Robert Köçəryanın “Jamanak” qəzeti və “1in.am” saytına qarşı məhkəmə iddiası ləğv ediləcək.

Axar.az xəbər verir ki, bunu “Aysor.am”a açıqlamasında Robert Köçəryanın rəsmi nümayəndəsi Ani Alaverdyan deyib.

Qeyd edək ki, Köçəryan “1in.am” və “Jamanak” qəzetini bu iyununda onun haqqında yaydığı məlumata görə məhkəməyə vermişdi. Köçəryan hər iki mətbuat orqanından 2 milyon dram təzminat istəmişdi.

Hər iki mətbuat orqanı hazırkı baş nazir əvəzi Nikol Paşinyana yaxınlığı ilə seçilir.


Dünya yenidən tək və ikiqütblülükdən çoxqütblülüyə dönür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Tramp dünyanın ən güclü dövlətinin prezidentidir:

“Amma bu güclü dövlətdə prezident təkbaşına heç nəyi həll etmir. Həmçinin ABŞ dünyanın bir nömrəli gücü də olsa, əvvəlki kimi dünya siyasətinə təsiretmə imkanında deyil. Beynəlxalq siyasət XX əsrlərin əvvəlinə qayıdır”.

Politoloq qeyd edib ki, Trampın Suriya ilə bağlı qərarını Türkiyənin əli ilə Rusiya və İranın qarşısını almaq kimi dəyərləndirir:

“ABŞ-ın orada olmasına baxmayaraq, həmin əraziləri Türkiyəyə təhvil verməyə ehtiyac var idi. Çünki Suriya əhalisinin 90%-i sünnidir və sünnilərin böyük əksəriyyəti Əsəd rejiminə müxalifdilər. Suriya sünnilərinin də ən inandığı, güvəndiyi ölkə Türkiyədir. Ona görə Tramp Türkiyəyə Suriyada dəstək verməyə başlayıb. Doğrudur, Tramp hər an fikrini dəyişə də bilər”.

Politoloqun sözlərinə görə, ABŞ-ın siyasi elitasındaTrampın bu qərarına ciddi etirazlar var:

“Ola bilsin ki, bu etirazlara, təzyiqlərə görə Tramp fikrini dəyişsin”.


ABŞ Prezidenti Donald Tramp öz tarixi ata-baba yurduna - Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell deyib.

“Səfərin dəqiq vaxtı ilə bağlı məndə məlumat yoxdur. Lakin bura gəlib ailəsinin doğma yurdunu ziyarət etmək istədiyini mənə deyib”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Trampın babası Frederik Tramp 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub. O, 1885-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.

ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərarını alqışlayırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz ABŞ qoşunlarının Suriyadan çıxarılmasından məmnunuq. İndi isə regionda boşluq yaranmasına imkan verməməliyik. Qoşunlar Suriyadan koordinasiyalı şəkildə çıxarılmalıdır”, - deyə Çavuşoğlu bildirib.

Nazir bu qərarı, həmçinin, Suriya böhranının siyasi həlli üçün vacib addım adlandırıb.

“Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz uzun müddətdir ki, İŞİD qruplaşması ilə mübarizə aparırıq və onu, nəhayət, məğlub olunmuş hesab edirik”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ Ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.

Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib.

Axar.az xəbər verir ki, 1 km uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb.

Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.

Qeyd edək ki, mağaranın yeri dünən müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu deyilirdi.

Yunanıstan, İsrail və Kipr (yunan administrasiyası) ABŞ-ın Suriya ilə bağlı qərarından narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras İsrail Baş naziri Benyamin Netanyahu və Kipr lideri Nikos Anastasiadis ilə görüşündə deyib.

“Suriyadakı son durumu müzakirə etdik. ABŞ-ın qısa zaman öncə qəbul etdiyi Suriya qərarından və bunun fonunda Türkiyə və İranın gələcəkdəki rolunun artacağından yaranan narahatlığımızı gizlətməyəcəyik”, - deyə Çipras bildirib.

Heç bir ABŞ prezidenti mənim qədər İŞİD-ə zərər verməyib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Onlar bu uğuruma yaxınlaşa belə bilməzlər”, - deyə Ağ Ev rəhbəri bildirib.

ABŞ Prezidenti Donald Tramp hökuməti buraxacağı ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Tramp Demokratlar Partiyasının büdcənin təsdiq edilməsinə razılıq verməyəcəyi təqdirdə hökuməti buraxacağı ilə hədələyib.

Türkiyənin TRT kanalının xəbər komandası Yəmənin Ədən şəhərində BƏƏ təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, faktı Türkiyənin Xarici İşlər Nazirliyi təsdiqləyib.

XİN açıqlamasında məsələnin araşdırıldığı və Türkiyə səfirinin məsələdən xəbərdar olduğu qeyd olunub.

Türkiyə və İsrailin Krımın Rusiyaya birləşməsini tanıyacağına ümid edirik.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Ümid edirik ki, zamanla bir neçə il bundan əvvəl krımlıların etdiyi seçimin həqiqiliyi barədə həm Türkiyə, həm də İsraildən olan tərəfdaşlarımızı inandırmağa nail olacağıq”, - Peskov bildirib.

Xəbər lenti