Peşəkar karyerasını bitirdiyini elan etmiş məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Mahaçqalada qəhvəxana açacaq.

H.Nurməhəmmədov bu barədə öz “Instagram” səhifəsində məlumat verib.

“Coffeemania”da həmişə mehriban qarşılayırlar. May ayında Mahaçqalada qəhvəxana açacağam”, - 32 yaşlı H.Nurməhəmmədov paylaşdığı fotoya şərh olaraq yazıb.oxu.az

 

Təcili tibbi yardım maşını meydançada xarab oldu

Portuqaliya kubokunda baş tutan “Braqa” – “Portu” matçında maraqlı hadisə baş verib.

Braqalıların futbolçusu David Karmo zədələndiyi üçün meydana təcili tibbi yardım maşını gəlib. 

Lakin təcili yardım maşını nasazlıq səbəbindən hərəkət edə bilməyib. Nəticədə futbolçuların köməyi ilə təcili yardım maşını meydançanı tərk edib. 

 

"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm".

Report xəbər verir ki, bu fikiləri Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb: "Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

“Hər şey qısa müddətdə həll olundu”

Bolqarıstanlı hücumçu Ahmed Ahmedov “Neftçi”yə keçidini şərh edib. “Qafqazinfo” xəbər verir ki, klub televiziyasına açıqlamasında o, “Neftçi”də oynayacağı üçün xoşbəxt olduğunu bildirib: “Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, xeyirlisi olacaq və mövsümün sonunda çempionluq əldə edəcəyik. "Neftçi" böyük klubdur. Bu komandada daha yüksək nailiyyətlər qazanacağımıza ümidvaram".

Hələ ki “Neftçi”də forma nömrəsi seçmədiyini bildirən 25 yaşlı forvard Bakıya gələn həftə gələcəyinə ümid etdiyini deyib: "Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam".
Yeni transfer danışmağı çox sevmədiyini vurğulayaraq, həftə sonu keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu ilə bağlı qısaca deyib: “İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medalları qazanacağıq. Uğurlu olmağa çalışacağam".

Hücumçu "Neftçi"yə keçidinin 1 günün içində reallaşdığını diqqətə çatdırıb: "Fevralın 9-da ÇSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə ÇSKA-nın prezidenti razılıq verdi. "Neftçi"nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq "Neftçi"dəyəm".

 

Rəcəbov bu gün Aronyanla qarşılaşacaq

“Opera Euro Rapid” turnirində çıxış edən Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov bu gün daha 5 görüş keçirəcək.

O, Ermənistan təmsilçisi Levon Aronyanla da üz-üzə gələcək.

Bundan başqa Teymur aşağıdakı rəqiblərlə qarşılaşacaq.

Qeyd edək ki, bugünkü görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.

"Opera Euro Rapid"
8 fevral
11-ci: 
Teymur Rəcəbov - Dinq Liren (Çin)
12-ci tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
13-cü tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)
14-cü tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov
15-ci tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

Zabit Səmədov Burakı Çeçenistan Prezidenti ilə görüşdürdü

Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüş paytaxt Qroznı şəhərində baş tutub. Kadırov onlar üçün böyük ziyafət təşkil edib.

Əyləncədən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda Zabit və Burakın rol aldığı “Kurtuluş Osman” serialının yaradıcı heyətinin də yer aldığı məlum olub.

Qeyd edək ki, Z. Səmədov Türkiyənin ATV kanalında yayımlanan  sözügedən serialın 35-ci bölümündə tamaşaçı qarşısına çıxıb. O, “Gəncəbəy” obrazını canlandırır.

 

"Yuventus" klubunun türk futbolçusu Merih Demiral etdiyi paylaşımla diqqətləri çəkib.

 22 yaşlı mərkəz müdafiəçisi dünən, A Seriyanın 21-ci turu çərçivəsində "Roma"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib komandanın erməni futbolçusu Henrix Mxitaryanla təkbətək mübarizə zamanı çəkilən fotosunu paylaşıb.

"İnstagram" hesabının hekayə bölməsində paylaşılan fotonun üzərinə güc nümayişi olan "stiker"ləri yerləşdirən Demiralın bununla nəyə işarə etdiyi barədə maraqlı şərhlər yazılıb.

Belə ki, azərbaycanlı izləyicilərin əksəriyyəti bunu 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan-Türkiyə qardaşlığına və düşmənə əzici zərbə endirmək mənasında "yozublar".

Bir sıra izləyicilər isə Merihi bu paylaşımına görə qınaq obyektinə çeviriblər. Offsideplus.az 

 
 
 
Futbol üzrə Türkiyə millisinin üç mərkəz müdafiəçisinin dəyəri 140 milyon avroya çatıb.

Oxu.az xəbər verir ki, buna qədər klubları Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral üçün 50, Çağlar Söyüncü üçün isə 60 milyon avro transfer qiyməti təyin edib.

Ötən gün isə Türkiyə millisinin müdafiəçilərindən Ozan Kabak “Liverpul” klubuna transfer olub. Futbolçu hələlik icarə əsasında çıxış edəcək. Lakin “Liverpul” yay transfer pəncərəsində türkiyəli gənc ulduz üçün “Şalke”yə 30 milyon avro ödəyəcək.  

Beləliklə, Türkiyə millisinin şərəfini qoruyan üç mərkəz müdafiəçisinin ümumi transfer qiyməti 140 milyon avroya çatıb.

DÇ-2022 azarkeşli olacaq

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını azarkeşlər stadiondan izləyə biləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

50 yaşlı funksioner DÇ-2022-də stadionların azarkeşlərlə tam dolu olacağını bildirib.

DÇ-2022 gələn il 21 noyabr-18 dekabrda Qətərin 7 şəhərində – Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mesut Özilin transferi üçün azarkeşlərin köməyi ilə pul toplamağı planlaşdırır.

Report xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç açıqlama verib. O, "Mesut Ol" kampaniyası başlatdıqlarını diqqətə çatdırıb: "Ən azı bir sms rica edirəm. Telefonu olmayan uşaqlar ata-analarından sms göndərmələrini istəsinlər".

"Fənərbağça" fanatları "Mesut Ol" kampaniyasına böyük maraq göstəriblər. Onlar MESUTOL yazaraq, 1907-yə 20 dəqiqə ərzində 35 000 sms göndəriblər. Bu qədər qısa mesaj qarşılığında 700 000 türk lirəsi (160 494 manat) yığılıb. Bu yolla 2 milyon avro pul toplanılması nəzərdə tutulub. Klub Özilin formasının satışından da pul qazanmaq niyyətindədir.

Qeyd edək ki, hazırda "Fənərbağça"nın borcu 520 milyon avrodur. Mesut Özillə 2023-cü ilədək rəsmi müqavilə bağlanılacaq.

Xəbər lenti