Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

Jurnalist Ceyhun Rzayev Kiprdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribatdan danışıb. 

Kiprə ezam olunmuş media nümayəndəsi meydanda yaşananları belə şərh edib:

"Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Ruslar da bir ifadə var - лицо нации. Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!"

Xatırladaq ki, Konfrans Liqası turniri çərçivəsində "Qarabağ" səfərdə AEL-in qonağı olub. Təmsilçimiz səfərdə heç-heçə elə sərfəli nəticə əldə edib (1:1).

“İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın”.

"Yol-xeber.az" saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə keçirilən səfər matçının son dəqiqələrində baş verən insident barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis kiprli azarkeşlərin təxribatçı hərəkətləri səbəbindən təxminən 10 dəqiqə dayandırılan matçda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib: “Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq. Bu, onların üzərinə düşür. Amma belə hal nə rəqibin futbolçuları, məşqçiləri, nə də bizim üçün xoş haldır”.

Qurbanov bu cür təxribatlarla çox üzləşdiklərini söyləyib: “Biz idmançılar meydanda daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq. Bəzən elə hallar olur ki, buna hamımız reaksiya veririk. Çünki həddən artıq şişirdilir. Tanımadığımız, bilmədiyimiz kimlərsə belə hallara yol verirlər. “Qarabağ”a qarşı belə təxribatlar dəfələrlə olub. Biz həmişə öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum dərəcədə səbirli olmağa çalışırıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, idman prinsiplərinə uyğun özümüzü idarə etməyə çalışırıq, əxlaqımızı, mədəniyyətimizi qoruyuruq. Dünya futbolunda da belə hallar çox olub. Bu, bəlkə də, futbolun gözəlliyi, özəlliyidir. Təbii ki, heç kim belə hadisənin yaşanmasını istəməz. Çünki nəticə heç də yaxşı olmur”.

Çalışdırıcı qarşılaşmadan sonra UEFA nümayəndəsinin onlara təşəkkür etdiyini vurğulayıb: “UEFA nümayəndəsi sonda davranışımıza görə bizə təşəkkür elədi. Çünki azarkeşlərin həddən artıq aqressiv olduğunu o da görürdü. Həm futbolçuların üstünə yad əşyalar atdılar, birinin başına, birinin qoluna dəydi. Belə şeylər bizə təsir eləməz. UEFA nümayəndəsi də görürdü ki, futbolçularımızı sakitləşdirməyə çalışırdım. Sonda mən də özümü bir az aqressiv apardım. Bakıda yenə idman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. Çünki işimiz meydanda özümüzü doğru idarə etmək və uğurlu nəticə əldə etməkdir”.

Qeyd edək ki, oyunun 90+3-cü dəqiqəsində Abdullah Zubirin qolundan sonra yerli azarkeşlərin təxribatçı davranışları və təhqiramiz ifadələrə yol vermələri səbəbindən “Qarabağ”ın texniki zonası ilə gərginlik yaşanıb və görüş bir neçə dəqiqəlik dayandırılıb. Yenidən bərpa olunan və 112 dəqiqə çəkən mübarizə 1:1 hesabı ilə yekunlaşıb.

Müsəlman idmançıdan olimpiadada tarixi addım: göz yaşlarına qərq oldular -VİDEO

Kişilər arasında hündürlüyə tullanma yarışlarında qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi çempion elan edilib.
Tokio-2020 Olimpiayasında kişilər arasında hündürlüyə tullanma üzrə kişilər keçirilən yarışın finalında italiyaklı Canmarko Tamberi qətərli Mutaz Əssa Barşim ilə qarşı-qarşıya gəlib.

Haber7 xəbər verir ki, hər iki idmançı finalda 2,37 metr hündürlüyə tullanıb və yarışın səlahiyyətliləri qərar verib ki, qalibin müəyyən olunması üçün onlar yenidən güclərini sınamalıdır. Lakin heç biri 2,37 metrdən yuxarı qalxmayıb.

Hər ikisinə daha bir sınaq verildi, ancaq italiyalı Tampberi ayağından ciddi zədə aldığı üçün son sınaqdan çəkilməli olub.

Qətərli müsəlman Barşimin qarşısında başqa rəqibi yox idi, ancaq o, məmurdan soruşub: "Son cəhddən çəkilsəm, qızıl medalı ikimiz arasında paylaşa bilərikmi?"

Bu təklif rəsmi yoxlanılıb və təsdiq edilib: "Bəli, qızıl medal siz ikinizin arasında bölünəcək".

