deputatı “Doveryay delam” partiyasından Aleksandr Axmerova məxsus olub. O, 2010-2015-ci illərdə şəhər seçki komissiyasına sədrlik edib.

 

Qatar avtomobili 400 metr sürüdü: Ölənlər var - FOTO
Qarsdan Ərzuruma gedən yük qatarının yoluna çıxması avtomobildə olan üç nəfərin ölümünə səbəb olub

Türkiyədə yük qatarı relslərinə çıxan avtomobili 400 metr sürüyüb.

“CNNTürk”ün xəbərinə görə, Qars vilayətinin Səlim rayonunda avtomobilin Qarsdan Ərzuruma gedən yük qatarının yoluna çıxması avtomobildə olan üç nəfərin ölümünə səbəb olub.

Qəza nəticəsində avtomobilin sürücüsü M.G. və avtomobildə olan iki sərnişin - M.G. ilə E.G. həlak olub.

 

 

Dəhşətli qəzada bir ailənin üç üzvü öldü - FOTO
Yaralı Adəm Qaratəpə və Cihan Ünal xəstəxanaya yerləşdiriliblər

Türkiyədə qəza nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Afyonkarahisar şəhərində furqonlu avtomobillə minik maşınının toqquşması nəticəsində bir ailənin üzvü olan Yaşar Çolak (46 yaş), Əminə Çolak (44 yaş), Sıdıqa Çolak (77 yaş), Sərpil Qaratəpə (38 yaş) həlak olub və iki nəfər yaralanıb.

DHA-nın xəbərinə görə, yaralı Adəm Qaratəpə və Cihan Ünal xəstəxanaya yerləşdiriliblər.

 

 

Fransada qadın qatarda uşaq dünyaya gətirdi
Fransa Beynəlxalq Dəmiryolu Şirkəti (SNCF) bir çox qatar səfərlərini ümumi tətil səbəbi ilə təxirə salıb. Lakin buna baxmayaraq, bəzi səfərlər davam edir. Belə səfərlərin birində uşaq dünyaya gəlib.

"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, Gare adında gənc qadın Lionda qatara minib.

Dəmiryolu işçiləri ona qatara minməmək barədə məsləhətlər versə də, qadın minməkdə israr edib.

Bir neçə stansiya sonra qadının doğum sancıları başlayıb. O, övladını rahat dünyaya gətirsin deyə, qatar dayandırılıb və vaqon təxliyə edilib. Körpə stansiyaların birində dünyaya göz açıb. Hazırda ananın da, körpənin də vəziyyəti yaxşıdır.

Ənənəyə görə, qatarda doğulan körpələr həyatları boyu pulsuz bilet haqqına sahib olurlar. Bu uşağın da eyni hüquqdan yararlanacağı ehtimal olunur.

Xəbər lenti