![]() |
|
2019-cu ildə, o cümlədən dost ölkələrdə Qərbin marionetləri adlandırılarkən, Qərbdə səslənən fikir və tələblərin əksinə olaraq Suriyaya bir qrup həkim və istehkamçı göndərdik.
Bu sözləri dekabrın 4-də hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz oraya bir komanda göndərdik, çünki müttəfiqimiz (Rusiya nəzərdə tutulur – red.) bizdən xahiş etmişdi və onların köməyimizə ehtiyacı olduğunu bildirmişdi. Biz isə müttəfiq olmağın nə demək olduğunu göstərmək üçün bu xahişə müsbət cavab verdik. Biz yeganə KTMT ölkəsi idik ki, müttəfiqimizin xahişinə cavab verdik. Biz bunu ona görə etdik ki, münasibətlərin məhz bu keyfiyyətini təmsil etdiyimizi və öz müqavilə öhdəliklərimizə sədaqətimizi göstərək.
Halbuki həm o vaxt, həm də indi bizim hökumətə Qərbin marionetləri deyirlər. Qoy bu adamlar cavab versin. Qərb məndən ən yüksək səviyyədə xahiş etdi ki, missiya göndərmə, amma biz göndərdik və düzgün iş gördük. İndi biz geri çəkilmək qərarına gəldik və düz də etdik.
Təəssüf ki, bütün müttəfiqlərin münasibəti bizim təqdim etdiyimiz münasibətə uyğun gəlmir. Heç kimin bizi nədəsə ittiham etməyə haqqı yoxdur. Biz bütün müttəfiqlik öhdəliklərimizi yerinə yetirdik, lakin bizə münasibətdə müttəfiqlik öhdəlikləri yerinə yetirilmədi, çətin vəziyyətdə biz tək qaldıq. Belə bir fikir var ki, bizə xəyanət edilib və mənim bunu deyənləri əksinə inandırmağa arqumentim yoxdur”, - Paşinyan qeyd edib.//Axar.az
İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.
Rəsmi İrəvanı Azərbaycanla növbəti müharibəyə təhrik edən ABŞ, Avropa Birliyi və Fransaya Ermənistanın ağır hərbi məğlubiyyəti olduqca vacibdir... “Məkrli üçlük” bununla bir tərəfdən Ermənistanda hərbi kontingent yerləşdirmək, digər tərəfdənsə, fərqli formatda “Minsk Qrupu”nun analoqunu yaratmaq bəhanəsi qazanmağa can atır...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazı yenidən qarışdırmağa çalışırlar. Üstəlik, bu regionda yeni hərbi münaqişənin törədilməsi üçün israrla cəhd göstərirlər. Cənubi Qafqazın növbəti savaşa düçar edilməsi ilə bağlı israrlı cəhdlərin arxasında isə ABŞ, Avropa Birliyi və Fransa dayanır. Belə ki, bu “məkrli üçlük” Cənubi Qafqazı öz geopolitik maraqlarının girovuna çevirməyə can atır. Və “məkrli üçlük” regionu qarışdırmaq üçün əsasən iki istiqamət üzrə hərəkət etməyə üstünlük verir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Fransanın Gürcüstan üzrə qarışıqlıq fəaliyyəti artıq həlledici mərhələyə keçib. Belə ki, Fransanın agenti olduğu bildirilən və səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvilinin liderliyi ilə Gürcüstanda hakimiyyət çevrilişinə cəhd göstərilir. Əgər, “məkrli üçlük” bu planına nail olmazsa, Gürcüstanın ümumiyyətlə, xaosa sürüklənməsi ilə bağlı da planın olduğu bildirilir. Və xaosun yaradılmasının da son nəticədə Gürcüstanda hakimiyyət çevrilişinə yol aça biləcəyi istisna olunmur.
Təbii ki, ABŞ, Avropa Birliyi və Fransanın ikinci əsas qarışıqlıq fəaliyyəti ilə bağlı seçdiyi istiqamət Ermənistan üzərindən reallaşdırılmaqdadır. Belə ki, “məkrli üçlük” böyük sürətlə Ermənistanı silahlandırmaqda davam edir. Hazırda Ermənistana ən müasir hücum silahları göndərilir. Hər imkanda Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan edən ABŞ, Avropa Birliyi və Fransanın bu regionda tamamilə fərqli maraqlarının olduğu artıq qətiyyən şübhə doğurmur. Və bu maraqların sülhə yönəlik heç bir yaxınlığı mövcud deyil.
