Çinin qəribə görünüşlü vertolyotu 2020-ci ildə uçacaq
Vertolyotun maksimum ağırlığı 6.000 kiloqramdır, maksimal sürəti 650 km/saat təşkil edir

Texnologiyaya hökm etmək istəyən ölkələrdən biri olan Çin, reallaşdırdığı vertolyot sərgisində qəribə görünüşlü bir vertolyotunu göstərdi. Vertolyotun ilk uçuşunu 2020-ci ildə edəcəyi deyildi.

Çin ordusunun əhəmiyyətli adlarının cümə günü etdikləri şərhdə yeni hava vasitəsinin təcrübi olduğunu və yaxın bir zamanda aktiv olaraq istifadəyə başlana bilməyəcəyini ifadə etdilər. Ancaq bununla yanaşı yeni hava vasitəsinin, Çinin gələcəkdə istehsal edəcəyi vertolyotlarının texnologiya inkişafında iştirak etdiyi də əlavə olundu.

Bir az qəribə bir görünüşə sahib olan bu vasitənin adı 'Super Great White Shark' olaraq təyin olunmuşdur. Vasitə, Çin vertolyot sərgisində sərgiləndi. Çinin sərgilədiyi prototip, 7,6 metr uzunluğa və 2,85 metr genişliyə sahibdir.

 

Vertolyotun maksimum ağırlığı 6.000 kiloqramdır, maksimal sürəti 650 km/saat təşkil edir.

“Bell 412” helikopteri qəzaya uğradı: 6 zabit həlak olub
Araşdırmalara aparılır

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər dünyasını dəyişib. Yol-xeber.az xəbər verir ki, ölkənin HHQ-i bu barədə faktı təsdiqləyib.

Hərbçilərin məlumatına görə, vertolyot optimal vəziyyətdə olub. Bir neçə dəfə prezidentin aparılıb-gətirilməsində və 2017-ci ildə Roma papası Fransiskonun səfəri zamanı istifadə olunub.

Bildirilir ki, “Bell 412” helikopteri ötən cümə günü  Kundinamarka departamentinin Palankero aviabazasından qalxıb və radarlardan itib.

 

Ehtimal edilir ki, ölənlərin 2-si zabit və  4-ü isə təyinatı olmayan zabitdir. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil.

Araşdırmalara aparılır.

“Tv8” və “Acun Mediya”nın sahibi “Ferrari”si ilə qəzaya düşdü - FOTO
Qəzanın şiddətindən avtomobil deformasiyaya uğrayıb

“Tv8”, “Acun Mediya”nın sahibi və məşhur aparıcı Acun Ilıcalı ağır yol qəzasına düşüb. Yol-xeber.az xəbər verir ki, insident cümə günü axşam saatlarında Şimali Marmara avtomagistralında qeydə alınıb.

Məlumata görə, Acun Ilıcalı “Ferrari”si ilə hərəkətdə olan zaman anidən avtomobilin təkəri partlayıb, idarəetmədən çıxan maşın dəmir arakəsmələrə çırpılıb.

Qəzanın şiddətindən avtomobil deformasiyaya uğrayıb.Məşhur aparıcı qəzanı xəsarət almadan xilas olub.

 

12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Talibanla danışıqları dayandırıb.

Axar.az xəbər verir ki, bu sözləri Əfqanıstan Prezidentinin sözçüsü Sıddık Siddiki deyib.

"Lakin hansısa pis nəticə təkcə Əfqanıstana deyil, ABŞ-a da təsir edəcək. Buna əminik", - o bildirib.

Sözçü Talibanın mülki əhalini qətlə yetirməsinə diqqət çəkib və bunun sülh danışıqlarına zərbə olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp bundan öncə Kabildəki terakta görə Kemp-Deviddə Taliban liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə planlaşdırdığı məxfi görüşünü ləğv etdiyini bəyan etmişdi.

İngiltərə Baş naziri Boris Conson israilli həmkarı Benyamin Netanyahu və ABŞ vitse-prezidenti Mayk Pens ilə ikitərəfli görüşlər keçirib.

Axar.az xəbər verir ki, prezident ofisinin yaydığı məlumatda Conson və Pensin görüşdə Breksit, İrlandiya, Honqonk və İranla bağlı mövzuları müzakirə etdiyi deyilib.

Conson-Netanyahu görüşündə isə ikitərəfli əlaqələr, dövlət təhlükəsizliyi, mədəniyyət və s. sahələr barədə fikir mübadiləsi aparılıb.

Etiraf edirəm ki, SSRİ-nin rəhbəri olmuş İosif Stalin Rusiya tarixinin ən böyük şəxsiyyətlərindən biri idi.

Kult.az xəbər verir ki, belə bir etirafla rusiyalı aktyor Dmitri Pevtsov çıxış edib.

“Stalinin hakimiyyətinin ilk illərində güclü dövlət quruculuğu işləri başladı. Hətta SSRİ-ni sevməyən Çörçill də (İngiltərə Baş naziri Uinston Çörcill) ona hörmətlə yanaşardı. Stalin ölkəni kotanla qəbul etdi, nüvə bombası ilə qoyub getdi”, - deyə sənətçi bildirib.


Rusiya Prezidenti Vladimir Putin dünyanın ən gözəl yerinin adını çəkib.

Axar.az xəbər verir ki, Putin Kamçatka yarımadasını Rusiyanın brilyantı və təbii qoruğu adlandırıb.

“Mən dünyada Kamçatkadan gözəl bir yer görmədim”, - Rusiya prezidenti bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları qarşıdakı günlərdə Menbiç məsələsinin gündəmə gələcəyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri ANKASAM rəhbəri, professor Seyfəddin Ərol deyib.

Professor Menbiç əməlliyyatı zamanı Süleyman Şah türbəsinin alına biləcəyini istisna etməyib:

“Böyük İsrail layihəsinə qarşı mübarizə aparırıq. Prezidentin “Avqust zəfərlərimizin ayıdır” çıxışı belə göstərir ki, Menbiç əməliyyatı yenidən gündəmə gələcək. Menbiçdə yuva salmış PKK, YPG və PYD ünsürlərinin təmizlənməsi ilə yeni uğurun qazanılmasından söhbət gedir. Bu mənada Süleyman Şah türbəsi də alınaraq bu əməliyyatın “tacına” çevrilə bilər”.

Bir neçə illik gecikmə ilə də olsa, 2023-cü il hədəflərimizə çatacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər bayramı ilə bağlı keçirilən tədbirdəki çıxışında deyib.

“Bizlər istər Dəclə, istərsə də Fəratın şərqində quzularımızı qurdlara yedirtməyəcəyik. Demokratiyada və iqtisadiyyatda ən güclü Türkiyə idealı üçün aparılan mübarizəmizin simvolu rabiamızdır. Heç kimin torpağında gözümüz yoxdur, amma bizə uzanan əllərə də səbir göstərməyəcəyik”, - deyə dövlət başçısı bildirib.

Gürcüstan Rusiyadan iqtisadi asılılığını azaltmalıdır.

Axar.az xəbər verir ki, bunu Fransadakı MEDEF beynəlxalq forumunda çıxışı zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. Onun sözlərinə görə, Tiflis Qərb istiqamətində hərəkət edir və Moskvanın təsirini minimallaşdırmalıdır:

“Biz gərək Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün maksimum səy sərf edək. Dövlətin daha çox Avropa investisiyasına ehtiyacı var”.

Xəbər lenti