“Avropa İttifaqı ilə uzunmüddətli fəaliyyət göstərmək istərdik”

 

“Azərbaycan bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə gedib:

Bunu Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir:

“Bu yaxınlarda Azərbaycan - Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımı çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik və mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam; hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək istərdik”.

 

İŞİD Suriyada 130 ailəni girov götürdü

İŞİD terrorçuları Suriyada 130 ailəni girov götürüblər.

Bu barədə Suriyada mübarizə aparan tərəflərin uzlaşması mərkəzinin rusiyalı rəhbəri, general-leytenant Vladimir Savçenko məlumat yayıb.

Onun sözlərinə görə, terrorçular Əl-Bəhrə şəhərində qaçqınlar düşərgəsinə hücum edərək 130 ailəni girov götürüb və Hacin şəhərinə aparıblar.

Ailələrdən terror məqsədlərinin həyata keçirilməsi üçün istifadə ediləcəyi ehtimalı irəli sürülür.

Fransanın cənubundakı Aude rayonunda baş vermiş daşqınlar 13 nəfərin ölümünə səbəb olub.

Axar.az xəbər verir ki, anidən yağan güclü yağışlar daşqına səbəb olub və ərazidə xeyli yaşayış yeri zərər görüb. Bəzi yerlərdə suyun səviyyəsinin 1,5 metrə qədər qalxdığı bildirilib.

Artıq yerli qurumlar hadisə ilə bağlı həyəcan təbili çalıb.

Ciddi iqtisadi siyasi böhranla üzləşən Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkədə əsgərlər arasında intihar və sui-qəsd hallarının sayı artıb. Bunlar erməni cəmiyyətində ciddi narazılıqlara yol açıb. Belə ki, oktyabrın əvvəlində qulluq keçdiyi hərbi hissədə öldürülən əsgərin ailəsi isə Gümrüdə etiraz aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Xocavənd rayonunda yerləşən hərbi hissələrdən birində öldürülən əsgər Gevorq Aroyanın qohumları Ermənistanın müdafiə naziri David Tanoyanın, separtçı Bako Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər.

Bundan başqa “Armtimes” xəbər portalının məlumatına görə, hərbçinin dayısı Armen Beqleryan Gümrüdəki Müqəddəs Akop kilsəsində xəbərdarlıq aksiyası təşkil edib. O, Gevorqun intihar etmədiyini, öldürüldüyünü iddia edir. A.Beqlaryanın sözlərinə görə Aroyanın anası oğlu ilə hadisədən bir gün əvvəl görüşüb. Oğlan mənəvi cəhətdən sarsılmışdı, geyimsiz idi və göz qapağı göyərmişdi, başında isə çapıq vardı. Əsgər valideynləri bildirib ki, hərbi hissələrdə qeyri-insani şərait hökm sürür. Xalq artıq anlamalıdır ki, kim kimdir, bilməlidir ki, ordu nə gündədir.

Ölən əsgərin ailəsi baş verənlərlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana və onun həyat yoldaşı Anna Akopyana məktub göndəriblər.

Şikayətinə baxılmadığını görən Armen Beqleryan bacısı oğlunun öldürüldüyü Xocəvənd rayonunda aksiya keçirəcək. Bildirib ki, orada da ona xeyli insan qoşulacaq. Çünki hər kəs mövcud vəziyyətdən narazıdır.

Bu arada, işğal altında olan Ağdərə ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Zəhərləmədən ölən olmasa da, istifadə müddəti keçmiş qida məhsullarını əsgərlərə verən hərbi hissədə yoxlamalar başlayıb.

İşğalçı ordunun 18-ci motoatıcı diviziyasında baş verən insident də böyük rezonans doğurub. Aralarında yaranan münaqişə nəticəsində avtomobil xidmətinin rəisi diviziyanın qərargah rəisini döyüb. Hadisədən dərhal sonra diviziya komandiri xidmət yerinə gələrək hərbi hissəyə həyəcan siqnalı elan edib. Xidməti araşdırmadan sonra tədbir görülməsi məqsədilə sənədlər hərbi polisə göndərilib.