Məsələ ondadır ki, “məkrli üçlük” Cənubi Qafqaza hərbi-siyasi cəhətdən tam yerləşmək niyyətində olduğunu biruzə verir. Əslində, ABŞ, Avropa Birliyi və Fransanın bütün geopolitik planları da məhz bu hədəf üzərində qurulurb. Bu hədəfin reallaşması isə regional sülh prosesinin uğur qazanacağı təqdirdə, qətiyyən mümkün deyil. Və bu səbəbdən də, Ermənistanı silahlandıraraq, sülh prosesindən uzaqlaşdırmağa cəhd göstərirlər.
Digər önəmli məqamlardan biri ondan ibarətdir ki, “məkrli üçlük” öz davranışları ilə rəsmi İrəvanı növbəti savaşa cəsarətləndirməyi bacarıb. Hətta bəzi məlumatlara görə, rəsmi İrəvan Ermənistanın müdafiə naziri Suren Papikyanı məhz bu məsələ ilə bağlı ABŞ-a göndərib. Erməni nazirin ABŞ hərbi-siyasi dairələri ilə hərbi əməliyyatların vaxtını, taktiki hədəflərini və əhatə dairəsini müəyyən etmək üçün məsləhətləşmələr aparacağı bildirilir. Və bu, Ermənistanın ən qısa zamanda savaşa başlamaq niyyətində olduğunu göstərir.
Əslində, Paşinyan hakimiyyətinin hazırda növbəti savaşa can atması o qədər də göslənilməz deyil. Belə ki, Azərbaycanın “Dəmir yumruğu”nun təsirlərini nisbətən unutmağa başlayıblar. Eyni zamanda, “məkrli üçlük”dən gələn silahlar rəsmi İrəvanı cəsarətləndirib. İndi Paşinyan hakimiyyəti sadəcə, savaşın Ermənistan üçün revanşist nəticələrinə Qərbdən təminat almağa çalışır. Və bu məqsədlə də, “məkrli üçlük”lə səhnəarxası təmaslar intensivləşdirilib.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı revanşist planları artıq çoxdan hazırdır. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan hələ bir neçə ay əvvəl bu planlarını NATO-nun hərbi rəhbərliyi ilə qapalı toplantıda təqdim etmişdi. O, NATO təmsilçilərinə Ermənistanın Rusiyaya qarşı bu alyansın cənub cinahı olmasını təklif etmişdi. Əvəzindəsə, Ermənistanın Azərbaycana qarşı növbəti savaşda birmənalı şəkildə dəstəklənməsini istəmişdi. Və belə anlaşılır ki, həmin qapalı toplantıda əldə olunmuş anlaşmalar hələlik aktualdır.
Bəzi məlumatlara görə, rəsmi İrəvan “məkrli üçlük”dən Ermənistanın Azərbaycana qarşı “qısamüddətli savaşda kiçik miqyaslı uğur”un qazanmasına təminat verilməsini istəyir. Paşinyan hakimiyyəti bununla sülh masasında Ermənistanın əlini gücləndirə biləcəyinə böyük ümidlər bəsləyir. Halbuki, NATO-dakı qapalı toplantıda Ermənistanın Azərbaycanla hərbi qarşıdurmada üstünlük qazanma şansına şübhə edildiyi də Armen Qriqoryanın diqqətinə çatdırılmışdı. Və həmin vaxtdan ötən müddət ərzində Ermənistanın sürətlə silahlandırılması nəticəsində Qərbdə situasiyanın dəyişdiyinə inam yaratmış ola biləcəyi də qətiyyən istisna deyil.
Ancaq burada bir önəmli məqam da mövcuddur. Belə ki, “məkrli üçlük” üçün əslində, Ermənistanın “hərbi qələbəsi” ümumiyyətlə, elə bir ciddi əhəmiyyət daşımır. Əksinə, Ermənistanın növbəti savaşda daha ağır hərbi zərbələr alması “məkrli üçlük” üçün daha sərfəlidir. Çünki bu halda, ABŞ, Avropa Birliyi və Fransa qarşıya qoyulan iki önəmli hədəfinə çatmaq şansı qazana bilər. Birincisi, sarsıdıcı zərbələrə məruz qalacağı təqdirdə, “məkrli üçlük” məğlub Ermənistanı müdafiə etmək bəhanəsi ilə onun ərazisində hərbi kontingent yerləşdirmək niyyətini reallaşdırmağı planlaşdırır. Və bu, “məkrli üçlük” üçün indi önəmli regional hədəf sayılır.