İtalyan idmançı bu qərardan sonra böyük sevinc yaşayıb.

Qətərli Mutaz Barşim və italiyalı Canmarko Tamberi qızıl medallar qazanıb.

Kişilər arasında hündürlüyə tullanma yarışlarında qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi çempion elan edilib.
Tokio-2020 Olimpiayasında kişilər arasında hündürlüyə tullanma üzrə kişilər keçirilən yarışın finalında italiyaklı Canmarko Tamberi qətərli Mutaz Əssa Barşim ilə qarşı-qarşıya gəlib.

Haber7 xəbər verir ki, hər iki idmançı finalda 2,37 metr hündürlüyə tullanıb və yarışın səlahiyyətliləri qərar verib ki, qalibin müəyyən olunması üçün onlar yenidən güclərini sınamalıdır. Lakin heç biri 2,37 metrdən yuxarı qalxmayıb.

Hər ikisinə daha bir sınaq verildi, ancaq italiyalı Tampberi ayağından ciddi zədə aldığı üçün son sınaqdan çəkilməli olub.

Qətərli müsəlman Barşimin qarşısında başqa rəqibi yox idi, ancaq o, məmurdan soruşub: "Son cəhddən çəkilsəm, qızıl medalı ikimiz arasında paylaşa bilərikmi?"

Bu təklif rəsmi yoxlanılıb və təsdiq edilib: "Bəli, qızıl medal siz ikinizin arasında bölünəcək".

İtalyan idmançı bu qərardan sonra böyük sevinc yaşayıb.

Qətərli Mutaz Barşim və italiyalı Canmarko Tamberi qızıl medallar qazanıb.

Ağdamın "Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb.

Klubun mətbuat xidməti xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2012-2018-ci illərdə, həmçinin 2019-cu ildə Ağdam təmsilçisinin şərəfini qoruyub.

Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib.

36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.

14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.

"Chessable Masters"

XI tur

Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

XII tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0,5:0,5

XIII tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

XIV tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

XV tur

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

“Abşeron Peşəkar Futbol klubu” MMC ləğv olunur.

 MMc-nin kreditorları iki ay ərzində tələblərini AZ1023 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22V, mənzil 14 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Abşeron Peşəkar Futbol klubu” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şirinov Rəsul Əliağa oğludur. Bakı şəhəri Xətai rayonu, Ziğ şossesi, ev 22V, m. 14 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 10 manatdır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.
 
Yol-xeber.az Qol.az-a istinadən xəbər verir ki, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib. O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da olub.
 
Onlar "Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.
 
Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov "Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.
 

 

 

 

Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

"22 yaşlı hücumçu bu ölkənin "Tondela" klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək.

Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: "Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim üçün ideal olduğunu başa düşdüm".

Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov daha əvvəl Portuqaliyada "Eştoril" və "Pakuş de Ferreyra" klublarının da formasını geyinib.

İyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında "EL-1 IDMAN TƏŞKİLATI"-nın təşkilatçılığı ilə idman yarışı keçirilib. 

Fanat.Az məlumatına görə, xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışa görə, təşkilatın prezidenti 1984-cü il təvəllüdlü Elçin Çobanzadə və onunla bərabər yarışın döyüşçüləri Fərid Qaya (Ferid Qaya) və Rosh Life təxəllüslü məşhur idmançılar da həbs olunub.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

“Qarabağ”ın səfər, “Sumqayıt”la “Keşlə”nin ev sınağı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə “Keşlə” doğma meydanda Rusiyanın “Soçi”, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun  mərhələ keçmək şansları çox azdır. Amma Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisinə, istənilən hesablı qələbə bəs edəcək.

“Qarabağ” isə İsrail “Aşdod”u ilə səfərdə qarşılaşacaq. Ağdam təmsilçisi də ilk oyunda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşdığından, bu dəfə mütləq qələbə qazanmalıdır.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

29 iyul

20:00. Keşlə - Soçi

Baş hakim: Viktor Şimusik (Belarus).

Bakı. “ASK Arena”

İlk oyun – 0:3.

20:00. Sumqayıt - Çukariçki

Baş hakim: Yorgen Burhardt (Danimarka).

Sumqayıt. “Kapital Bank Arena”

İlk oyun – 0:0.

21:00. Aşdod - Qarabağ

Baş hakim: Novak Simoviç (Serbiya).

Aşdod. “Jabotinski” stadionu.

İlk oyun – 0:0.

Xəbər lenti