İki sərnişin qatarı toqquşdu: 15 ölü, 30 yaralı - VİDEO
Ölənlərin artacağı istisna edilmir

Banqladeşdə iki sərnişin qatarının toqquşması nəticəsində azı 15 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb. Yol-xeber.az xəbər verir ki, insident bu gün yerli saatla 02.00 radələrində paytaxt Dəkkədən 109 kilometr aralıda Mondobhaq stansiyasında qeydə alınıb.

Məlumata görə, qəza stansiyaya daxil olan qatarlardan birinin istiqamətini dəyişməsi səbəbindən baş verib.

Bildirilir ki, bir çox insan deformasiyaya uğramış vaqonların arasında qaldığından ölənlərin artacağı istisna edilmir.

 

Qəza yerinə səhiyyə, polis və xilasetmə briqadalarının əməkdaşları cəlb olunub.

Hadisənin baş verdiyi ərazidə bütün dəmiryolu səfərləri dayandırılıb.

 

Sərnişin təyyarəsi eniş zamanı zolaqdan çıxaraq aşıb - VİDEO
Hadisə vaxtı göyərtədə 38 sərnişin və 3 ekipaj üzvü olub

ABŞ-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi yaranan buz təbəqəsi səbəbindən uçuş-eniş zolağından kənara çıxaraq aşıb. Yol-xeber.az xəbər verir ki, insident ötən gün O`Hara beynəlxalq hava limanında baş verib. Hadisənin görüntülərini bir sərnişin tərəfindən qeydə alınıb.

Kadrlarda, hava gəmisinin eniş etdiyi və qarlı zolaqda manevr edən zaman sağ qanadı üstə aşdığı görülür.

Bildirilir ki, təyyarə Şimali Karolina ştatının Qrinsboro şəhərindən havaya qalxıb, göyərtədə 38 sərnişin və 3 ekipaj üzvü olub. Onlar təxliyə ediliblər. Hadisə vaxtı xəsarət alan olmayıb.

 

Qeyd edək ki, qeyri hava şəraiti ilə əlaqədar O`Hara Beynəlxalq Hava Limanında təxminən 450 reys təxirə salınıb.

 

Belə yol polisi heç yerdə görülmədi - VİDEO
Hərəkəti çox sürətlə tənzimləyir

Sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub. Yol-xeber.az xəbər verir ki, Afrika ölkələrinin birində çəkilmiş videoda yol polisi nizamlayıcı rolunu oynayır. Amma o qədər cəld hərəkət edir ki, həm yolu tənzimləyir, həm də bu işi sürətlə görür.

 

Videonu təqdim edirik:

 
Pilotun səhvinə görə Amsterdam aeroportunda fövqəladə vəziyyət elan edildi
Amsterdamın Shiphol hava limanında fövqəladə vəziyyət elan olunub.

"Yol-xeber.az" qafqazinfo-ya istinadən xəbər verir ki, “Air Europa” aviaşirkətinə məxsus  Amsterdam-Madrid reysi üzrə havaya qalxan “UX1094” təyyarəsindən həyəcan siqnalı göndərilib. Polis göyərtədəki sərnişinlərin girov götürüldüyünü bildirən siqnala basıb.

 

Dərhal başladılan araşdırma zamanı siqnalın pilot tərəfindən səhvən göndərildiyi məlum olub. Bu barədə şirkətin Tvitter səhifəsində yazılıb. Bütün sərnişinlərin təhlükəsiz vəziyyətdə olduqları və təkrar uçuş üçün gözlədikləri bildirilib. Şirkət narahatlığa görə üzr istəyib.

 Dünyanın daha bir təhlükəsiz piyada keçidi - VİDEO
Piyadaların təhlükəsiz üçün daha bir keçid

Sosial şəbəkələrdə maraqlı bir video paylaşılıb. Yol-xeber.az xəbər verir ki, Avropa ölkələrinin birində maşınlar piyada keçidinə yaxınlaşarkən qəfildən dayanmalı olurlar. Səbəb isə piyada keçidinin dəmir zolaqlarını qalxması olur. Bu isə piyadaların daha təhlükəsiz keçməsi deməkdir.

 

Həmin videonu təqdim edirik:

 

Özbəkistan Nəqliyyat Nazirliyi 2020-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir.

Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbərliyi və “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini İqbal Hüseynov Daşkənddə Gürcüstan və Türkiyənin dəniz limanlarına çıxışı ilə 2020-ci ilin əvvəlində BTQ dəmir yolu marşrutu boyunca pilot tranzit daşımalarının başlamasına məqsədilə birgə işlərin sürətləndirilməsinə dair razılığa gəliblər.

Bundan əlavə, Daşkənddə iki ölkənin tranzit potensialının inkişaf perspektivləri və Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu boyunca multimodal nəqliyyatın təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC səmərəli tranzit potensialı realizasiyası üçün dekabr ayında komitə yaradılması və bununla bağlı iclasının keçirilməsini təklif edib.

Maşın bazarında qətl: 5 nəfəri güllələyib öldürdülər - VİDEO
Müvafiq qurumlar tərəfindən təhqiqatlar başlanılıb

Meksikada naməlum şəxslər maşın bazarında 5 nəfəri güllələyərək qətlə yetiriblər. Yol-xeber.az xəbər verir ki, insident Miçoakan şatatının Uruapan şəhərində baş verib.

Şahidlərin bildirdiyinə görə, bir neçə silahlı şəxs avtomobil alıb-satan insanlara atəş açdıqdan  sonra hadisə yerindən qaçıblar və onları yaxalamaq mümkün olmayıb.

Ehtimallara görə, qətli, bölgədə fəaliyyət göstərən cinayət qruplaşmalardan biri həyata keçirib.

 

Müvafiq qurumlar tərəfindən təhqiqatlar başlanılıb.

 

İstanbul ŞOK-da - Yaralılar yerə səpələndi - VİDEO - FOTOLAR
Faktla bağlı araşdırma aparılır

Türkiyənin İstanbul şəhərində sürücü avtobusu dayanacaqdakı insanların üzərinə sürüb.

Yol-xeber.az Baku.ws-ə istinadən xəbər verir ki, dəhşətli hadisə bu gün Beşiktaş meydanında baş verib.

Belə ki, sərnişin avtobusun sürücüsü maşını dayanacaqda insanların üzərinə sürüb.

Avtobus dayanacağa çırpıldıqdan sonra dayanıb. Sürücü əlinə bıçaq alaraq yerə düşüb. Yerdə insanlardan birinə bıçaqla zərbə vurub və daha sonra özünü dənizə atıb.

Polislər onu dənizdən çıxarıblar və həbs ediblər.

Araşdırmalar zamanı sürücünün kimliyi məlum olub. O, Necdet K. olub. Onun 10 ildən çoxdur sürücülük etdiyi bildirilib.

Saxlanılan şəxsin əməlləri nəticəsində 13 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

 

 
Polis bu görüntülərdən sonra hərəkətə keçdi - VİDEO
Sözügedən görüntüləri təqdim edirik

Polis bu görüntülərdən sonra hərəkətə keçib.

Yol-xeber.az Buta.ws-ə istinadən Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Konyada gediş-gəlişin sıxlıq olduğu bir vaxtda bir sürücü yol ortasında dayandı və "drift" etməyə başlayıb.

O anlar mobil telefon vasitəsi ilə çəkilib. Sürücülər avtomobillərindən enərək ona etiraz ediblər. 

 

Sözügedən görüntüləri təqdim edirik:

 
Nəzarətçi sərnişinləri qatardan atdı - biri öldü, biri də ayaqlarını itirdi
“Hər iki sərnişin öz istəkləri ilə qatardan atılıblar”

Misirdə gediş haqqını ödəyə bilməyən iki nəfərin hərəkətdə olan qatardan atılmalarını istəyən  nəzarətçi həbs olunub. Yol-xeber.az xəbər verir ki, bu barədə “Sky News Arabia” portalı məlumat yayıb.

Məlumata görə, Məcdi İbrahim Məhəmməd bileti olmayanlardan cərimə tələb edib, lakin həmin sərnişinlərdə pul olmayıb. Bundan sonra nəzarətçi onlardan hərəkətdə olan qatarı tərk etmələrini tələb edib.

Elə bu anda sərnişinlərin hər ikisi Tanta şəhəri ərazisindən keçən qatardan atıblar. Nəticədə onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə ayağından məhrum olaraq ciddi xəsarətlər alıb.

 

Misir Dəmir Yol İdarəsinin nümayəndəsi bildirib ki, hər iki sərnişin öz istəkləri ilə qatardan atılıblar, lakin şahidlər hadisənin əksini söyləyirlər.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Xəbər lenti