"Bu, böyük bir biabırçılıqdır".

Xəbər verdiyimiz kimi, DÇ-2022-nin Cənubi Amerika qrup seçmələri matçında Braziliya-Argentina qarşılaşmasında qalmaqallı hadisə olub.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, oyun zamanı Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri stadiona daxil olaraq futbolçuları deportasiya etmək istəyib.

Rəsmilər oyundan əvvəl argentinalı futbolçular Emiliano Martinez, Lo Celso, Romero və Buendianın səhiyyə protokoluna əməl etmədiklərini bildiriblər.

Braziliyalı rəsmilərin oyunun ortasında 4 futbolçunu deportasiya etmək istəməsi mübahisəyə səbəb olub.

Lionel Messi baş verənlərdən sonra hadisəni sirkə bənzədib:

“3 gün əvvəl gəldiyimiz zaman bizi göndərə bilərdilər. Futbolun başlamasını niyə gözləyirdilər? Bu, böyük bir biabırçılıqdır, bura sirkdir. Dünya bizi izləyir və baş verənlərə baxın. Niyə oyundan əvvəl hotelə gəlib bizimlə danışmadılar? Bu şərtlərlə oynamaq çox çətindir”, - deyə o söyləyib.

Dünya futbolunun iki nəhəngi -  Braziliya ilə Argentina arasında DÇ-2022-nin  Cənubi Amerika qrup seçmələri matçında futbol tarixinə düşəcək anlar yaşanıb.

 "Arena Corintians"da keçirilən matçın ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərədən gələn və qaydalara görə, 14 gün karantində qalmalı olan oyunçuları həbs etmək üçün sahəyə girib və belədə qarışıqlıq yaranıb. Söhbət Emiliano Martines, Covani Lo Çelso, Serxio Romero və Emiliano Buendiyadan gedir.

Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq, paltardəyişmə otağına yollanıblar. Argentina Futbol Federasiyası yaşanan hadisədən sonra matçın dayandırıldığı barədə məlumat paylaşıb.

Daha sonra Argentinanın kapitanı Lionel Messi və Argentina millisinin məşqçisi Lionel Skaloni meydana qayıdaraq braziliyalı futbolçular və rəsmilərlə görüşdükdən sonra yenidən paltardəyişmə otağına gediblər.

Qərarı FİFA İntizam Komitəsi verəcək. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya - Argentina matçının təxirə salındığını, hakimlərin və müşahidəçilərin FİFA İntizam Komitəsinə məlumat verəcəyini, yekun qərarın müvafiq komitə tərəfindən veriləcəyini açıqlayıb. /Fanat.az

"Yuventus"un sabiq futbolçusu Alessio Takkinardi Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu tənqid edib.

Offsideplus xəbər verir ki,  o, bununla bağlı deyib: "Ronaldo fərqli şəkildə getməli idi. Alleqri "Empoli" ilə oyundan əvvəl komandaya təlimat verərkən Ronaldo şəxsi təyyarəsndə uçurdu. Azarkeşlərlə vidalaşacağı xüsusi bir mətbuat konfransı olacağını düşündüm. Onlar fərqli rəftara layiq idilər. Ronaldo "Yuventus"u çətin vəziyyətə saldı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış, onu əvəzləyəcək futbolçunun tapmaq çətin olanda komandanı tərk etdi".

Xatırladaq ki, Kriştiano Ronaldo "Mançester Yunayted" klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Report məlumatına görə, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Bu gün Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

"Onlardan biri para-taekvondoçu, ikisi üzgüçü, üçü isə atletdir.

Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) 1/8 finalda filippinli Allen Kianu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq.

Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayacaq. Saley daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə, İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. Üzgüçülük yarışları Bakı vaxtı ilə 05:19-da start götürəcək.

Para-atlet Samir Nəbiyev nüvə itələmə növündə medal qazanmağa başlayacaq. Onun çıxışı Bakı vaxtı ilə saat 14:08-ə təsadüf edəcək.

Qadın para-atletlər Yulia Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə saat 16:43-dən etibarən 400 metr məsafəyə qaçışda final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

Azərbaycan cüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar.

Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yerdədir (iki qızıl medal).

Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, Ramil Qasımov Oyunların başlamasına bir neçə gün qalmış koronavirusa yoluxduğu üçün Paralimpiyadan uzaqlaşdırılıb.

Xatırladaq ki, hazırda Azərbaycanın on iki mükafatçısı var:

Paracüdoçular Hüseyn Rəhimli (-81 kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (-60 kq), Xanım Hüseynova (-63 kq), Sevda Vəliyeva ( -57 kq) və Şahanə Hacıyeva (-48 kq), üzgüçü Raman Saleh (100 metr kürək üstə), atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu - 51,42 m) və Elvin Astanov (kürə atma, dünya rekordu - 8,77 m) qızıl, paracüdoçular Namiq Abbaslı (-66 kq) və İlham Zəkiyev (+100 kq), pauerliftinq Pərvin Məmmədov (-49 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Tokio Olimpiadası Azərbaycan Paralimpiya Hərəkatı üçün yeddinci oyunlardır. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 38 medal - 9 qızıl, 18 gümüş və 11 bürünc qazandılar.

Bu il ölkəmiz Paralimpiya Oyunlarında altı idman növü üzrə yarışan 35 idmançı (23 kişi və 12 qadın) ilə təmsil olunur.

Daha bir qızıl medal qazandıq

Paracüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 5 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

"Yuventus"un superulduzu Kriştianu Ronaldu bu gün komanda yoldaşları vidalaşacaq.

 "Sky Sport" portuqaliyalı hücumçunun artıq Turin klubunun bazasındakı dolabından şəxsi əşyalarını götürdüyü barədə məlumat yayıb.

Daha öncə Ronaldunun həmyerlisi - jurnalist Qonsalu Mendeş 36 yaşlı forvardın "Mançester Siti"yə transferinin reallaşdığını bildirmişdi.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub. /Fanat.az

"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma oldu. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".

Report" xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

24 yaşlı hücumçu görüşdə əllərinə düşəndə şansdan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr.

Futbol kollektiv oyunudur. Komanda şəklində oynadıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Mənim üçün fərqi yoxdur".

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində dubl edib.

“Yol-xeber.az” xəbər verir ki, 24 yaşlı hücumçu Çexiyanın “Slavia” klubu ilə keçirilən ev oyununda  iki qolla komandasını irəli aparıb.

O, 59 və 70-ci dəqiqələrdə fərqlənib.

Xəbər lenti