![]() |
|
Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvaya səfər edəcək.
Axar.az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Belarus Prezidentinin Mətbuat katibi Natalya Eysmont deyib. O, Lukaşenkonun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın gələn həftə Rusiyaya gələcəyini açıqlamışdı. Sonradan Rusiya mətbuatı səfərin 27 dekabrda baş tutacağı haqqında məlumat yaydı.
Fəratın şərqində terrorçuları məhv etməyimizə heç kim əngəl ola bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərqində keçiriləcək hərbi əməliyyatların təxirə salınması ilə bağlı danışarkən deyib. O, bəzi PKK nümayəndələrinin bir sıra Qərb ölkələri ilə təmasda olması barədə deyilənlərə də cavab verib:
“Əgər bu görüşlərin məqsədi ABŞ çəkildikdən sonra YPG və PKK-nı qorumaq üçündürsə, bunu unutmasınlar ki, "Fərat qalxanı" ilə 4 mindən çox İŞİD üzvünü necə zərərsizləşdirdiksə və heç kim Afrin hərbi əməliyyatlarını qarşısını ala bilmədisə, Fəratın şərqini də terrorçulardan təmizləməyimizə əngəl törədə bilməyəcəklər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ Ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.
İran İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunları Hörmüz boğazında yerləşən Keşm adasının sahil zonasında təlim keçir.
Axar.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Keşm adasında baş tutan təlim hər il keçirilən “Böyük peyğəmbər” təliminin son mərhələsidir.
Qeyd edək ki, bundan öncə “Assoşeyted Press” ABŞ-ın təyyarədaşıyan gəmisi “Con Stennis”in Hörmüz boğazına girən zaman İranın raket gəmilərinin onun yaxınlığından sahil zonasına raket buraxdığı, daha sonra havaya dron qaldırdıqları haqqında məlumat yayıb.
Orada MHP-dən biri o şəkildə çıxış etsəydi, "otur yerinə" deyərdim.
Axar.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı CHP millət vəkili Əbdüllətif Şənərin parlamentdə büdcə ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
Baxçalı Şənərin CHP-ni heçə sayan çıxış etdiyini və sözügedən çıxış barədə CHP-nin dəyərləndirmə aparmasının lazım olduğunu deyib.
ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra təyyarədaşıyan gəmisi Con Stennis ilk dəfə Fars körfəzinə daxil olub.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
İran İslam İnqilabı Keşikçilər Korpusunun gəmiləri onun Fars körfəzinə daxil olmasını izləyiblər. Gəmilər körfəzə daxil olan zaman İran gəmiləri amerikalılara əks istiqamətdə raket buraxıb, sonra isə havaya pilotsuz uçan aparatlarını qaldırıblar.
ABŞ Dövlət katibi Mayk Pompeo İran xalqını çillə bayramı münasibətiylə təbrik edib.
Kult.az xəbər verir ki, Tvitter səhifəsində yerləşdirdiyi təbrik mesajında Pompeo İran xalqına rifah və azadlıq arzulayıb. Lakin tvitinin sonunda Pompeo Azərbaycan şairi Nizami Gəncəvini fars şairi olaraq təqdim edərək ondan sitat gətirib:
“Fars şairi Nizami deyirdi ki, Hətta ümidsizlikdə də ümid var. Ən qaranlıq gecənin də sonu işıqdır. Yalda bayramınız mübarək!”.
ABŞ-da Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi barədə razılıq əldə olunmadığı üçün federal hökumətin büdcəsi qəbul edilməyib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Qərarın qəbul edilməməsinə görə, hökumətin fəaliyyəti qismən dayandırılıb, müəssisə və nazirliklərin maliyyələşməsini təmin edən bəzi büdcə qanunlarının etibarlılığı Bakı vaxtıyla 09:00-da başa çatıb. Bunun sayəsində Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyə Nazirliyi, Kənd Təsərüffatı Nazirliyi, Nəqliyyat Nazirliyi və digər bəzi qurumlar ixtisar edilmiş maliyyə rejiminə keçiblər, onların əməkdaşlarının böyük qismi məcburi məzuniyyətə göndərilib.
Senatda bu gün də büdcə ilə bağlı danışıqların davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp sərhəd təhlükəsizliyi ilə bağlı büdcənin təsdiqlənməyəcəyi halda hökuməti bağlayacağını bildirmişdi.
Əgər ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxdıqdan sonra öz raketlərini Avropa Birliyi ərazisində yerləşdirsə, o zaman Rusiya ABŞ-ın Avropadakı raket sistemlərini hədəfə almaq məcburiyyətində qalacaq.
Axar.az xəbər verir ki, bunu “Birinci kanal”da yayımlanan “Böyük oyun” verilişində çıxışı zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ raketlərinin Avropada yerləşdirilməsi və onun potensial hədəfinin Rusiya olması ona gətirib çıxaracaq ki, Rusiya onları öz raket arsenalı vasitəsilə əsas hədəfinə götürmüş olacaq. Bu zaman keçmişdə yaşamağa məcbur olduğumuz situasiya yenidən təkrarlanacaq”, – deyə o bildirib.
Hökumət quraqlıq məsələsini həll etməzsə, 20 milyon iranlı ölkəni tərk etmək məcburiyyətində qala bilər.
Axar.az xəbər verir ki, bu sözləri iranlı deputat Əli Əsədi Kərəm deyib.
“Bu durum saysız-hesabsız sosial problemləri də özü ilə gətirəcək. Kütləvi köçün qarşısının alınması üçün uyğun planlaşdırma aparılmalıdır. Quraqlığa qarşı birlikdə hərəkət etməliyik. Geniş miqyasda düşünək! Sadəcə regionumuzu fikirləşməyək”, - deyə deputat bildirib.