|
Almaniya yığma komandası ötən gün Millətlər Liqasının oyunları zamanı Hollandiya yığmasına məğlub (3:0) olaraq öz antirekordunu təkrarlayıb.
Goal.az xəbər verir ki, ötən gün UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda keçirilən Hollandiya – Almaniya oyununda məğlub olan almanlar 2018-ci ildə 5-ci məğlubiyyətini alıblar. 2014-cü ildə keçirilən dünya çempionatının qalibləri 2018-ci ildə Cənubi Koreyaya (0:2), Meksikaya (0:1), Avstriyaya (1:2), Braziliyaya (0:1) və Hollandiyaya (0:3) məğlub olublar. Sonuncu dəfə 1985 və 1956-cı illərdə bir il ərzində 5 dəfə məğlub olan almanlar bu ilin sonuna kimi daha 3 oyuna çıxacaqlar. Belə ki, Millətlər Liqasının oyunları çərçivəsində Fransa və Hollandiya yığmaları ilə qarşılaşmalı olan Almaniya yığması, həmçinin Rusiya yığması ilə yoldaşlıq oyunu oynayacaq.
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Konor Makqreqor üzərində qələbədən sonra boks üzrə keçmiş dünya çempionu Floyd Mayvezerlə qarşılaşmaq istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” yazıb.
“İrəli, Floyd! Mən qarşılaşmağa hazıram: 50-0 27-0-a qarşı. Biz ikimiz də heç vaxt uduzmamışıq. Niyə də olmasın? Bu cəngəlliklərin sadəcə bir kralı var və o da mənəm. Çünki mən Konoru məğlub edə bildim. Bu, çox asan oldu”, - Nurməhəmmədov bildirib.
Hər oyunumuz vacibdir. Matçların sayı azaldıqca, daha vacib olur. Çətin, fərqli sistemdə çıxış edən rəqibə qarşı oynayırıq. Matçın əhəmiyyətini hamımız yaxşı bilirik. Futbolçularımızın bu qarşılaşmaya hazır olacağını düşünürəm.
Report xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə oyundan əvvəl söyləyib.
Mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb.
"Qarabağ"da yaxşı oyun, millidə isə daha çox nəticə tələb olunur. Futbolçuları gah buna, gah digərinə kökləmək problem deyil ki?
- Yaxşı nəticə üçün yaxşı oyun göstərmək lazımdır. Bunun üçün çalışırıq. Bəli, fərqli komanda və turnirlərdir. İstənilən görüşə yaxşı oyun göstərmək üçün çıxırıq.
Heyətdə dəyişiklik olacaq?
- Farer adaları ilə müqayisədə ciddi dəyişiklik olmayacaq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.
Bir ay əvvəllə müqayisədə Maltada nə kimi dəyişiklik var?
- Malta həm bizə, həm Kosovoya, eləcə də, Farer adalarına qol vurub. Bu da onu göstərir ki, diqqət etməliyik. Kosovo ilə səfər görüşlərinə baxmışıq. Bu komandaya qol vurmaq və buraxmamaq üçün diqqətli olmalıyıq.
Mifsudun yoxluğu bizim üçün üstünlükdür?
- Bu oyunçuya rəğbətim var. 37 yaşında bu cür hərəkətli olması digərlərinə nümunədir. Onun oynamayacağına sevinmirəm. İstəyirəm ki, yaxşı futbolçular meydanda olsun. Onun yoxluğunun rəqibin oyununa təsir edəcəyini düşünmürəm.
Rüfət Dadaşovu daha öncə çağırmadığınıza görə təəssüflənmirsiz ki?
- Xeyr. Biz hər bir futbolçunu daha hazır olanda çağırmaq istəyirik. Lakin bəziləri formada olmurlar. Amma biz onları çağırmağa məcburuq. Çünki oyunçu seçimi çox deyil. Rüfəti lazımi vaxta komandaya dəvət etdik.
UEFA Millətlər Liqasında 3-cü turun oyunları davam edir.
Axar.az xəbər verir ki, 7 oyun baş tutub.
Keçirilən görüşlərin nəticələri aşağıdakı kimidir:
A liqası
Belçika – İsveçrə - 2:1
Xorvatiya – İngiltərə - 0:0
B liqası
Avstriya – Şimali İrlandiya - 1:0
C liqası
Estoniya - Finlandiya - 0:1
Yunanıstan - Macarıstan - 1:0
D liqası
Belarus - Lüksemburq - 1:0
Moldova - San Marino - 2:0
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 turniri “pey-per-vyu” (baxış üçün pul ödəmək) abunəçilərinin sayına görə rekord vurub.
Axar.az xəbər verir ki, turniri izləmək üçün 2.4 milyon abunəlik satılıb.
Siyahıda ikinci və üçüncü yerləri irlandiyalı Konor Makqreqorun 2016-cı ildə amerikalı Neyt Diasa qarşı keçirdiyi görüşlər (1.6 və 1.65 milyon) tutub.
Turnirin əsas hadisəsi UFC 229 versiyası üzrə Həbib Nurməhəmmədov və Makqreqorun yüngül çəkidə çempion adı uğrunda döyüşü olub.
