Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb.

“Report” xəbər verir ki, “Eştadiu Da Luj” stadionunda keçirilən oyun Portuqaliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub.

Beləliklə, ulduz futbolçu Portuqaliya yığmasının heyətində artıq 102-ci dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldu İranın futbol yığmasının Azərbaycan əsilli keçmiş oyunçusu Əli Dayinin rekordunu qırmaq üçün milli komandanın heyətində daha 7 qola imza atmalıdır.

Azərbaycan idmançıları Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

Gənclər və İdman Nazirliyinin saytında yerləşdirilən həmin təşəkkür mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!

İdman ictimaiyyəti adından Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal olunmuş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq.

Cari ilin 27 sentyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək  qısa zaman müddətində  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.

8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi  qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarı ilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.

Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər. 

Biz daima Sizinləyik Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev! Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan ordusu! Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Hamını qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı səhər yuxudan artıq qalib xalq kimi oyandı. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram.

Bunu futbol üzrə Sloveniya yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, yoldaşlıq oyununda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Oyunda qalib gəlmək üçün mübarizə aparacağıq.

"Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Sloveniya-Azərbaycan matçı noyabrın 11-də Lyublyanadakı “Stejiçe” stadionunda keçiriləcək.

Ermənistanlı MMA döyüşçüsü Eduard Vartanyan Ermənistan rəhbərliyini sərt tənqid edib.

İdmançı fikirlərini “İnstagram” səhifəsində yazıb:

"İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Satılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı. Çünki indi qəbul olunanların hamısı Madrid prinsiplərindən çıxarışlardır. Hakimiyyətin ən yüksək eşelonundakı bu xainlər xalqını məhv olmağa göndərdil. Mən hər şeyi bilirəm",- deyə, o, qeyd edib.

Qeyd edək ki, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə II Qarabağ müharibəsinin başa çatdırılması ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanılıb.

UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.

Bir neçə gün öncə idmançı karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib:

“Qoy, Uca Allah söz azadlığı şüarı altında yarım milyarddan çox müsəlmanın inancını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu görəcəksiniz.

Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Report məlumatına görə, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. O, həmçinin Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun UFC 254 yarışında amerikalı Castin Qetji üzərində qələbədən sonra peşəkar karyerasını başa vurmaq qərarına reaksiya verib.

Bu barədə “Sport24” xəbər verib.

UFC prezidentinin sözlərinə görə, o heç vaxt heç kimi fikrindən daşındırmayıb. Uayt xahiş edib ki, azarkeşlər Nurməhəmmədova istirahət etməyə imkan versinlər.

"Ən böyük statusda olan insan seçim hüququna malikdir. Oğlan bir az əvvəl atasını itirdi və mən sizə bu artıq danışdım: bəxtimiz gətirdi ki, biz bu gün onu gördük", - UFC rəhbəri deyib.

Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qələbəsi ilə başa çatıb.

Rusiyalı idmançı üçün bu, atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk, peşəkar karyerasında isə ardıcıl 29-cu qələbə olub. H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun koronavirus testi yenidən müsbət olub.

"Report"  xəbər verir ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.

Forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya "Barselona"sı ilə görüşü buraxacaq. Turin təmsilçisi 3 gün sonra A Seriyasında "Hellas Verona"nı qəbul edəcək.

Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronalduda koronavirus aşkarlanıb.

Əslən Azərbaycandan olan dünyaca məşhur fitnes-model Bahar Nəbiyeva vətəninə dəstəyini bildirib.

“Ölkə.Az” xəbər “İnstagram”da 3 milyon izləyicisi olan Nəbiyeva ermənilərin Azərbaycan torpaqlarını işğal etdikləri barədə videoçarx paylaşıb.

Videoda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ingilis dilində bütün dünyaya səslənir. Qarabağ həqiqətlərini əks etdirən video qısa müddət ərzində on minlərlə insan tərəfindən bəyənilib.

İdmançı videosunu belə şərh edib:

“Bu il bütün dünyada sözün əsl mənasında çılğın hadisələr baş verib və ona görə də hər zaman dəstəyimi ifadə etdiyim ana vətənim Azərbaycanın mənim köməyimə ehtiyacı var”.

"Bura başqa dünyadır. Mən yalnız yerli çempionatda çıxış edən futbolçuların xidmətindən yararlanıram. Albaniyadakı kimi sərəncamımda başqa ölkələrdə oynayan və fərqli təcrübəsi olan oyunçular yoxdur. Bu, komandanın səviyyəsi üçün vacib amildir".

"Ölkə.Az"ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın "Top Channel" kanalına müsahibəsində yığmadakı işi barədə danışarkən deyib.

64 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsinda IV turun Kiprlə oyunu (0:0) üçün Albaniyanın seçilməsinin səbəbini belə izah edib: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır. Şərtləri görən UEFA Kiprlə matçın orada keçirilməməsinə qərar verdi. Seçim olaraq, Albaniya variantının üzərində dayandıq. Buranın mənə yaxın ölkə olması, bizə kömək edə biləcək dostlarımızın çoxluğu seçimimizdə həlledici rol oynadı".

2016-cı ildə İtaliya millisindən təklif aldığını xatırladan De Byazi doğma ölkəsinin yığmasında işləyə bilmədiyi üçün peşam olduğunu vurğulayıb: "Həmin vaxt Arman Duka məni buraxmadı. Çünki Avropa çempionatının finalına vəsiqə qazanmışdıq. Düşündü ki, birdən bu təklif məni işimdən yayındırar. Amma Albaniya seçməsi ilə vidalaşdıqdan sonra ölkəmdə işləyə bilərdim. Bu, bütün italiyalı baş məşqçilər kimi mənim də arzumdur. Alınmadı, peşmanam".

Qeyd edək ki, Canni De Byazi bu ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Xəbər lenti