Əfqanıstanın Tahar vilayətinin Tacikistanla sərhəddə yerləşən məntəqələrində Talibanla hökumət qüvvələri arasında toqquşma yaşanıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Sinxua” agentliyi yayıb. Məlumata görə, vilayətin bəzi məntəqələri Talibanın nəzarətinə keçib. Taliblərin Çex-Ab bölgəsində hökumət binalarını yandırdığı vurğulanıb.

Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri İranın nüvə razılaşmasının saxlanılması üçün bu gün görüş keçirəcəklər.

Axar.az xəbər verir ki, bu məlumatı Finlandiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüş Helsinkidə qapalı rejimdə baş tutacaq. Görüşə AB-nin baş diplomatı Federika Moqerini də qatılacaq.

Ermənistanın siyasətində heç bir dəyişiklik müşahidə olunmur. İrəvan dağıdıcı siyasət yürütməkdə davam edir.

Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O xatırladıb ki, ermənilərin 1988-ci ildə Xankəndinin mərkəzi meydanında keçirilən mitinqində də əsas şüarları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi:

“O dövrdə heç kim bilmirdi ki, Sovet İttifaqı yaxın zamanda parçalanacaq. 3 ildən sonra SSRİ süqut etdi və Qafqazda yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan və Ermənistan müstəqil dövlət oldu. Bundan sonra isə “miatsum” ideologiyasında dəyişiklik etməli oldular. Onlar dedilər ki, “Qarabağ xalqı” guya yeni xalqdır, öz müqəddəratını həll etmək istəyir və müstəqilliyini elan edir. Bütün bu təkamül prosesində biz bu əyintilərin qabarıq şəkildə özünü əks etdirməsinin şahidi olduq. Əvvəlcə bunlar “birləşək”, sonra isə “müqəddəratımızı özümüz həll etmək istəyirik” dedilər. İndi isə bildirirlər ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. Burada heç bir ideoloji əsas yoxdur. Ermənistan Azərbaycan torpaqlarını üçüncü qüvvələrin iştirakı ilə zəbt edib və hələ də özündə saxlayır. Bunun sonu olacaq və sonda da Ermənistanı sülhə antiklan əməliyyatının vasitəsi ilə məcbur etmək mümkün olacaq. Bütün hadisələr bu prosesə doğru gedir”.

Politoloq onu da bildirib ki, bu müddətdə Azərbaycan üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməlidir:

“Bu müddətdə Azərbaycanın üzərinə düşən vəzifə isə sülh prosesində mövcud siyasətini qoruyub saxlamaqdır. Biz onsuz da Ermənistanın bu cür təxribatlarına uymuruq və uymayacağıq. Burada əsas problem ondan ibarətdir ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın tərəfini tutmalıdır. Beynəlxalq hüquqi normalar bizim tərəfimizdədir. Ermənistan yenə də siyasi prosesi, diplomatik danışıqları çökdürəcəksə, əlbəttə ki, qarşıdurmalar qaçılmaz olacaq və yeni müharibə baş verəcək. Aydın məsələdir ki, qüvvələr nisbəti Azərbaycan tərəfindədir və biz öz işimizi görəcəyik”.

Böyük Britaniya Breksitdən sonra neft, qida və dərman böhranı ilə üzləşəcək.

Axar.az xəbər verir ki, bu barədə “Sandi Tayms” nəşri məlumat yayıb.

Qəzet İngiltərənin Breksitlə bağlı xaos ssenarisinin mediaya sızdığını bildirib. Nəşr şok ssenarinin məzmununu “Sarı çəkic əməliyyatı” adı altında paylaşıb.

“İngiltərənin bir hissəsi olan Şimali İrlandiya ilə Avropa Birliyi (AB) üzvü İrlandiya Respublikası arasında sərhəd çəkiləcək. Bu, bölgədə etirazların artmasına səbəb olacaq və İngiltərə muxtar bölgəyə birbaşa müdaxilə etmək məcburiyyətində qalacaq. AB sərhədlərində yaşanacaq gömrük gecikmələri ölkəyə neft gətirilməsini gecikdirəcək. Bu, başda London olmaqla, ölkənin cənub-şərqinə mənfi təsir edəcək.

