|
Rusiya Milli Antiterror Komitəsi və təhlükəsizlik qüvvələrinin Dağıstanın Xasavyurd bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan 2 şəbəkə üzvü öldürülüb.
Axar.az xəbər verir ki, əməliyyatın Endirey kəndində bir çox terror aktında iştirak edən silahlı şəbəkə üzvlərinin gizlənməsi ilə bağlı informasiya əsasında keçirildiyi bildirilib.
Əməliyyatda İŞİD-lə əlaqəsi olan şəbəkə ələ keçirirlib. Silahlarını verməyən və təslim olmağı rədd edən 2 şəbəkə üzvü isə məhv edilib.
Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan “Gəzi” hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.
ABŞ Çinin amerikalı hərbçilərə qarşı təhdidlərinə səbir nümayiş etdirməyəcək.
Axar.az xəbər verir ki, bunu “Salem Radio Netvork”ə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz ABŞ hərbçilərinə qarşı təhdidlərə dözməyəcəyik. Beynəlxalq dəniz yollarını açıq saxlamaq niyyətindəyik. Çinlilər bunu anlamalıdırlar.
Çin uzun zaman beynəlxalq nizamdan sui-istifadə edib, lakin indi ABŞ-ın buna müqavimət göstərmək vaxtı çatıb. ABŞ Cənubi Çin dənizində Çinlə əməkdaşlıq etmədən təbii resurların işlənilməsi üzərində düşünür. Bura Çin vilayəti deyil və heç vaxt da olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Cənubi Çin dənizində Spratli adaları Çin tərəfindən zəbt edilib. Bu əraziyə Çinlə bərabər Yaponiya, Vyetnam və Filippin də iddia edir. ABŞ isə bölgəyə tez-tez patrul işini həyata keçirmək üçün öz gəmilərini göndərir. Çin bundan öncə dəfələrlə ABŞ-ı öz ərazi sularını pozmaqda ittiham etsə də, ABŞ bununla razılaşmayıb və bu əraziləri beynəlxalq sular adlandırıb.
Dekabrda Ermənistandakı növbədənkənar seçki Nikol Paşinyanın şəxsi qələbəsi, dövlətçiliyin isə məğlubiyyəti olacaq.
Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Köçəryan deyib ki. Paşinyan 1 mart hadisələrinin əsas iştirakçılarından biri, kütləvi iğtişaşların təşkilatçısı idi:
"Mən Paşinyanla şəxsən tanış deyiləm. Onun mənim şəxsiyyətimə qarşı nifrəti var. Bu da özünü fərqli dövlət institutlarının fəqliyyətlərində büruzə verir.
Yeni seçki sayəsində bir siyasi monopoliya digəri ilə əvəz ediləcək. Paşinyanın partiyası formalaşmayıb və hələlik bəlli deyil ki, onlar dövlət idarəçiliyindəki ağır məsələlərə görə məsuliyyəti üzərilərinə necə götürəcəklər. Aydındır ki, onlar peşəkarları yanlarına çəkmirlər”.
“Şimal axını-2” Almaniya üçün doğru qərardır.
Axar.az xəbər verir ki, bunu Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətinin Baş naziri Manuel Şveziq deyib.
“Şimal axını-2” Almaniya üçün vacibdir. Belə ki, bu, enerji təminatı üçün əlava qaz mənbəyidir” – deyə o bildirib.
Onun sözlərinə görə, bu kəmərin Almaniyanı Rusiyadan asılı vəziyyəti salacağı ilə bağlı iddialar yanlışdır:
“Bütün tərəflər etibarlı tədarükdə maraqlıdırlar. Almaniya bundan sonra da ehtiyacı olduğu qazın böyük hissəsini fərqli mənbələrdən alacaq. Ölkə gərək özü nəyi haradan alacağına qərar versin”.
Rusiya Avropa dövlətləri üçün ən ciddi təhlükədir.
Axar.az xəbər verir ki, bunu Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq deyib.
“Rusiya Avropanın daxili siyasətinə tez-tez müdaxilə edir və demokratiyanı məhv etməyə çalışır. Məsələn, Rusiya 2016-cı ildə Monteneqroda dövlət çevrilişinə cəhd edərək, ölkənin NATO-ya üzvlüyünə mane olmağa cəhd edib. Moskva həmçinin Makedoniyada seçki aktivliyinin aşağı olmasına güclü təsir göstərib. Bunun sayəsində ölkənin adının dəyişdirilməsi və NATO üzvlüyü üçün referendum baş tutmayıb. Bunun üçün Moskva təbliğat xəbərləri və sosial şəbəkələrdəki saxta hesablardan istifadə edə bilərdi. Moskvanın bu cür addımları ölkələr arasındakı münasibətləri pozur və onların stabil inkişafına təhdid yaradır. Moskva bundan sonra beynəlxalq sərhədləri pozmağa çalışacaq. Rusiyanın Avropanı ruslaşdırmağa davam etməsi Avropanın sonu ola bilər”, – deyə o bildirib.
Avrasiya ölkələrinin parlament spikerlərinin iclası Avropa Şurası Parlament Assambleyasına yaxşı alternativdir.
Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına açıqlamasında Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib. O, Rusiyanın bundan sonra da Avropa ölkələri ilə parlamentlərarası əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, Avrasiya ölkələri parlament spikerlərinin III iclası oktyabrın 7-də Antalyada baş tutub.
Bundan öncə Avropa Şurası Rusiyanın 2019-cu ilin yayına qədər üzvlük haqqını ödəməyəcəyi təqdirdə təşkilatdan uzaqlaşdıracağını açıqlayıb.