Digər hədəfə gəldikdəsə, “məkrli üçlük” növbəti regional münaqişədən yeni “Minsk Qrupu planı” üçün yararlanmaq niyyətindədir. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Minsk Qrupunun buraxılmasını tələb edir. Hazırda bu qurum və onun həmsədrləri Cənubi Qafqazdakı geoploitik proseslərdə oyundankənar vəziyyətə salınıb. Bu situasiyanı yenidən öz xeyrinə çevirməyə can atan ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı Azərbaycanla növbəti müharibəyə təhrik etməklə, daha fərqli formatda “Minsk Qrupu”nun analoqunu yarada biləcəklərinə ümid bəsləyirlər. Və buna nail olunarsa, “məkrli üçlük” yenidən Cənubi Qafqazda yalnız hərbi deyil, həm də geosiyasi təsir mexanizmi qazana bilər.
Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın daha Paşinyana “kifayət qədər etibar” etmədiyini açıqladı və yerinə gələcək qüvvələri de-şifrə etdi; analitiklərə görə, Nikol sorosçuların tələblərinə əməl etməsə, onu devirəcəklər
Rusiya ilə Ermənistan arasında son aylar müşahidə olunan yumşalmanın sensasion səbəbləri bəlli olub: bu sirr Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada üzə çıxır.
Həmin informasiyada bəyan edilib ki, ABŞ daha Paşinyan hakimiyyətinə “kifayət qədər etibar” etmir və Ermənistanda yeni qərbyönlü siyasi qüvvələrin formalaşması üçün səylər göstərir. Rusiya kəşfiyyatı iddia edir ki, Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika Naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” qatı Qərb mövqeyindən çıxış edirlər, “demokratik” partiyalar kimi qəbul edilirlər. Kəşfiyyatın fikrincə, bu qüvvələr Rusiyanın regiondakı maraqlarına indiki hökumətlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox “təhlükə” yaradır.
Məsələn, Tiqran Xzmalyanın partiyası artıq Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilməsi üçün imza toplanması təşəbbüsü ilə çıxış edib. Bəyanatda adıçəkilən digər partiyalar Ermənistanın bütün problemlərinin kökündə Rusiyanı günahlandırır və Paşinyan hakimiyyətini guya Rusiyanın maraqlarından çıxış etdiyinə görə tənqid edirlər. Bəyanatda adıçəkilən erməni partiyaları və liderləri hələ parlamentdə təmsil olunmasalar da, növbəti seçkilərdə hakim “Mülki Müqavilə” partiyasının əsas rəqibinə çevrilə bilərlər. Bu, xüsusilə rusiyayönlü müxalifətin marginallaşması və Paşinyan hökumətindən artan narazılıq fonunda mümkündür.
Ermənistanda keçiriləcək parlament seçkilərində rusiyayönlü müxalifət qüvvələrinin şanslarının minimal olduğu Moskvaya aydındır. Göründüyü kimi, bu qüvvələr nəinki növbədənkənar seçkilər və ya küçə etirazları ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyiblər, həm də siyasi təsirlərini itirməkdə davam edirlər. İndiki vəziyyətdə, Rusiya xarici kəşfiyyatının bəyanatında qeyd olunduğu kimi, Ermənistanın tam demokratikləşməsinə can atan qərbyönlü qüvvələrin növbəti seçkilərdə aparıcı parlament müxalifəti olmaq üçün hər cür şansı var. Və hətta səs çoxluğu qazana bilməsələr də, parlamentdəki rolları onlara Paşinyan hökumətinə təzyiq göstərməyə imkan verəcək, baş naziri Rusiya ilə əlaqələrin tamamilə kəsilməsini sürətləndirməyə sövq edəcək. Moskvaya ən çox səbəb olan da məhz bu ssenaridir.
Elə son aylar Moskva İrəvana qarşı təhdid ritorikasından uzaqlaşıb və Ermənistan hakimiyyəti də öz növbəsində Kremllə münasibətlərdən danışarkən daha təmkinli ifadələr işlətməyə başlayıb. Bu dəyişikliklər fonunda Rusiya xarici kəşfiyyatının Ermənistandakı açıq-aşkar qərbyönlü qüvvələrin nümayəndələrinin öz “qara siyahı”sına daxil edildiyi bəyanatı belə qənaətə gəlməyə imkan verir ki, Moskva artıq ona sadiq siyasi qüvvələrin seçki və ya seçki yolu ilə hakimiyyətə qayıtmasını gözləmir. Əvəzində Rusiya hələ də Moskva ilə əlaqələri tamamilə pozmağa risk etməyən Nikol Paşinyanın “yarıqərb” hökumətinə dözməyə hazırdır. Eyni zamanda Ermənistanda Rusiyadan açıq şəkildə qopmağa çalışan qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi Kremldə “qırmızı xətt” kimi qəbul edilir...