AB hava limanlarında, İngiltərə ilə AB arasındakı qatar reyslərində, yollarda və gəmi səfərlərində gecikmələr olacaq.

İngiltərəyə dərmanların 4/3-ü AB vasitəsilə gətirildiyi üçün dərman tədarükündə problemlər olacaq. Bu da öz növbəsində heyvandarlığa təsir göstərəcək. Breksit xəstəliklərlə mübarizəni də çətinləşdirəcək.

Yeni qida tədarükündə yaranacaq problemlər qiymət artımına səbəb olacaq, bundan ən çox əhalinin kasıb təbəqəsi zərər çəkəcək.

Bu ssenari ölkədəki kiçik və orta şirkətlərə təsir göstərəcək.

İngiltərə polis qüvvəsinin böyük bir hissəsi ölkə səviyyəsində baş verəcək etirazların qarşısının alınmasına cəlb ediləcək”, - məlumatda qeyd edilib.

Çin və Şimali Koreya ABŞ-ın bölgədəki fəaliyyətlərinə qarşı hərbi əməkdaşlığı artırmaqla bağlı razılığa gəliblər.

Ardını oxu...

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu inandırıcı deyil. Hazırda Rusiya Prezidenti Vladimir Putin üçün daha sərfəli olan, təsirini qeyri-hərbi yollarla və ya kiçik konfliktlərlə bərpa etməkdən ibarətdir.

Axar.az xəbər verir ki, bunu “Apostrof”a müsahibəsində məşhur ukraynalı jurnalist Yuri Karin deyib. O, Rusiyanın Ukraynadakı daxili situasiyaya müdaxilə üçün əsasən hibrid müharibəsi alətlərindən istifadə edəcəyini bildirib. Bununla belə Karin Rusiya Prezidenti Vladimir Putinin öz reytinqini qaldırmaq üçün qələbə gətirəcək kiçik müharibədən istifadə edə biləcəyini də deyib:

“Onlara bütün Ukrayna lazım deyil. Məsələ buranı işğal etmək deyil, hansısa vasitələrlə buranı nəzarətdə saxlamaqdır”.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan sərhədinə qədər çəkiləcək Kobi-Qudauri avtomobil yolu layihəsini tənqid edib.

Ardını oxu...

Hindistan Baş naziri Narendra Modi yeni müdafiə qərargahı rəisi vəzifəsini təsis edib.

Ardını oxu...

Ehtiyac yaranacağı təqdirdə ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxa bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, ÜTT digər ölkələrə ABŞ-dan öz məqsədləri üçün istifadə etməyə yardım edir. Tramp belə ölkələr arasında ilk yeri Çinin tutduğunu deyib. ABŞ lideri Çinin ÜTT-yə qəbul edilməsi qərarının dəhşətli olduğunu söyləyib.

Qara dənizdə Vaşinqton və Moskva arasında artan gərginlik Gürcüstanı zərbə altında qoyur.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rezonans” qəzetində “Gürcüstan zərbə altında – Vaşinqton Qara dənizdə Moskvaya hansı silahlarla cavab verir?” başlıqlı məqalədə yazılıb.

Mövzu ilə bağlı qəzetə danışan hərbi ekspert Vaxtanq Maisaya Qara dənizdəki hazırki duruma diqqət çəkib:

“Qara dəniz strateji silahlanmanın episentrinə çevrilib. Amerikalılar Rumıniyadakı hərbi bazada raket sistemini “Ey-Ci” sistemi ilə əvəzlədilər. Həmçinin İNF müqaviləsindən çıxmaqla da Moskvaya cavab verdilər”.

Ekspert eyni zamanda əlavə edib ki, ABŞ, Rusiya və İran faktoru, raket komplekslərinin dəyişdirilməsi və havadan müdafiə sistemlərinin modernləşdirilməsi amillərindən dolayı Qara dənizdə vəziyyət yeni frazaya keçid edir.

Xəbər lenti