ABŞ Prezidenti Donald Tramp rusiyalı müxalif Aleksey Navalnının səhhətinin qəfil pisləşməsi məsələsi ilə maraqlanmaq niyyətində olduğunu açıqlayıb.

Ardını oxu...


Ukrayna Prezidenti Pyotr Poroşenko ailəsi ilə birgə ölkəni tərk edib.

Ardını oxu...

Dubay polisinin zabiti Mahmud Məhəmməd əl-Şaabi iş yerində xoş əhval-ruhiyyə yaradan səmimi təbəssümünə və ətrafında xoşbəxtlik ab-havası yaymaq qabiliyyətinə görə Dubay polisinin Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

Ardını oxu...

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dörd nəfərdən ibarət oğru dəstə saxlanılıb.

Ardını oxu...

Ermənistanın Lori vilayətinin Tumanyan şəhərindəki dəmiryol stansiyasının yaxınlığında yanğın başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Yanğın 50 tonluq benzin sisternlərində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 9 yanğınsöndürən maşın cəlb edilib.

FHN-nin məlumatına görə, yanğının baş verdiyi qatardakı 29 vaqondan 17-si benzinlə dolu 50 tonluq sisterndir.

Əvvəlcədən planlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.

Ardını oxu...

18:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gədəbəy rayonuna gəlib.

Report xəbər verir ki, B.Ərdoğan Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında iştirak edir.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Xatırladaq ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

***

Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq.

Bunu Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalında çıxışı zamanı deyib.

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan B.Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib.

O, əlavə edib ki, Azərbaycan xüsusi ilə idman, mədəniyyət və digər sahələrdə çox vacib tədbirlərə ev sahibliyi edib: "Xeyli vaxtdır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir. Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəsilə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq".

Rusiya beynəlxalq stabillik və təhlükəsizlik məsələlərinin həll edildiyi dünyanın əsas zonalarının hamısında praktik olaraq mərkəzi oyunçudur.

Ardını oxu...

Baş nazir Kiryakos Miçotakis Türkiyəyə bir zeytun budağı uzatdı. Bu açıq şəkildə beynəlxalq hüquq və sazişlərə edilən hörmətə bağlıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstan Xarici İşlər naziri Nikos Dendias çıxış edib.

Türkiyə ilə münasibətlərin tarixə söykəndiyini xatırladan Dendias Ankara ilə beynəlxalq müstəvidə görüşəcəklərini deyib.

Dendias Kipr məsələsində mövqelərinin aydın olduğunu və bunu Avropa Birliyi səviyyəsində ortaya qoyduqlarını vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Miçotakis Ərdoğana çağırış edərək, ortaq yanaşma üçün addım atmağa dəvət edib.

Türkiyənin Aydın şəhərinin Didim rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 51 nəfər saxlanılıb.

Ardını oxu...

Xəbər lenti