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, sorosçular Ermənistanda kifayət qədər oturuşublar. “Onlar dövlət strukturlarında, vətəndaş cəmiyyətində, hətta müxalifətdə yer alıblar. Sadəcə, Paşinyan Rusiya və Azərbaycanla loyal münasibət sərgiləməyə başlasa, o zaman sorosçular onu devirə bilərlər. Odur ki, Paşinyan ya sorosçuların tələblərinə uyğun davranmalıdır, ya da hakimiyyətdən getməlidir”, - hazırkı mənzərəni təsvir edən A.Məsiyev belə qiymətləndirir. Bununla belə, Rusiyanın Ermənistanda siyasi-iqtisadi, hərbi təsirlərinin böyük olduğunu bildirən ekspertin fikrincə, Paşinyan ciddi seçim qarşısındadır: “Baxın, Ermənistan KTMT-də fəaliyyətini "dondurub", hərçənd nizamnamədə belə bir bənd yoxdur, amma tədbirlərində iştirak etmir, lakin təşkilatdan de-yure çıxa da bilmir. Belə bir mürəkkəb şəraitdə Paşinyan dilemma qarşısında görünür: bir yandan Rusiya ilə konfrontasiyaya getmək istəmir, bir tərəfdən isə sorosçuların çağırışlarına boyun əyməlidir".
A.Məsiyevin sözlərinə görə, təxminən iki ay əvvəl Rusiyanın baş nazirinin müavini Ermənistana səfərində dedi ki, ticarət dövriyyəsi 10 milyardı keçəcək: “Bu mesaj təsadüfi verilmədi. Həm erməni cəmiyyətinə, həm Qərbə siqnal idi ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı hansı səviyyədədir. Sadəcə, sorosçular Ermənistanın bütün strukturlarında çox möhkəmləniblər və əgər Paşinyan onların dediklərini etməsə, onu devirəcəklər. Ümumiyyətlə, Qərb Ermənistan və Gürcüstan üzərindən Cənubi Qafqaza girməyə çalışır. Bununla Rusiyanın cənub cinahını bağlamağa cəhd edilir. O baxımdan, Paşinyan gözləmə mövqeyindədir ki, Gürcüstan hadisələri necə yekunlaşacaq. Bu nəticələrə uyğun olaraq Nikol Rusiya ilə münasibətdə ritorikasını müəyyənləşdirəcək”.
“Zənnimcə, o partiyalar "cib müxalifəti"dir. Paşinyan son illərdə özünə qarşı imitasiya edən müxalifət formalaşdırıb. Bu da qismən effekt verib. Ən azından, Sərkisyan və Köçəryan müxalifətini arxaik göstərməyi bacarıb və qərbpərəst partiyalar meydana çıxarıb. Avropa İttifaqına üzvlük üçün imza toplamaq təşəbbüsü irəli sürən partiya da məhz Paşinyanın təlimatını yerinə yetirir. Guya Nikol Kremlə yaxınlaşıb və bundan narazılıq artır", - deyə siyasi şərhçi Ramiyə Məmmədova belə təhlil edir. Onun fikrincə, bəli, Paşinyanın reytinqi artmayıb, amma rəqiblərinin də xalq içində nüfuzu yüksəlməyib. Ekspertə görə, Qərb Ermənistanda daşları yerindən oynatmaqda maraqlı görünmür, Paşinyan vasitəsilə yeni siyasi sistem formalaşdırır: “Hətta dəyişiklik planı olsa, komanda içindən çıxa bilər. Misal üçün, son illər Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Vaşinqtonun "B" variantı görünməkdədir. Adıçəkilən partiyaların rəhbərləri isə Paşinyanın tamaşasıdır. Rusiya kəşfiyyatının sızdırdığı informasiya Ermənistan hakimiyyəti barədə çaşqın rəy yaratmağa hesablanıb. Amma razılaşıram ki, Paşinyan avtoritar sistem qurmaq istiqamətində addımlarını sürətləndirib. Onun referenduma gedərək prezident üsul-idarəçiliyinə qayıtması mümkündür. Paşinyan anlayır ki, bu yolla təhlükələri ram edə bilər".
