Türkiyədə dəhşətli qəza

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri Yunanıstanın Samos adasına aparan yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.

 qəza nəticəsində 19 mühacir ölüb, sürücü də daxil olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım briqadaları və polislər cəlb edilib.

Qeyd olunur ki, qəzada ölənlər arasında qadın və uşaqlar da var.

Faktla bağlı araşdırma aparılır.

***

 “Hurriyet” xəbər verir ki, qəza nəticəsində 1-i hamilə qadın, 2-si körpə, 2-si azyaşlı uşaq olmaqla 22 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıb.

 




 

İstanbulda keçirilən Gənclik Festivalının davamı kimi 18-21 oktyabr tarixlərində Diyarbəkir şəhərində “Ziraət Gənclik Festivalı” təşkil olunacaq.

Axar.az xəbər verir ki, tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması nəzərdə tutulub.

Məlumata görə, festival çərçivəsində Ərdoğan futbol əfsanələrinin forma geyinəcəyi “məşhurlar yığması”nda meydançaya çıxacaq.


ABŞ İrana qarşı iqtisadi və psixoloji müharibə aparır.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Tehran Universitetinin yeni akademik ilinin açılış mərasimində çıxışı zamanı deyib.

“ABŞ-ın İranla bağlı hədəfi mövcud rejimin dəyişikliyidir. Bu hədəfə çatmaq üçün iqtisadi və psixoloji müharibə başlatdı. Növbəti hədəf rejimin qeyri-qanuniliyi ilə bağlı müzakirələri başlatmaq və fəaliyyətini funksiyasız hala gətirməkdir. Əvvəlki dövrlərdə biri düşmən olanda digəri ortaq yol axtarırdı. Hazırda ABŞ-ı idarə edənlər tarixdə bənzəri görülməyən bir formada İran düşmənçiliyi həyata keçirirlər. Yaxın gələcəkdə vəziyyət daha da pisləşə bilər. Uzaq gələcəkdə isə hər şey daha yaxşı olacaq”, - Ruhani bildirib.

İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində suyun altında qalan 17 məktəblini xilas ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə İndoneziyanın qərbində daşqınlar nəticəsində 22 nəfərin həlak olması, onlarla sakinin xəsarət alması barədə məlumat yayılmışdı. Həlak olanlar arasında Şimali Sumatra əyalətinin Mandaylinqnatal dairəsinin Muara Saladi kəndində 11 şagirdin olduğu da bildirilmişdi. Daha 15 nəfərin isə itkin düşdüyü deyilirdi.

Nəşrin bildirdiyinə görə, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi su altında qalan Muara Saladi kəndindəki ibtidai məktəbdə həlak olan şagirdlərin sayının 12 nəfərə çatması barədə məlumat yayıb. Onların hamısının 12 yaşdan aşağı olduğu bildirilir.

Xilas edilən 17 şagirdlə birlikdə iki müəllimin də tapıldığı qeyd edilir. Şagirdlərdən 7-si müxtəlif dərəcəli xəsarət alıblar və onlara hazırda tibbi yardım göstərilir.

Qərbi Sumatra və Şimali Sumatra əyalətlərində baş verən gözlənilməz daşqın və torpaq sürüşməsi çoxlu sayda insanın həlak olmasına səbəb olub. Burada oktyabrın 11-dən davam edən leysan yağışlar nəticəsində 48 ev dağılıb. Yollar pis vəziyyətdə olduğuna görə zərər çəkən rayonlarla əlaqə saxlamaq çətindir. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, onlarla insan palçığın altında qalıb, axtarışlar davam etsə də, həlak olanların sayının artacağı güman olunur.

2018.10.13. 15:54

İranın Kirmanşah vilayətində atışma nəticəsində 6 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə İran Kürdüstanı Demokratik Partiyası məlumat yayıb.

Atışma partiya üzvləri ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında yaşanıb. Ölənlərdən birinin mülki şəxs, 2-nin partiya üzvü, 3 nəfərin isə İran həbrçisi olduğu vurğulanıb.

***

İranın Kəşfiyyat Nazirliyi informasiya atışma ilə bağlı yayıb. Məlumatda bildirilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı dəstənin 2 üzvü məhv edilib. Çoxlu sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən sənədlərə əsasən, terrorçu dəstəyə ərəb ölkələrinin dəstək verdiyi və Kirmanşah əyalətində teraktlar törətməyə hazırlaşdığı bəlli olub.

Terrorçuların ölkəyə qərb sərhədlərindən daxil olduğu bildirilib.

İtaliyanın şimalında yerləşən həbsxanada ötən gecə qiyam baş verib.

Axar.az xəbər verir ki, bu barədə 40-dan artıq məhbus həbsxanada dustaqların saxlanma şərtlərinin ağırlığına etiraz edib.

Məlumata görə, dustaqlar əvvəlcə sivil yollarla etirazlarını bildiriblər. Lakin bir neçə saat sonra həbsxana divarları arxasında etiraz sədaları güclənib və dustaqlar televizor, mebel, qaz balonları və yandırılan digər əşyaları həbsxananın həyətinə atmağa başlayıb. Dərhal əraziyə gələn həbsxana rəisi və müavini məhbuslarla danışıqlara başlayıb. Təxminən 4 saat sonra qiyama qalxan dustaqlarla razılıq əldə olunub.

Qeyd edək ki, 190 nəfər üçün nəzərdə tutulan San-Remo həbsxanasında hazırda 270 nəfər saxlanılır.

Yəmənin Hodeyda əyalətində mikroavtobusa Səudiyyə koalisiyası tərəfindən endirilən raket zərbəsi nəticəsində azı 15 nəfər ölüb, 20-si isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Mikroavtobusda mülki vətəndaşların olduğu deyilirdi.

Almaniya, Fransa və İngiltərə itkin düşmüş jurnalist Camal Qaşıqçı ilə bağlı ortaq bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Türkiyə və Səudiyyə Ərəbistanının jurnalistin axtarışı yönündə fəaliyyətinə dəstək ifadə edilib.

“Səudiyyənin bununla bağlı daha detallı informasiya verməsini gözləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb. C.Qaşıqçının Səudiyyə Ərəbistanının sifarişi ilə öldürüldüyü iddia edilir.

İran Suriyada hərbi varlığını davam etdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif deyib.

Suriya böhranının İsrail üçün təhlükəsizlik sahəsi formalaşdırmaq məqsədilə başladıdığını bildirən sözçü İranın beynəlxalq hüquqa uyğun şəkildə Suriyanı dəstəklədiyini qeyd edib


ABŞ kosmik qüvvələrin yaradılmasında Rusiya və Çindən geri qalır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Mənim əmrimlə hazırda Pentaqon ABŞ Silahlı Qüvvələrinin 6-cı növü – kosmik qüvvələrin yaradılması üzərində çalışır. Yeri gəlmişkən Rusiya və Çin artıq bu işləri başladıblar”, - Tramp bildirib.

Xəbər lenti