Türkiyədə təbii fəlakət
Bu gündən etibarən fevralın 14-dək Türkiyənin Trabzon, Ərzurum, Ərzincan, Ağrı, İğdır və Ərdahan vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Məlumata görə, Rizə və Qars vilayətlərində isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.

Bununla bağlı olaraq əhaliyə yüksəkliklərə, yaylaqlara və obalara gedilməməsi, məcbur qalmadıqca yola çıxılmaması, çox vacib hallarda isə ictimai nəqliyyata üstünlük verilməsi, yaxud mütləq qış təkərləri olan maşınlarla yola çıxılması kimi tövsiyələr verilib, vətəndaşların diqqətli və tədbirli olmalarına çağırışlar edilib.

Xatırladaq ki, ötən həftə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı.

“Ford”a çırpılan qatar, onu metrlərlə sürüklədi - VİDEO
Yük maşının sürücüsü xəsarətlər alıb

Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.

Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Türkiyənin Afyonkarahisar vilayətində qatar yük maşınını vuraraq metrlərlə sürükləyib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Sülümenli qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, mağazalara çörək paylayan Uğur Çankaya idarə etdiyi 03 PT 378 qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını ilə, dəmir yolu keçidindən şlaqbaumun bağlı olmasına və xəbərdarlıq edici siqnala məhəl qoymayaraq keçməyə çalışıb. Ancaq, relslərin üzərində asılı qalıb. Həmin anda dəmir yolu xətində hərəkətdə olan yük qatarı “Ford” çırpılıb və onu metrlərlə sürükləyib.

Nəticədə yük maşının sürücüsü xəsarətlər alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 
Bundan şərəf və qürur duydum – Mövlud Çavuşoğlundan təsirli PAYLAŞIM ( FOTO)
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib. (trend)
Kanadada neft yüklü qatar relsdən çıxdı: 100-ə yaxın insan təxliyə edildi - VİDEO
Qəzaya görə bir neçə avtomobil yolu da bağlanıb

Kanadanın Saskaçevan vilayətində neft yüklü qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yol-xeber.az xəbər verir ki, insident təxminən 100 kilometr cənub-şərqdə, Saskatun şəhəri ərazisində qeydə alınıb. Bu barədə ötən gün “CBC” telekanalı məlumat verib.

Məlumata görə, 30 yaxın vaqon relsdən çıxıb, onlardan bəziləri yanıb. Yerli icra nümayəndələri, güclü qatı tüstüləmə səbəbindən ətrafda yaşayan sakinləri təxliyə etmək qərarı veriblər.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Qəzaya görə bir neçə avtomobil yolu da bağlanıb.

 

Hadisənin baş vermə səbəblərini, relsdən çıxan qatarın məxsus olduğu “Canadian Pacific” şirkətinin və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri araşdıracaq.

 

“Toyota” Çindəki fəaliyyətini dayandırır
“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” koronavirusun yayılmasına görə fevralın 10-dan Çindəki zavodlarının fəaliyyətini dayandıracaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, şirkətin yaydığı press-relizdə yerli və regional hökumətlərin tövsiyələrinin, ehtiyat hissələrin tədarükü və logistikanın nəzərə alınaraq bu qərarın qəbul edildiyi göstərilib.

“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır.

 

Şirkət həmçinin yerli hökumət orqanlarının işini asanlaşdırmaq üçün yeni növ virusun daha çox təsir etdiyi ərazilərdə yaşayanlara yardım kampaniyasına qoşulacağını açıqlayıb. “Toyota” qoruyucu maskalar, işçilər üçün bioloji təhlükəsizlik kostyumları, dezinfeksiyaedici maddələr göndərəcək.

Qeyd edək ki, “Toyota”nın Çində avtomobil və ehtiyat hissələr istehsalı üzrə 12 zavodu var.

Əlavə edək ki, fevralın 7-si səhər saatlarına qədər Çində 31 211, digər ölkələrdə isə 220-dən çox koronavirusa yoluxma halı təsdiqlənib, 638 nəfər virusdan ölüb, 1 540-dan çoxu sağalıb.

İstanbuldakı təyyarə qəzasında yaralıların sayı artıb, ölən var
İstanbulda qəzaya uğrayan təyyarədəki sərnişinlərin son vəziyyəti bəlli olub.

“Hürriyət”in xəbərinə görə, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 

Son məlumatlara əsasən, hadisə nəticəsində 157 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü qeyd edilib. 

***

İstanbuldakı təyyarə qəzasında yaralıların sayı bəlli olub. 

NTV xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya açıqlama verib.  

O bildirib ki, qəza nəticəsində 52 nəfər yaralanıb.  

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. 

***

İstanbulda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar açıqlanıb. 

NTV xəbər verir ki, İzmirdən gələn hava gəmisi sərt eniş etdiyi üçün zolaqdan çıxıb və bir neçə parçaya ayrılıb. 

Hadisə zamanı partlayış və yanğın baş verməyib. 

Təyyarədə olan 177 nəfər sərnişindən ölən olmayıb.  

Yaralıların təxliyyəsi davam edir.  

***

İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb. 

“Haber Global” xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib. 

“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına düşərkən eniş zolağından çıxıb.  

Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.  

İnsan tələfatı barəsində məlumat verilmir. 

Resim

Son dakika haberi: Sabiha Gökçende uçak pistten çıktı

Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub
Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanında sərt eniş edərək üç hissəyə parçalanan "Boeing 737-800" tipli təyyarənin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.

 NTVxəbər verir ki, təyyarədəki 177 sərnişinin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Xatırladaq ki, "Boeing 738" laynerinin Sabiha Gökçen hava limanına eniş edərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb. baku.ws

Koronavirus əleyhinə maddə tapıldı
Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar.

AMEA-dan verilən məlumata görə, CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.

"Antivirial Research" jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir. Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və "Zika", "Lassa", "Krım-Konqo" viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.

Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində öz təsdiqini tapacaq.

Türkiyədə qar uçqunu qəzaya səbəb olub
Türkiyənin Van-Bahçesaray magistralında qar uçqunu baş verib.

Oxu.az xəbər verir ki, təbiət hadisəsi nəqliyyatın hərəkətini iflic edib. Nəticədə bir mikroavtobus və traktor uçqun altında qalıb.

Fövqəladə Halların İdarə Olunması Agentliyi xilasedici fəaliyyətə başlayıb. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərin isə cəsədi çıxarılıb. Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edirlər. 

Xilasetmə işləri davam edir.

Koronavirusun qeydə alındığı ölkələrin
Dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilən yeni tip koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb.

Trend virusdan 425 nəfər ölüb.

Çindən kənarda 1 ölüm halı qeydə alınıb. Belə ki, Filippində 1 Çin vətəndaşı virusun qurbanı olub.

Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

Xəbər lenti