|
ABŞ Müdafiə Nazirliyinin 15 noyabrda Konqresə təqdim etdiyi Türkiyə ilə bağlı hesabatda yeni detallar bəlli olub.
Axar.az xəbər verir ki, hesabatda Türkiyənin NATO-nun cənub-şərq qanadında qeyri-adi bir geostrateji mövqeyə malik olduğu və bu səbəbdən ABŞ ilə Türkiyənin mühüm regional maraqları bölüşdüyü bildirilib.
Hesabatda Türkiyəyə Rusiyanın S-400 raket əleyhinə müdafiə sisteminə alternativlərin təqdim edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Avropa Komissiyası Ukraynaya 500 milyon avro miqdarında makromaliyyə yardımı etməyə razılıq verib.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Avropa Komissiyası yayıb.
Qeyd edək ki, AB-nin 2014-cü ildən bu yana Ukraynaya etdiyi yardımların həcmi bununla 3,3 milyard avroya çatıb. Bu, indiyə qədər AB-nin qurum xaricindəki ölkələrdən birinə edilən ən böyük yardımdır.
Birləşmiş Millətlər Təşkilatı Afrika ölkəsi Uqandaya edilən miqrant yardımı ilə bağlı maliyyənin boşa sərf edildiyini bəyan edib.
Axar.az xəbər verir ki, BMT-nin hesabatında sözügedən ölkəyə ayrılan vəsaitin qaçqınlara deyil, başqa işlərə xərcləndiyi bildirilib.
Hesabatda 11 milyon dolların ayrıldığı, bu məbləğin 320 min dollarının Uqanda baş nazirinin ofisinin park yerinin tikintisi üçün xərcləndiyi məlum olub. Digər vəsaitlərin hansı işlərə xərcləndiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, iki il öncə Cənubi Sudandan olan qaçqınlar Uqandaya sığınmış və bu ölkə də onları qəbul etmişdi. Uqandanın bu addımı beynəlxalq qrum tərəfindən müsbət qarşılanmışdı.
ABŞ Prezidenti Donald Trampın görüşdən imtina etməsindən dolayı Rusiya Kerç boğazında saxlanılan ukraynalı dənizçilərlə bağlı mövqeyini dəyişməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Vladimir Cabarov deyib. O bildirib ki, Trampın şantajı keçməyəcək:
“Rusiyanı şantaj etmək faydasızdır”.
Qeyd edək ki, Tramp G20 sammitində rusiyalı həmkarı Putinlə görüşdən imtina etdiyini bildirib. Buna səbəb kimi isə Kerç böhranını, Ukrayna gəmiləri və hərbçilərinin hələ də əsir saxlanılmasını göstərib.
İran ABŞ-ın Yaxın Şərq regionundakı hədəflərinə hücum edərsə, həmin an hərbi qarşılıq verməkdə tərəddüd etməyəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
O, regionda İran adına savaşan qrupların artdığını bildirərək, durumun daha da kəskinləşdiyini vurğulayıb:
“İran planetdə terrora dəstək verir və sülhü, sabitliyi baltalayır”.