![]() |
|
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında ən azı 14 milyarder əsas vəzifələri tutacaq.
Musavat.com xəbər verir ki, onların ümumi sərvəti Finlandiya, Çili və Yeni Zelandiya da daxil olmaqla yüzlərlə ölkənin ÜDM-indən çoxdur.
Söhbət xüsusilə sərvəti 336 milyard dollar dəyərində qiymətləndirilən İlon Maskdan və aktivləri təxminən 1,1 milyard dollar təşkil edən Vivek Ramasvamidən gedir.
“Stephens Inc.” investisiya şirkətinin rəhbəri, Trampın rəhbərliyi altında ABŞ-ın Böyük Britaniyadakı səfiri olacaq Uorren Stevensin hesablarında 3,3 milyard dollar var. Amerikanın Fransadakı səfiri vəzifəsini Trampın qudası, əmlak şirkətinin dəyəri 2,9 milyard dollar olan Çarlz Kuşner tutacaq.
Portal xatırladır ki, Tramp təhsil naziri vəzifəsinə milyarder Vins Makmoen (sərvəti: 2,6 milyard dollar) həyat yoldaşı Lindanı, ticarət naziri vəzifəsinə isə Cantor Fitzgerald investisiya firmasının baş direktoru Hovard Lutnikin namizədliyini irəli sürüb. Sonuncunun, Axios-a görə, sərvəti 2 milyard dollar qiymətləndirilir.
Key Square Group investisiya fondunun rəhbəri, milyarder Skott Bessent Xəzinədarlıq katibi vəzifəsinə, Cerberus Capital Management investisiya şirkətinin liderlərindən biri Stiven Faynberq (sərvəti: 5 milyard dollar) müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərilib. Bundan əlavə, Tramp ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsinə milyarder və kosmos turisti Cared Ayzekmanı (sərvəti: təxminən 2 milyard dollar) namizədliyini irəli sürüb. Sahibkar və investor Devid Saks Amerika administrasiyasının süni intellekt və kriptovalyutalar sahəsində siyasətinə rəhbərlik edəcək.
"Polşa və Litva Belarus üçün ciddi təhlükə yaradır. Bu təhlükə müharibə edən Ukraynanın yaratdığı təhlükədən daha böyükdür".
Bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
O əlavə edib ki, hərbi birliklər sərhədimizdən 15 kilometr uzaqda yerləşdirilib: "Almaniya da daxil olmaqla, digər dövlətlərin NATO silahlı qüvvələri ora yerləşdirilir. Burada da vəziyyət çox gərgindir. Bir sözlə, bu, bizi çox narahat edir”.
Lukaşenko Belarusun müdafiəsinin etibarlı təminatı məqsədi ilə Rusiyadan yeni silah sistemlərinin, o cümlədən “Oreşnik” raketlərinin ölkəsində yerləşdirilməsini istəyib. "Bu raketləri yerləşdirmək üçün yerlərimiz var. Bizim şərtimiz var ki, raket hədəfləri Belarusun hərbi və siyasi rəhbərliyi tərəfindən müəyyən edilsin", - Lukaşenko qeyd edib.
Rusiya prezidenti Putin də “Oreşnik” ballistik raket sistemini gələn il Belarusda yerləşdirəcəklərini açıqlayıb. "Düşünürəm ki, bu, “Oreşnik” raketinin kütləvi istehsalına başlaması şərti ilə gələn ilin ikinci yarısında mümkün olacaq", - Putin qeyd edib.
Suriyada Əsəd rejiminə müxalif qüvvələrin Hələb və Həmadan sonra Homs şəhər mərkəzinə daxil olmasından sonra Dəməşqdə ciddi panik durum yaranıb.
Suriya və xarici mediada gedən yazılara istinadən xəbər verir ki, yaranmış bu gərgin vəziyyətdə Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyadan qaçması iddiasını irəli sürüb.
Verilən məlumatlara görə, Bəşər Əsədin Suriyanı tərk edərək İran paytaxtı Tehranda olduğu bildirilir.
“The Wall Street Journal” isə yazıb ki, Misir və İordaniya rəsmiləri Bəşər Əsədə Suriyanı tərk etməyi və xaricdə hökumət qurmağı tövsiyə ediblər.
Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, sənəddə Cənubi Kiprin son zamanlar silahlanma fəaliyyətini sürətləndirdiyinin müşahidə olunduğunu bildirilib:
“Şimali Kipr Xarici İşlər Nazirliyinin bu mövzuda yaydığı açıqlamadakı mövqeyini paylaşırıq. Cənubi Kiprin bu səhv siyasətinin regionda sabitliyin və hüzurun pozulmasına şərait yarada biləcəyinə və adada silahlanma yarışının başlana biləcəyini xatırlatmaq istəyirik”.
Təl Rıfat şəhərinin PKK/YPG terror təşkilatından alınmasından sonra Mənbiçə doğru hərəkət başlayıb. İntensiv hazırlıq görən müxalif Suriya Milli Ordusu (SMO) bölgənin bir çox nöqtəsində kəşfiyyat işləri aparır.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb. SMO-dan nəşrə Mənbiçdən 1 km məsafədəki komanda mərkəzində hücum təlimatı gözlədiyi bildirilib. Mənbənin sözlərinə görə, hazırda Mənbiçdə 1500 terrorçu var. Müxalif ordunun komandiri Rusiya və rejim qüvvələrinin bölgədən çəkildiyini və əməliyyat üçün hazır vəziyyətdə gözlədiklərini deyib. Suriyalı müxalif ən qısa zamanda Mənbiçi azad edəcəklərini vurğulayıb. Suriyadakı son proseslərdə Mənbiçin qərbində nəzarət etdikləri əraziləri itirən PKK/YPG də bölgədə mövqelərini gücləndirməyə çalışır. Təşkilat yerləşdikləri ərazilərin SMO-nun mühasirəsinə düşməsinin qarşısını almaq üçün yeni cəbhə və təchizat xətləri qurmağa çalışır.
“Yeni Şafak” xatırladır ki, ABŞ Türkiyəyə Təl-Rıfatın İŞİD terror təşkilatından təmizləndikdən sonra PKK/YPG-nin bölgəni tərk edəcəyinə dair söz versə də, buna əməl etməmişdi.
Suriyada Həmanı ələ keçirən müxalif qüvvələr şəhərdə bu ölkənin keçmiş prezidenti Hafiz Əsədin heykəlini aşırıblar.
Heykəlin aşırılma anı böyük coşqu ilə qarşılanıb.
Azad Suriya Ordusu (ASO) Menbiç əməliyyatı üçün hazırlıqlarını tamamlayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, artıq Rusiya qüvvələrini Menbiçdən çıxarıb.
Şəhərdə sadəcə 1500 PKK üzvünün qaldığı təxmin edilir. ASO əsgərləri Menbiçdən 1 kilometr uzaqlıqdakı komanda mərkəzinə hücum təlimatı gözlədiklərini bildiriblər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün sənədlər təqdim etməyib.
Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.
“Xeyr, belə bir sənəd daxil olmayıb. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, təşkilatdan çıxmaq “indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”.
“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.(publika.az)
Almaniyanın müdafiə naziri Rusiyanın artan hərbi təhlükəsi barədə xəbərdarlıq edib. Bundestaq qarşısında çıxış edən Boris Pistorius Rusiyanın müdafiə sahəsindəki səylərinin artdığını vurğulayıb.
Bu barədə Bild məlumat yayıb.
"Rusiya tamamilə hərbi iqtisadiyyata keçib və hər il ordusuna 1000-dən 1500-dək tank təhvil verir. Bu, Avropanın beş ən böyük ölkəsinin birlikdə malik olduğu tank sayından təxminən iki dəfə çoxdur. Bizim üçün bu aydındır: Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir və yaxın gələcəkdə də belə qalacaq", — deyə nazir vurğulayıb.
Almaniya hökuməti parlamentə üç qanun layihəsi təqdim edib. Onlardan biri, Litvada daimi briqada yerləşdirilməsi ilə əlaqədar hərbi və mülki işçilərin maaşlarının yaxşılaşdırılmasını nəzərdə tutur. Almaniya 2025-ci ildən etibarən NATO-nun şərq cinahını gücləndirmək məqsədilə orada 4800-dək əsgər və 200 mülki əməkdaş yerləşdirməyi planlaşdırır.
Digər qanun layihəsində isə keçmiş əsgərlərin "xarici qüvvə" (məsələn, Rusiya və ya Çin) üçün əvvəlcədən razılaşdırılmadan işləməsi ilə bağlı cinayət məsuliyyətinin tətbiqi təklif edilir.
"Belə bir qanun əvvəllər mövcud deyildi, amma indi çox vacibdir", — deyə Boris Pistorius bildirib. "Biz yüksək ixtisaslı keçmiş Bundestaq hərbçilərinin cazibədar təkliflər vasitəsilə xarici maraqlar üçün işləməsinin qarşısını alacağıq".(musavat.com)
Məhəmməd adı indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar addır və rəsmi reytinqdə Nuh adını geridə qoyur.
"Bu barədə “DailyMail” xəbər verir.
Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə 4600-dən çox oğlana Məhəmməd adı xüsusi bir şəkildə yazılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 500 nəfər çoxdur.
Bu arada Nuh adı verilənlərin sayı 4586-dan 4382-yə düşüb. Üçüncü yerdə olan Oliverin də populyarlığı aşağı düşüb.
MailOnline-ın təhlilinə görə, bu, ilk dəfədir ki, islami adın yalnız bir yazılışı cədvəldə birinci yerdədir.
Qeyd olunur ki, Oliviya səkkizinci ildir ki, qadın adları siyahısında birinci yeri qoruyur, Amelia və İsla ikinci yerdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.
“Onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.
Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.
O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.
ABŞ Prezidenti Cozef Baydenin Afrika liderləri ilə Anqolada keçirilən Trans-Afrika Sammiti zamanı yuxuya gedib.
Report xəbər verir ki, sammitdə quraqlıq şəraitində Afrika dövlətlərinə yardım müzakirə edilib.
Amerikalı lider danışıqlar aparılarkən ovucunu gözlərinə tutaraq masa arxasında hərəkətsiz olub.
Onun yatdığı diqqətdən yayınmayıb. Maraqlı olan isə Bayden Afrika liderlərinə 1 milyard dollar maliyyə yardımı vəd etdikdən yuxuya gedib.