İran Prezidenti Həsən Ruhanin İsrailin legitimliyini şübhə altına salan bəyanatı qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilib.

“Bu kimi açıqlamalar beynəlxalq anlaşılmazlıqların dialoq və hüquq yolu ilə həlli baxımından uzlaşmır”, - deyə bildirilib.

Qeyd edək ki, H.Ruhani İsraili Qərbin maraqlarının Yaxın Şərqdə yayılması üçün yaradılan xərçəng şişinə bənzətmişdi.

Rusiya hərbi bölmələri Ukraynanın şərq və cənub sərhədlərində aktivləşdirilib.

Ardını oxu...


2018.11.25. 21:27

İranın İraqla sərhəddə yerləşən Kirmanşah şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...

Afrikanın qəlbinə çatmağa çalışırıq.

Ardını oxu...

Hərbi vəziyyətin tətbiqi müharibə elan edilməsi demək deyil.

Ardını oxu...

Özbəkistan Müdafiə Nazirliyi ölkə ərazisində genişmiqyaslı hərbi təlimə start verib.

Ardını oxu...

Mənim gördüyüm kəşfiyyat hesabatına görə, Qaşıqçının qətli ilə bağlı əmri vəliəhd Salman verib.

Ardını oxu...

Fransada yanacaq qiymətlərində yaşanan artım fonunda baş verən etirazlara təhlükəsizlik orqanları sərt müdaxilə edib.

Axar.az xəbər verir ki, hadisələrlə bağlı Türkiyə XİN Fransada yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

“Sayları 700 minə çatan türk toplumunun yaşadığı Fransadakı bu hadisələri yaxından və narahatlıqla izləyirik. Fransız təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı getdikcə sərtləşən müdaxilələri və güc tətbiq etməsi qayğıvericidir”, – Türkiyə XİN sözçüsü Hami Aksoy bildirib.

Güney Azərbaycanın Ərdəbil şəhərində ətraf mühit tərəfdarları iməcilik keçirmək istəsələr də, valilik buna icazə verməyib.

Axar.az xəbər verir ki, Ərdəbil Valiliyi ərazini zibil və məişət tullantılarından təmizləmək istəyən fəallara qadağa qoyub.

Bildirilir ki, yalnız valiliyin icazə verəcəyi təqdirdə bu bölgədə hər hansı təmizlik işləri aparmaq olar.

Qeyd edək ki, son aylarda İranda çox sayda ətraf mühit tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

Meksika miqrant karvanlarının Birləşmiş Ştatların cənub sərhədinə çatmasına icazə verməməlidir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Meksika hökuməti miqrantları cənub sərhədlərimizə çatmadan dayandırsaydı, bu, çox məqbul olardı”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edək ki, bir müddətdir Meksikadan yerli əhalinin ABŞ-a kütləvi axını müşahidə edilir.

Xəbər lenti