Çin ABŞ-dakı seçkiyə müdaxilə baxımından Rusiyadan daha təhlükəlidir.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin İnquşetiya lideri Yunus Bek Yevkurova Maqasda etirazçılara qarşı güc tətbiq etməməyi məsləhət görüb.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva”ya açıqlamasında Yevkurovun özü deyib. O, Putinin ona İnquşetiyanın paytaxtında yaranan vəziyyətlə maraqlanmaq üçün zəng etdiyini bildirib. Yevkurov Putinin ona xalqla dialoqu dayandırmamağı tövsiyyə etdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə İnquşetiya ilə Çeçenistan arasında torpaq sövdələşməsi haqqında razılaşma imzalanıb. Razılaşma İnquşetiyada kəskin etirazla qarşılanıb. Respublikanın paytaxtında genişmiqyaslı etiraz aksiyaları başlayıb. Konstitusiya məhkəməsi bu razılaşmanın ləğv edilməsi və qərarın referendum yoluyla verilməsi haqqında qərar çıxarıb.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni hökumətiylə eks-prezident Robert Köçəryan arasında qeyri-rəsmi razılaşma var.

Axar.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında erməni politoloq Vigen Akopyan deyib.

“Hökumət hazırda Köçəryan haqqında unudub. Mənə elə gəlir ki, tərəflər arasında bir-birinə hücum etməməklə bağlı hansısa razılaşma var. Bu situasiyanın nə qədər davam edəcəyini söyləmək çətindir. Bu, bəlkə də təkcə ölkədəki situasiya yox, həm də geosiyasətlə bağlıdır.

Köçəryanın siyasətə qayıtmasına gəlincə isə, o, hansısa müxalifətin formalaşdırılması üçün birləşdirici qüvvə ola bilər, amma elektoral planda Köçəryan qəbuledilməz fiqurdur. Köçəryanın siyasi, maliyyə və geosiyasi resurslarını nəzərə alsaq, onun hansısa siyasi konqlomerat yarada biləcəyini deyə bilərik”, – deyə o bildirib.

 

Kral Kaşıkçı olayı ilə bağlı Ərdoğana zəng edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz jurnalist Camal Kaşıkçının yoxa çıxması olayı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.

Kral hadisə ilə bağlı ortaq işbirliyi təklifini qəbul etdiyi üçün Ərdoğana təşəkkür edib. 

Bundan başqa, kral Salman heç kimin Türkiyə ilə olan güclü əlaqələri baltalaya bilməyəcəyini söyləyib.

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 mini keçib

 

İraqın cənubunda Bəsrə vilayətində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfər çatıb. Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Bəsrdəki ofis direktoru Mehdi ət-Tamimi məlumat verib. 

Direktor bildirib ki, komissarlıq bu məsələ ilə bağlı mərkəzi və yerli hökumətdən aydın və ciddi mövqe gözləyir. 

Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-dən liman şəhəri olan Bəsrədə başlayıb. Vəziyyətin gərginləşməsinə işsizlik və kommunal sahədəki vəziyyətin pisləşməsinə etiraz edən nümayişçilərdən birinin ölümü səbəb olub. 

Bəsrədə başlayan etirazlar digər vilayətlərə də yayılıb. Etirazçılar hökumətdən elektrik və su təchizatı sahəsindəki kəsintilərə son verməyi tələb edirlər. Situasiya ölkənin cənub vilayətlərində temperaturun 50 dərəcəni keçməsindən sonra daha da dərinləşib. 

“Taliban” daha bir qəsəbəni işğal etdi

“Taliban” teror təşkilatı Əfqanıstanın Qəzni vilayətindəki Şılqar qəsəbəsini işğal edib.

 terrorçular bir neçə gündür davam edən hücumlar nəticəsində şəhəri bu gün ələ keçiriblər.

İtkilər barədə məlumat açıqlanmayıb.

Xəbər lenti