“Atletiko”nun futbolçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

Millətlər Liqasının 3-cü turu çərçivəsində oktyabrın 10-da Azərbaycan yığması ilə qarşılaşacaq Monteneqro millisi ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçusu, “Atletiko”da (Madrid) çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

O, Lüksemburqla qarşılaşmada sarı vərəqə alaraq limiti doldurub. Saviç yığmamıza qarşı matçda oynamayacaq.

Millimiz səfərdə qalib gəldi
Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Komandamız səfərdə Kiprlə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

8 sentyabr

Millətlər Liqası, 2-ci tur

C liqası

22:45. Kipr – Azərbaycan - 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu

Toral Bayramovdan Fransaya əla qol

Xəbər verdiyimiz kimi, 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Fransaya 1:2 hesabı ilə uduzub.

“Qafqazinfo” matçdan hazırlanmış videoicmalı təqdim edir:

Qeyd edək ki, yığmamızın yeganə qolunu 90-cı dəqiqədə Toral Bayramov vurub. 

 

Millimiz Fransaya qarşı

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, yığmamız Fransa komandasını qəbul edəcək.

Saat 21:00-da başlayacaq görüş Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq.  

Türkiyəli hakim Halis Özkahyanın idarə edəcəyi görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.

Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.

Lionel Messi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi komandadan ayrılmayacaq.
Bu barədə argentinalı hücumçu özü məlumat verib.
33 yaşlı forvard bildirib ki, Kataloniya təmsilçisini tərk etmək istəsə də, klub rəhbərliyi buna icazə verməyib: "Narazı idim, getmək istəyirdim. Amma bunu etməyimə icazə vermədilər. Məhkəmə işləri ilə məşğul olmamaq üçün burada qalıram. Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir".

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

UEFA klublarımıza 240 min avro ödədi

UEFA Avropa Liqası turnirinin seçmə mərhələsində iştirak edən klublara vəsait ayırıb. “Qitə futbol qurumunun təyin etdiyi vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Belə ki, “Neftçi”, “Keşlə” və “Sumqayıt” 240 min avro irəli düşüb. Bununla belə, “Keşlə” üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla, klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.

2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 - 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.
Report məlumatına görə, bu barədə ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olub. Gələn il Bakıya stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku həvalə edilib. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.
Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.

Qeyd edək ki, bu il 22 iyun - 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.

Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib
Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı rəsm çəkib.

Rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.

Fotoda millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə döyüşçülər kimi təqdim olunublar.

Momaninin fantaziyasına görə, Lüksemburq yığması qalanı almağa gələn düşmənlərdir. Azərbaycan millisinin üzvləri qalanı müdafiə etməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.report

Türkiyədə azarkeşlərin oyunlarda iştirakı ilə bağlı son qərar verildi

Futbol üzrə Türkiyə Super Liqasının 2020-2021-ci il mövsümünün birinci dövrəsi tamaşaçısız keçiriləcək.
“CNN Türk” xəbər verir ki, bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.

Xatırladaq ki, daha əvvəl elan olunan qərarda oktyabr ayından etibarən Super Liqa matçlarına müxtəlif şərtlərlə azarkeşlərin buraxılması barədə qərar qəbul olunmuşdu.

Lakin Türkiyədə COVID-19 pandemiyası ilə bağlı son vəziyyət qərara yenidən baxılmasına və futbol üzrə ölkə çempionatının birinci dövriyyəsi ilə bağlı qəbul edilən öncəki qərarın ləğvinə səbəb olub.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2020-2021-ci il mövsümü sentyabrın 11-də start götürəcək.

““Neftçi” daha bir utancverici hadisəni tariximizə yaza bilər”

“Futbolda rəqibi alçaltmaq yoxdur. Vaxtı ilə “Ostersun” və “Tromse” faciələri yaşanıb. Bu halda hansı rəqibə saymamazlıq etmək olar?”

Bunu Türkiyənin tanınmış futbol yazarı Ahmet Çakır Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununu dəyərləndirərkən deyib.

İdman yazarı rahatçılığın “Qalatasaray”a baha başa gəlməsindən narahatlığını vurğulayıb: “Neftçi” pandemiyanın yaratdığı fasilədən sonra “cim-bom”un çöküşünü başladan “Rizəspor”un etdiyini təkrarlaya bilər. Bununla yanaşı, uzun illər əvvəl “Qalatasaray” heç kimin gözləmədiyi halda “Mançester Yunayted” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıbsa, “Neftçi”nin də buna şansı var. Əgər bu şeylər düşünülməsə, Bakı klubu daha bir utancverici hadisəni tariximizə yazacaq. Rəqibin bu cür uğurlara ac olması onlar üçün böyük motivasiyadır. “Qalatasaray” mövsümə tam hazır olmadığından, onların istəyi reallaşa bilər”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti