Yolda qalmış turistə polis köməyə gəldi - FOTO
Sürücü çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib

Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər. Belə ki “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.
Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.
Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.

 

 
Dominikanda baş verən avtobus qəzasında 17 nəfər xəsarət alıb
Qəzada xəsarət alan şəxslər xəstəxanalara aparılıb

Dominikan respublikasının El Naraho vilayətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “El Nacional” nəşri yazıb.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sürücüsü sürüşkən yolda idarəetməni itirib və nəticədə avtobus xəndəyə aşıb. 

 

Qəzada xəsarət alan şəxslər xəstəxanalara aparılıb. 

Qatarlarda yüksək sürətli internetin tətbiqi ildə 300 milyon dollar gəlir gətirə bilər
21,5 milyard rubl (300 milyon dollar) gəlir gətirə bilər

Rusiyada 2022-ci ilədək qatarların və təyyarələrin yüksək sürətli internetlə təmin edilməsi planlaşdırılır.

Bu barədə “İzvestiya”ya Milli Texnologiya Təşəbbüsünün mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, layihələndirilən simsiz əlaqə sistemi mövcud peyk standartlarına və mobil əlaqələrə (3G, 4G və 5G) uyğun olacaq. Bundan başqa, o, real rejimlə pilotsuz təyyarələri idarə etmək imkanı da verəcək.

 

"Aeronet"in işçi qrupunun rəhbərlərindən biri Sergey Jukov qeyd edib ki, nəqliyyat vasitələrində şlüz yerləşdiriləcək və istifadəçilər yüksək sürətli internetə qoşula biləcəklər. Hər retranslyator 150 kilometr radiusunda işləyəcək.

Mütəxəssislərin fikrincə, yüksək sürətli internetin təkcə dəmir yolunda tətbiqi ildə 21,5 milyard rubl (300 milyon dollar) gəlir gətirə bilər.

Taksi sürücüsü 3 kilometrə görə, əcnəbi sərnişindən 375 manat aldı
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb

Rusiyada 29 yaşlı Voronej sakini olan qadın paytaxt polisinə şikayətlə müraciət edərək bildirib ki, yerli taksi sürücüsü ondan və Fransız həyat yoldaşından 3 kilometrlik məsafəyə görə haqsız yerə 13 min rubl (350 Azn) gediş haqqı tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə isə onları avtomobildən buraxmayacağı ilə hədələyib.

Bundan sonra məcbur olan əcnəbi, bank kartını sürücüyə verib. Sürücü isə kartdan 14 min rubl (375 Azn) çıxararaq onları buraxıb.

Qadın Moskvada şikayət ərizəsi yazmaqdan imtina edib, o, Voronejə qayıtdıqdan sonra bunu edəcəyini söyləyib.

 

Ancaq paytaxt hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Bu ölkədə "xəstəsi olan" sürücülər yoxdur - VİDEO
"Xəstəniz yoxdur?", "yetimsiniz? Niyə marqat etmirsiniz?" deyə sual edir

Həmyerlilərimizdən biri ABŞ-da avtomobil idarə edən zaman video çəkib. Yol-xeber.az xəbər verir ki, magistral yolda sol zolaqla hərəkət etdiyi halda arxadan heç bir sürücü onu ötmək üçün yol istəmir. Həmyerlimiz isə zarafatla "xəstəniz yoxdur?", "yetimsiniz? Niyə marqat etmirsiniz?" deyə sual edir.

 

Videonu təqdim edirik:

 
Dəmir yolu stansiyası üç günə tikildi
Gecələr işlər güclü projektorların köməyi ilə aparılıb

