Bu gün İran çempionatında Təbrizin şanlı “Traktor” komandası Tehran təmsilçisi “Persepolis”in qonağı olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Bakı vaxtilə saat 15:30-da “Azadi” stadionunda başlayan matç qolsuz heç-heçə ilə başa çatıb.

Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.

Belə ki, matçın başlamasına 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər “Traktor” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.

Qeyd edək ki, İran liqasının turnir cədvəlində “Traktor” 23 xalla 3-cü, “Persepolis” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib.

Ardını oxu...

Ağır oyun oldu. Rəqib çox yaxşı müdafiə olundu.

Ardını oxu...


Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Ardını oxu...

İran çempionatının 13-cü həftəsində Təbrizin “Traktor” futbol klubu Tehranın “Perspolis” komandası ilə qarşılaşacaq.

Ardını oxu...


Futbol üzrə 19 yaşadək qadınlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Axar.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız Almaniya, Portuqaliya və Albaniya komandaları ilə üçüncü qrupda qərarlaşıb.

Yığmamız gələn il oktyabrın 2-də Portuqaliya, üç gün sonra Almaniya, ayın 8-də isə Albaniya milliləri ilə üz-üzə gələcək.

Bu qrupun oyunları Portuqaliyada keçiriləcək.

"Barselona" qışda Usman Dembeleni satsa, Dortmund "Borussiya"sına əlavə pul ödəyəcək.

Ardını oxu...

Türkiyənin “Beşiktaş” klubu “Sumqayıt”ın U-12 komandasının oyunçusu Nihad Əhmədzadəni transfer edib.

Ardını oxu...

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Çempionlar Liqasının C qrupunda keçiriləcək “Roma” – “Real Madrid” qarşılaşmasına dəvət edilib.

Axar.az xəbər verir ki, “Roma” klubunun prezidenti Ceyms Palotta və idman direktoru Monçi FİFA meneceri Bayram Tutumlu vasitəsi ilə “Real Madrid”lə keçirəcəkləri görüşə Dövlət Baxçalını dəvət edib.

Rəsmi dəvəti dəyərləndirən Baxçalı proqramının sıx olmasına baxmayaraq, türk futbolçu Çingiz Ündəri dəstəkləmək istədiyini bildirib.

“Roma” klubu həmin qarşılaşmaya məşhur tennisçi Rafael Nadal və aktyor Antonio Banderası da dəvət edib.

Kosovo və Azərbaycan yığmaları arasındakı UEFA Millətlər Liqasının oyunu zamanı yerli azarkeşlər qonaq komandanın himninə qarşı hörmətsizlik ediblər.

Ardını oxu...

Xəbər lenti