- Xəta
-
- Komponent yüklənərkən xəta: com_users, 1
![]() |
|
Yol-xeber.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarında uğur qazanan idmançıya Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyev bir milyon dollar mükafat verib.
Bu barədə idmançı sosial media hesabında məlumat yayıb. Əbdülrəşid Sadulayev buna görə deputata təşəkkür edib: "Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür etmək istəyirəm. Eyni zamanda məşqçim Şamil Ömərov da diqqətdən kənarda qalmadı".
Qeyd edək ki, 25 yaşlı Əbdülrəşid Sadulayev Tokio olimpiadasında 97 kq çəki dərəcəsində qızıl medal qazanıb. Sərbəst güləşçi Rio-de-Janeyro olimpiadasında da eyni uğura imza atmışdı.
Azərbaycan millisinin futbol üzrə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara qonaq azarkəşlər buraxılmayacaq.
“Bu haqda qərarı UEFA və FİFA verib. Məlumata əsasən, bu qərar sentyabr ayında keçiriləcək bütün oyunlara aiddir və oyunlara qonaq komandalarının azarkeşləri buraxılmayacaq.
Bildirilir ki, buna səbəb Avropada koronavirus infeksiyasının yayılmasında artım müşahidə edilməsidir.
Bununla yanaşı, oktyabr və noyabr aylarında keçiriləcək oyunlar ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, 2022-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin A qrupunda yer alan milli komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya ilə qarşılaşacaq. Komandamız sentyabrın 7-də isə Portuqaliyanı qəbul edəcək.
Fransanın “PSJ” klubu Lionel Messinin transferini rəsmiləşdirdikdən sonra rəsmi saytında ulduz futbolçunun formalarını satışa çıxarıb.
“Tele Sport” xəbər verir ki, bir saatdan az müddət ərzində Messinin 250 min forması azarkeşlər tərəfindən alınıb. Bu rekord göstəricidən sonra "PSJ" klubu satışı başa çatdırıb.
Qeyd edək ki, dünən "Barselona" klubundan ayrılan futbolçunun "Pari-Sen-Jermen" ("PSJ") klubuna keçidi rəsmiləşib.
Offsideplus xəbər verir ki, daha əvvəl Corcinyo Veynaldum və Serxio Ramos kimi ulduzları da heyətə qatan Paris klubu bu səbəbdən yeni mövsümün startına qədər bir sıra futbolçularla yollarını ayıracaq.
"Sky Sport" nəşri PSJ-nin ümumilikdə 10 futbolçu ilə yolları ayıracağını yazıb. Bunlar arasında, Lionel Messinin Argentina yığmasında da görmək istəmədiyi Mauro İkardi ilə yanaşı, Tilo Kerer, İdrissa Geye, Rafinya və Ander Errera kimi adlar da var.
Müvafiq videoçarx klubun “Twitter” səhifəsində yayımlanıb.
Klubun mətbuat xidmətindən yayılan məlumata görə, Messi ilə 2+1 prinsipi əsasında müqavilə imzalanıb. Sənəddə Argentina millisinin Fransa klubu üzərindəki prioriteti də öz əksini tapıb.
“PSJ-də karyeramın yeni fəslini başlamağıma çox şadam. Klubda hər şey mənim futbol ambisiyalarıma uyğun gəlir. Mən burada necə istedadlı kollektiv və məşqçi heyətinin olduğunu bilirəm. “Park de Prens”in meydançasına çıxmağı səbirsizliklə gözləyirəm”, -deyə Messi jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, 34 yaşlı futbolçu Fransa klubunda 30 nömrəli forma ilə çıxış edəcək.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat daxil olub.
Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad cisimlərin atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.
Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, "AEK Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.
"Bunu Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
75 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan 5 qat dünya və 11 qat Avropa çempionu yarışdakı çıxışını dəyərləndirib: "Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Bu yarışı çox yaxşı hiss etdim. İkinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Qismət Allahdandır. Bu günümüzə şükürlər olsun. Bundan da pis ola bilərdi, vətənə medalsız da qayıda bilərdik. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir".
Karatenin ilk dəfə olimpiya oyunlarının proqramına salınmasına toxunan Ağayev bu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada olub-olmayacağının bilinmədiyini söyləyib: "Karate yarışlarından sonra iclas olub. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinos bu idman növünün Parisdəki yarışın proqramında yer alması üçün daha böyük addımlar atır. Alınsa, orada da çıxış edəcəyəm".
Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı olimpiadanın finalında uduzduğu italiyalı Luici Busadan revanş almaq barədə düşünmədiyini vurğulayıb: "Təqribən 3 aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki. orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Busadan revanş almaq barədə düşünmürəm. Çünki 11 dəfə mən qalib gəlmişəm, bir dəfə italiyalı idmançı. Sadəcə, Busa indiyədək tatamidə rəqibim idisə. bundan sonra düşmənimdir".
Tokio 2020-nin karate yarışlarının hakimlərindən biri türkiyəli Uğur Kobaş ölümlə təhdid olunur.
Fanat.Az xəbər verir ki, buna səbəb ədalət təmsilçisinin kişilərin +75 kiloqram çəki dərəcəsi üzrə Səudiyyə Ərəbistanından olan Tareq Hamedi və İran karateçisi Səccad Gənczadənin final görüşü vaxtı birinci ilə bağlı elan etdiyi diskvalifikasiya qərarıdır.
Baş verənləri şərh edən qarşılaşmanın tatami hakimi qərarının arxasında durduğunu bildirib: "İranlı karateçi yerdə uzananda vəziyyətə müdaxilə edən həkim mənə idmançının görüşü davam etdirə bilməyəcəyini bildirdi. Ayrıca, Dünya Karate Federasiyasının həkimi də "davam edə bilməz" dedi. Qarşılaşmanın yan hakimlərini toplayıb dəyərləndirmə etdik. Onların hamısı mənimlə eyni qənaətdə idi. İranlı idmançı tatamini xərəkdə tərk etdiyi üçün qaydalara əsasən rəqibinə "hansoku" verildi. Mənim üzərimə düşən sadəcə doktorların və hakimlər heyətinin qərarını elan etmək idi".
Görüşdən sonra sosial şəbəkə hesablarına yüz minlərlə şərh və mesaj yazıldığını deyən Kobaş bunların arasında ölüm təhdidlərinin olduğunu, həmçinin ailəsinin də hədə və təhqirlərə məruz qaldığını qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Tokio 2020-dən qazancı Hamedinin gümüş medalı olub. İran isə 32-ci Yay Olimpiya Oyunlarını 3 qızıl, 2 gümüş, 2 bürünc mükafatla başa vurub.
Lionel Messinin gedişindən sonra "Barselona"nın düşərgəsində gərginlik yaranıb.
Yol-xeber.az Fanat.az-a istinadən xəbər verir ki, yeni transferlərdən olan Serxio Aquero komandadan ayrılmaq istəyir. Buna səbəb Messinin gedişi olub.
Belə ki, transferdən əvvəl Aqueroya Messi ilə birlikdə oynamaq vədi verilib. Amma həmyerlisinin gedişi ona pis təsir edib və vəkillərinə müqaviləni pozmaq üçün variantlar axtarmağı tapşırıb.
Qeyd edək ki, Aquero bu yay "Mançester Siti"dən "Barselona"ya keçib.
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Yol-xeber.az"ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.
Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.
Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.