Əgər ABŞ iqtisadi sanksiyaları ləğv etməyə başlamasa, Şimali Koreya nüvə arsenalını artırmaq siyasətini yeniləyəcək.

Ardını oxu...

Rusiyanın fəaliyyəti ABŞ-ın təhlükəsizliyini zəiflədir.

Ardını oxu...

Erməni Milli Konqresi Partiyası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkisində iştirakdan imtina edib.

Ardını oxu...


Yaponiyada bir ada yox oldu

 

Yaponiyanın şimalındakı Esanbe Hanakita Kojima adlı ada yer üzündən silinib.

 yaşayışın olmadığı adanın dəniz səviyyəsinin yüksəlməsi səbəbindən su altında qaldığı bildirilir.

Bölgədə aparılacaq araşdırmalardan sonra yükun rəy açıqlanacaq.

Qeyd edək ki, bu ada Yaponiyanın sərhədlərini dəqiqləşdirmək məqsədilə verdiyi 158 adadan biri idi.

Məlumat üçün bildirək ki, son illərdə dəniz səviyyəsini yüksəlməsi səbəbindən dünyanın müxtəlif yerlərində bir neçə ada yer üzündən silinib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Yuri Xaçaturov vəzifəsindən azad edilib.

Ardını oxu...

Qarabağdakı separatçı rejimin nümayəndələrinin danışıqlar masası arxasına qayıtması Ermənistan və Azərbaycanın razılığı əsasında mümkündür.

Ardını oxu...

İran Prezidenti Həsən Ruhani Avropa, Çin və Rusiyaya ABŞ-ın İranla nüvə razılaşmasından çıxdıqdan sonra İrana dəyən zərərin kompensasiya üçün nəzərdə tutulan yekun paketi təqdim etməyə və reallaşdırmağa çağırış edib.

Ardını oxu...

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində D-8 zirvəsi keçiriləcək.

Ardını oxu...

ABŞ-Meksika sərhədinə doğru irəliləyən miqrantlar zorakılıq edəcəyi halda ABŞ-ın təhlükəsizlik qüvvələri buna radikal tədbirlərlə qarşılıq verəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı danışıb.

ABŞ-ın köç siyasətinin dəyişdiyini bildirən Tramp Hondurasdan yola çıxan və getdikcə böyüyən miqrant dəstəsi məsələsinə də toxunub. Sözügedən miqrant dəstəsinə heç bir güzəşt edilməyəcəyini qeyd edən prezident dəstə üzvlərinin Qvatemala-Meksika sərhədində Meksika polisinə daş atmasını xatırladıb.

“Dünyada milyardlarla insan yoxsulluq içində yaşayır. ABŞ-dan bu insanların hamısına qucaq açmasını gözləmək olmaz. Ümid edirəm burada eyni şeylər baş verməz. Sizə açıq şəkildə deyə bilərəm: Meksikadakı kimi daş atmağa cəhd etsələr, təhlükəsizlik qüvvələrimiz onlara atəşlə cavab vermək haqqını dəyərləndirəcək. Hər halda atılan bir daşın üzünüzə dəyməsi də fərqli bir vəziyyət deyil”, - Tramp bildirib.

Qeyd edək ki, Trampın göstərişi ilə miqrantların ABŞ-a daxil olmasının qarşısını almaq üçün 15 minə qədər hərbçi meksika sərhədinə göndərilib.

Gürcüstanın NATO-ya üzvlüyünə problem kimi baxırıq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib. Onun sözlərinə görə, bu, müdafiəyə əlavə xərclərin ayrılmasına səbəb olacaq:

“Biz Soçi yaxınlığında müdafiə qurşağı qurmalı olacağıq. Bunun üçün böyük ölçüdə resurslar xərcləməli olacağıq. Bu qaçılmazdır. Bütün bunlar mümkün düşmən tərəfindən olan fəaliyyət imkanlarının qarşısını almaq üçün gərəklidir. Eyni problem Ukraynanın NATO-ya üzvlüyü zamanı yaranacaq. Ona görə də müdafiə eşelonlarının cənubda qurulması önəmlidir. Ümid edirəm ki, Kiyev və Tiflisin NATO üzvlüyü yaxın gələcəyin məsələsi deyil”.

Xəbər lenti