2018-ci ilin oktyabr ayı qalmaqallı hadisələrlə çox zəngindir: hələ Kriştianu Ronalduya qarşı ittihamlar, eləcə də Makqreqor və Nurməhəmmədovun döyüşdən öncə, döyüş zamanı və döyüşdən sonrakı davranışları hər şeyə bəsdir. Lakin cəmiyyətin və 1xBet-in analitiklərinin fikrincə, Aleksandr Kokorin və Pavel Mamayevlə bağlı xəbərlərin fonunda bunların hamısı arxa planda qaldı.
Axı nə baş verib? İki futbolçu Kokorin və Mamayev hələ bu yaxınlarda Rusiya yığmasında çıxış edib. Onlar yeni sezona çox yaxşı başlayaraq, demək olar ki, mələk kimi görünürdülər. Lakin təxminən bir sutka ərzində onlar yalnız ölkənin ən yaxşı klublarında öz yerlərini deyil, həm də azadlıqdarını təhlükə altında qoydular.
Hər şey Kokorin və Mamayevin məmur Denis Pakı döydükləri haqqında xəbərlə başladı, bundan əvvəl isə dostların sürücü Vitali Solovçuka hücum etdikləri barədə xəbərlə davam etdi. Hər iki dava videoda qeydə alınmışdır. Bu hadisələr fonunda futbolçuların Sankt-Peterburqdan Moskvaya gedən “Sapsan” qatarını dağıtmaqları demək olar ki, məsum görünür.
“Zenit” və “Krasnodar”-ın oyunçularını nəyin gözlədiyi barədə xəbərlərin axınında boğulmaq olar. Bundan başqa, bunun sayəsində qazanmaq çox asandır, bunu isə siz 1xBetd-də mərc edərək, edə bilərsiniz. Aparıcı bukmeker şirkətlərindən biri ən yüksək əmsallarla unikal xətt açıb. Məntiq və intuisiyanızdan istifadə etməklə, siz 1xBet-lə varlana bilərsiniz...
1xBet-in ekspertlərinin fikrincə ən maraqlı olan Kokorin və Mamayevlə nə baş verəcəyinin üç varinatı aşağıdakı kimidir:
1,2 üçün Kokorin və Mamayev cəmiyyət qarşısında üzr istəyəcəklər
Futbolçular mövzu ilə bağlı hansısa bəyanat verməyə tələsmirdilər, lakin Kokorin hay-küyçülərdən birinin telefon zənginə cavab verərək, deyib ki, "düz oturub". Lakin sonsuza qədər oturmaq real deyil, iş o həddə çatıb ki, söz veriblər ki, oyunçular zor gücünə tutulacaqlar. Bu yaxınlarda bizi futbolçuların etdiklərinə peşman olduqlarını dedekləri barədə xəbər gözləyir. Onların gələcəkdə deyəcəkləri sözlərin səmimliyinə qarşı şübhələri bir yana ataraq, etiraf edirik ki, cütlük faktları inkar edə bilməyəcək.
1,62 üçün “Zenit” Kokorinlə müqaviləyə xitam verəcək
Çox ehtimal ki, bizi klubların futbolçularla müqavilələrini pozacaqları da gözləyir. “Krasnodar” müqaviləyə xitam verilməsi barədə vəziyyəti öyrənmək üçün təşəbbüs göstərdiyi barədə bildirsə də, “Zenit” hələ ki bu məsələni açıq şəkildə müzakirə etməyib. Hətta Kokorinin Aleksey Millerin sevimli futbolçusu sayıldığını nəzərə alsaq belə, onun klubda qalacağına inanmaq çətindir. “Zenit”-in prezidenti Sergey Fursenko həmin hay-küyçülərə bildirib ki, klub oyunçuya bəraət qazandırmaq fikrində deyil – nəticə çıxarırıq və mərc edirik.
1,46 üçün Aleksandr Kokorin RFPL 2018/19 sezonunda oynamayacaq
Əlbəttə ki, Aleksey öz optimal formasında premyer-liqanın ən yaxşı forvardlarından biridir. Lakin onun RFPL-ın matçlarında görsənə biləcəyinə dair çox ciddi şübhələr var. Bizə məlum olan məlumatlara görə, ittihamlar və sübutlar kifayət qədər əsaslıdır. Şərti cəza tamamilə inandırıcı görünür, real həbs cəzası da fantastik görünmür. Lakin bunların heç biri olmasa da, RFİ nümayəndələrinin oyunçuların Rusiya futbolunun imicinə böyük xələl gətirdiyi barədə dedikləri sözlər futbolçuların tamamilə diskvalifikasiya oluna biləcəklərinə işarə edir. Ömürlük olmasa da, ən azından sezonun sonuna kimi.
Öz variantınızı seçdiniz, yoxsa ilin sezonun əsas qalmaqalında qazanmaq üçün digər imkanları öyrənmək istəyirsiniz? 1xBet-ə daxil olun və mərc edin!
Qadın voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar məşqçilik karyerasını başa vurub.
Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.
Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.