Rustavi 2-nin yeni rəhbəri Kibar Xalvaşi televiziyanın 24 milyon dollar borcu olması ucbatından satmaq qərarına gəlib.

Ardını oxu...

Misir hökuməti ötən ay Cənubi Sinay yarımadasında yerləşən Talabin kəndindəki bədəvi evlərini yerlə-yeksan edib.

Axar.az xəbər verir ki, bu barədə "Midl İst Monitor" nəşrində Amelia Smitin imzası ilə məqalə dərc edilib.

Məqalədə bədəvilərə siyasi təzyiq edildiyi və bunun sistematik formada olduğunu bildirilib.

Qeyd edilir ki, bədəvilərə təzyiq Əbdülfəttah Sisinin prezident olmasından sonra daha da şiddətli xarakter alıb. Bölgədəki mülklərlə bağlı məhdudiyyətlər tətbiq edilib. Yarımadadakı şirkətlərə bu ilin sentyabr ayına qədər vaxt verilib. Əgər bölgədəki şirkətlər yarımadanı tərk etməsə, bu, işğal hesab ediləcək.

Yarımadadakı misirlilərə toxunulmayacaq. Bədəvilərin vətəndaşlığı olmadığı üçün onların haradan gəldiyini təsdiqləmək mümkünsüz görünür. Bu səbəbdən Talabində olduğu kimi, digər kəndləri də eyni tale gözləyir.

Qahirənin bu siyasəti Osmanlı-Misir razılaşmasına ziddir

1906-cı ildə Misirlə Osmanlı arasında əldə edilən razılaşmanın 8-ci maddəsinə əsasən, sözügedən bölgədə hər iki tərəfdə yaşayan ərəblər suyu, tarlaları, torpaq üzərindəki mülkiyyəti əldə saxlamalı idilər. Bundan başqa, Qahirənin bu siyasəti Yerli və Qəbilə haqqında imzalanan Konvensiyanı da pozur.

Məqalədə qeyd edilir ki, Misir hökuməti hər zaman bədəvilərin sədaqətinə şübhə edib. Bu şübhə ilə Misir ordusunun əməliyyatının başlanmasının ilk 3 ayı ərzində 3 min ev yerlə-yeksan edilib. Misir ordusuna İsrailin də yardım etdiyi vurğulanıb.

1979-cu ildə İsrail-Misir arasında əldə edilən razılaşmaya görə də Sinay yarımadası əslində silahsızlaşdırılmış və ordunun məhdud sayda saxlanılacağı bölgə olmalı idi. Ancaq hazırda hər yerdə Misir ordusu qərarlaşıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməni parçalamağa çalışır. Amma onlar buna müvəffəq olmayacaq.

Ardını oxu...

Soçidə 14 avqustda baş tutması planlaşdırılan Rusiya-İran-Azərbaycan sammiti texniki səbəblər ucbatından təxirə salınıb.

Ardını oxu...

PKK terrorçuları Afrindəki Türkiyə hərbçilərinə hücum edib.

Ardını oxu...

Cənubi Koreya Şimali Koreyadan qorunmaq üçün ABŞ-a daha çox pul ödəməyi qəbul edib.

Axar.az xəbər verir ki, Tramp ötən il Cənubi Koreyanın ABŞ-ın hərbi müdafiəsi üçün 990 milyon dollar ödədiyini bəyan edib.

Tramp Tvitter hesabında həmçinin qeyd edib ki, iki ölkə arasında əlaqələr çox yaxşı vəziyyətdədir:

"Son onilliklərdə ABŞ Cənubi Koreyadan çox az ödəniş qəbul edirdi, ancaq Prezident Donald Trampın tələbi ilə məbləğ 990 milyon dollar oldu".


Almaniyada son bir ayda 39 məscid bomba təhlükəsi ilə bağlı boşaldılıb.

Axar.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Bundan əlavə, hər iki gündən bir neonasist qruplar tərəfindən məscidlərin təhdid və hücumların hədəfi olduğu bildirilib.

Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Super Kuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.

Ardını oxu...

Tramp əxlaqi olaraq liderliyini göstərmir, xalqı birləşdirməyə önəm vermir, kürsüsünün ən azından vicdanını oyatdığına dair bir görüntü yoxdur.

Ardını oxu...


ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasının səbəblərindən biri Çinin bu müqavilə ilə qadağan olunan çoxlu sayda raketə sahib olmasıydı.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Məncə siz Müdafiə naziri Mark Esperin ABŞ-ın Uzaq Şərqdə yaxın və orta mənzilli raketlər yerləşdirmək istəməsi məsələsiylə bağlı şərhindən danışırsınız. Bu ona görədir ki, Çinin artıq bu cür minlərlə raketi var. Onlar bu razılaşmanın iştirakçısı deyildilər, ona görə də bu cür raketlərə müstəqil formada sahib olmağı bacarırdılar”, – deyə o bildirib.

Xəbər lenti