Amsterdamda inşaatçılar üç gün ərzində yeni "Amstardam Zuid" stansiyasını inşa edə biliblər. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu nəticə gecə-gündüz yorulmadan işləmək sayəsində əldə edilib. Bütün proses video qeydə alınıb və üç gün çəkib: əvvəlcə inşaatçılar köhnə asfalt səthini qaldırıb sonra dəmir yolu xətlərini söküblər. Bu müddət ərzində yeraltı tunel inşa edilib. Gecələr işlər güclü projektorların köməyi ilə aparılıb. Yeni bir stansiyanın inşası barədə qərar çoxdan qəbul edilib, lakin şəhər rəhbərliyi qatarların və avtomobillərin hərəkətini iflic etməmək üçün bunun necə həyata keçiriləcəyini bilməyib. Buna görə, üç gün ərzində yolların bağlanmasına və bu müddət ərzində yeni bir stansiyanın tikilməsinə qərar verilib.
Sərnişin avtobusu beton arakəsməyə çırpıldı: 3-ü ağır, 33 yaralı - FOTO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Çinin Honkonq şəhərində iki mərtəbəli avtobusun qəzaya uğraması nəticəsində azı 33 nəfər xəsarət alıb. Yol-xeber.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Lam Tin və Kovlon Bayı birləşdirən avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, mərkəzdən Tai Poy istiqamətinə hərəkət edən 307 saylı iki mərtəbəli marşrut avtobusun sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək tunelin girişi yaxınlığında yol ayrıcındakı beton arakəsməyə çırpılıb.

Xilasedicilərin bildirdiyinə görə, avtobusun ciddi zərər görməsinə baxmayaraq xoşbəxtlikdən ölən olmayıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

 

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

“Skymark” aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili qəza enişi edib
Hadisəyə mühərriklərdə yaranan nasazlıq səbəb olub

Yaponiyada “Skymark” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Fukuok prefekturasının şərqində yerləşən aeroporta təcili qəza enişi edib.

Yol-xeber.az xəbər verir ki, təyyarə Naha şəhərindən havaya qalxıb, lakin bir müddətdən sonra mühərriklərin işində nasazlıq yaranıb. Bu səbəbdən qərar qəbul edilərək təcili eniş edilib.

Xəsarət alanlar barədə məlumat verilmir.

 

Hadisə ilə əlaqədar hava limanının uçuş-eniş zolağı müvəqqəti bağlanıb

“Giriş yoxdur” nişanından qaçdı, “təcili yardım” maşını ilə toqquşdu - VİDEO
“Mercedes” 3-cü zolaqdan birinci zolağa manevr edib

Moskva ətrafı Zelenoqrad inzibati rayonunda minik avtomobili və “təcili tibbi yardım” maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident Kutuzovsk şosesində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil, bütün nəqliyyat iştirakçılarının gözləmədiyi bir anda 3-cü zolaqdan birinci zolağa manevr edərək xəstəxanaya yeniyetmə xəstəni aparan “təcili tibbi yardım” maşını ilə toqquşub. Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb. Yeniyetməni isə digər səhiyyə maşını aparıb.

Qəzadan sonra sürücü qeyri-adi manevrini, hərəkətdə olana vaxt qarşısına çıxan “Giriş yoxdur” nişanından qaçmağı ilə izah edib.

 

İki qadın sürücü yol vermək üstündə dava etdi - VİDEO
Hər iki qadın polis şöbəsində biri-birlərindən şikayətçi olublar

İstanbulda iki qadının yol vermək üstündə düşən davası polis şöbəsində sona çatıb. Yol-xeber.az xəbər verir ki, insident bu gün saat 18.00 radələrində Çəkməköy rayonunun Memar Sinan küçəsində qeydə alınıb.

Məlumata görə, A.E. park vəziyyətində olan avtomobilini işə salaraq geriyə çıxmaq istəyib. Lakin, maşını ilə işıqforun qırmızı işığında gözləyən B.B. ona yol verməyib.

Bildirilir ki, bundan sonra ikili arasında sözlü mübahisə yaşanıb. Daha sonra B.B., avtomobilindən enərək A.E.-nin maşınına təpik ataraq ona hücum edib.

 

Hadisənin ardından döyüldüyünü iddia edən A.E., polis şöbəsinə gələrək şikayətçi olub.

Şikayətçinin ifadəsi alındıqdan sonra, polis əməkdaşları B.B.-nin idarə etdiyi avtomobilin nömrəsini müəyyən edərək onu şöbəyə dəvət ediblər.

Hər iki qadın sürücü polis şöbəsində biri-birlərindən şikayətçi olduqlarını söyləyiblər.

Asayiş keşikçiləri ərazidə olan təhlükəsizlik kamerasını araşdırmağa götürüblər.

Xəbər lenti