Ukraynanın NATO-ya üzvlük məsələsi müttəfiqlər arasında irəliləyiş olmadan qalır.
Bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşündə iştirakçı ölkələr Ukraynanı Alyansa dəvət etmək barədə razılığa gələ bilməyiblər.
Ukraynanın üzvlüyünə qarşı olan ölkələr arasında Lüksemburq, Almaniya, Türkiyə, Slovakiya, Macarıstan və ABŞ yer alır. Onlar Rusiya ilə davam edən müharibənin bu imkanı istisna etdiyini bildiriblər. Bəzi ölkələr isə yeni prezident administrasiyasının mövqeyini gözlədiklərini açıqlayıblar.
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenə diqqət mərkəzindədir.
Medvedev bu dəfə Cənubi Koreya prezidenti Yun Sok Yölü “xəyanətkar” adlandırıb və onun istefasını tələb edib. Hətta ABŞ-ın dəstək verdiyini iddia edərək, prezidentin gələcəyini qeyri-müəyyən elan edib.
Medvedevin açıqlamaları həmişə olduğu kimi yenə də bir az “gözlənilməz” səslənir. Əgər onun bəyanatlarına əsaslansaq, indiyə qədər dünyada ən azı üç dəfə nüvə müharibəsi başlamış, bir neçə hökumət dəyişmiş və hətta Marsda həyat tapılmış olmalı idi.
İndi isə Medvedev Şimali Koreya adından danışaraq, Cənubi Koreyaya savaş elan edir və iqtidar dəyişiklikləri ilə məşğuldur. Görünür, o, özünü yalnız Rusiya deyil, eyni zamanda dünyanın hər yerində “strateji lider” kimi görür.
Cənubi Koreya hökuməti isə Medvedevin bu fikirlərinə reaksiya verməyərək, onu ciddi qəbul etmədiklərini dolayısıyla göstərir. Axı bu açıqlamalar daha çox sarkazm və qeyri-ciddiliklə qarışıqdır. Dünya liderləri isə, ehtimal ki, Medvedevin bu “dərhal dəyişiklik” çağırışlarını növbəti siyasi teatr kimi izləyirlər.
Yenə də yaxşı ki, Medvedevin dedikləri yalnız söz olaraq qalır. Əks halda, dünya çoxdan xaosa qərq olmuşdu.
Moskva Suriya müxalifəti və Azad Suriya Ordusunun Əsəd rejiminə qarşı və PKK/YPG terrorçularının yerləşdirildiyi bölgələrin ələ keçirilməsi istiqamətində həyata keçirdiyi əməliyyatların qarşısını almaq üçün Dəməşqə istədiyi hərbi dəstəyi vermir və bu aydın şəkildə müşahidə edilməkdədir. Hətta Vladimir Putin Bəşər Əsədlə Moskvada görüşündə onun təkidli xahişini yerinə yetirə bilməyəcəyini və ancaq məhdud səviyyədə dəstək veriləcəyini bildirib. Bir sözlə, Moskva son hadisələrə qoyuq münasibət bəsləyib. Hətta Putin Əsədi Moskvada bir gün gecikdirdikdən sonra qəbul edib. Necə deyərlər, gözləntiləri doğrulmayan Əsəd Moskvadan əliboş geri dönüb.
Suriyadakı böhranla bağlı belə bir mövqe sərgiləməsi Moskvanın problemin siyasi həllinə nail olmaq niyyətindən xəbər verir.
Kremlin Suriyadakı son hadisələrə soyuq münasibət bəsləməsini şərtləndirən amillər isə bunlardır.
Birincisi, Moskva Rusiya-Ukrayna müharibəsindən sonra hərbi texnikasının böyük hissəsini Suriyadan çıxarmasıdır.
İkincisi, Suriyada yeni bir cəbhə açmaqla Ukrayna cəbhəsini zəiflətməmək. Hazırda Kiyev Moskva üçün Dəməşqdən daha önəmli məsələdir.
Üçüncüsü, Əsəd rejiminin uzun müddət hakimiyyətini qoruyub saxlayacağının qeyri-mümkün olduğunu anlayır. Artıq Əsəd rejimin hakimiyyətinin qorunması üçün xarici imkanlarla yanaşı, daxili imkanlar da yetərincə tükənib. Əsəd rejimini qoruyan Moskva ilə yanaşı, Tehranın da bölgədə təsir imkanları yetərincə zəifləyib və sıradan çıxarılıb. Tehran istəsə belə, Əsəd rejiminə lazımi dəstəyi verə bilməyəcək.Bu mümkün deyil.
Burada bir məqam da ondan ibarətdir ki, Əsəd rejimi devriləcəyi zaman Moskva hansısa formada qoruyub saxlamaq imkanları istisna deyil. İrandan fərqli olaraq Rusiyanın bölgədə hələ də yetəri səviyyədə hərbi mövcudluğunu qoruyub saxlamaqdadır. Bunu Suriyadakı oyunçular da yaxşı görür. Regional oyunçular Əsəd rejimindən sonra proseslərin ağrısız getməsi üçün ən azından müəyyən keçid dövrü üçün Rusiyanın maraqlarını təmin edə bilərlər.
İranın Əsəddən sonra bölgədə maraqlarını saxlaya bilməməsinin əsas səbəbi isə əsas regional oyunçuların Tehranı bölgədə görmək istəməmələridir. Məhz Suriya və Yaxın Şərqdəki böhranın əsas səbəblərində biri də elə İranın bölgədən sıxışdırılıb çıxarılmasıdır.
Bunları görən və anlayan Moskva bölgədə maraqlarını qoruyub saxlamaq üçün alternativlər axtarışındadır.
Bunun üçün də Moskva məhdud səviyyədə olsa da, Suriyadakı imkanları daxilində Əsəd rejiminə dəstək verməklə istəyinə nail olmaq istəyir. Bununla Moskva bölgədəki maraqlarından vaz keçməyəcəyini, həm də Əsəd rejimi devriləcəyi təqdirdə, Suriyada formalaşacaq hakimiyyətlə əməkdaşlıq etməyə hazır olduğu mesajını verir.
Hesab edirəm ki, Moskva Türkiyə və İsrailin dəstəyi ilə bu maraqlarını bölgədə təmin edə bilər. Dekabrın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezdenti Vladimir Putin arasında baş tutan telefon danışığında Suriyanın gələcəyi, Əsəd rejimi devrildikdən sonrakı mərhələdə tərəflərin hansı formada əməkdaşlıq məsələlərin müzakirə edildiyi istisna deyil. İki ölkə lideri arasında baş tutan danışığı elə bu cür oxumaq daha düzgün olar.
İlon Mask ABŞ dövlət borcunun sürətlə artması ilə bağlı narahatlığını ifadə edib.
Noyabr ayının sonunda ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə çataraq 36 trilyon dolları keçib.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2029-cu ilə qədər dövlət borcu ABŞ-ın ÜDM-nin 132%-nə bərabər olacaq. BVF bu vəziyyətin həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün ciddi təhdidlər yaratdığını bildirib.
Gözləntilərə görə, İlon Mask və biznesmen Vivek Ramasvami Donald Trampın administrasiyasında hökumətin effektivliyini artırmaq məqsədilə yeni bir quruma rəhbərlik edəcək.
Bu gün Cənubi Koreyada müxalifət prezident Yun Sok Yolun impiçment prosedurunu başladacaq.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, normalara uyğun olaraq təklif üzrə səsvermə 24-72 saat ərzində keçirilməlidir.
Dövlət başçısının impiçmenti ilə bağlı parlament səsverməsi dekabrın 6-sı və ya 7-də keçirilə bilər.
Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan hökumətin son mövqeləri və bəyanatları ilə bağlı narazılığını ifadə edib.
musavat.com xəbər verir ki, o, bildirib ki, hökumətin bəzi nümayəndələri Azərbaycanın şərtləri ilə müqavilə bağlamağın zəruriliyini vurğulayıb və bunu Ermənistan ordusunun Azərbaycana qarşı döyüşmək şansının olmadığını əsas gətirərək müdafiə ediblər.
Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan ordunun rolunu azaltmağa çalışaraq, "ordunu müqəddəsləşdirməmək" çağırışı ilə çıxış edib və ölkənin qəhrəmanlarının yalnız vergi ödəyiciləri olduğunu bəyan edib. Deputatın fikrincə, bu cür bəyanatlar cəmiyyətdə müxtəlif sosial zümrələr arasında gərginlik yaratmaq məqsədi güdə bilər.
Abramyan hökumətin bu yanaşmasının cəmiyyətin həmrəyliyini pozduğunu və milli təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayıb. O, Ermənistanın mövcud vəziyyətinin və regiondakı çağırışlarının daha məsuliyyətli və milli maraqlara uyğun yanaşma tələb etdiyini bildirib.