“Yuventus”un hücumçusu Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib.

Müvafiq sorğunu “Globe Soccer” keçirib.

Səsvermədə Ronaldu 38% səs toplayıb. Onu 24% faiz səslə “Barselona”nın hücumçusu Lionel Messi izləyib. Üçüncü yerdə isə “Liverpul”un misirli forvardı Mohamed Salah qərarlaşıb – 23%.

Eks “Barselona”lı Ronaldinyo 14% səs toplayıb və dördüncü olub.

2020-ci ilin ən yaxşı futbolçusu adını “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski, ən yaxşı məşqçisi ünvanını isə münhenlilərin çalışdırıcısı Hans Diter Flik qazanıb.

Əsrin ən yaxşı baş məşqçisi Xosep Qvardiola olub.

“Yuventus” belə darmadağın oldu

İtaliya A Seriyasının 14-cü turunda keçirilən “Yuventus” “Fiorentina”nı qəbul edib.

Turin klubu evdə florensiyalılara darmadağın olub. 

Həmin oyunun videoicmalını təqdim edirik:

 

Liqa 1 matçından sonra faciə

Futbol üzrə Fransa çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Loryan” - "Renn" matçından sonra faciəvi hadisə baş verib.

"Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib.

Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb. Dağıntılar altından çıxarılan zərərçəkənə həkimlər ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir.

Oxu.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.

Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.

Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.

İdmançımız rəqibini o qədər o tərəf-bu tərəfə edərək xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib (9:0).

 

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev UFC-də dördüncü döyüşünə çıxıb.

Oxu.az xəbər verir ki, o, bu dəfə ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-nin əsas yarışında döyüşüb. Fiziyevin UFC-256 turnirinin yüngül çəkili döyüşündəki rəqibi braziliyalı Renato Moykano olub.

Rafael 1-ci raundda (4:05) rəqibini sol yumruğu ilə nokauta göndərib. Baş hakim döyüşü saxlayaraq, qələbəni Fiziyevə verib.

Qazaxıstan doğumlu, Qırğızıstan vətəndaşı olan, lakin milliyyətcə azərbaycanlı olan, "Ataman" ləqəbli Rafael Fiziyev bununla da peşəkar MMA-da doqquzuncu qələbəsini (bir məğlubiyyəti var – S.M.) qazanıb. Bu onun UFC-də üçüncü qələbəsi olub.

Döyüşdən sonra Rafael Fiziyev Vətən Müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, yüngül çəkidə gecənin əsas döyüşlərindən biri amerikalı Toni Ferqyusonla braziliya Şarlis Oliveyra arasında keçirilib. Tanınmış Ferqyuson hakimlərin qərarı ilə məğlub elan edilib.

Eldəniz Əzizlinin erməniyə qalib gəldiyi görüşün

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda azərbaycanlı dünya çempionu Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə erməni Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gəlib.

“Qafqazinfo” həmin görüşün videosunu təqdim edir:

 

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlığından video paylaşıb.

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər 

Paylaşımda Həbib Nurməhəmmədovun amerikalı MMA döyüşçüsü Castin Qetji ilə döyüşə hazırlıq prosesi əks olunub.

"Düşünürəm ki, bu epizoda baxmaq sizə maraqlı olacaq. Hazırlıq vaxtı ən ağır anlardan biri", - deyə o qeyd edib.

Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi oktyabrın 25-də UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu desə də, 1 ay sonra UFC-yə qayıdacağına işarə edib.

"Qarabağ" klubu dekabrın 10-da "Vilyarreal"a qarşı İspaniyada keçirməli olduğu UEFA Avropa Liqasının VI tur matçı ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan, 2-si qapıçı olmaqla, 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

 İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk UEFA üzvü olan 55 ölkənin yığmalarını beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək. Bu isə o deməkdir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 6 komandalı qrupa düşməsə, özündən reytinqcə üstün yığmalara rəqib olacaq.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.

“Qarabağ” “Makkabi”yə qarşı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq. 

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.

Avropa Liqası

İ qrupu

3 dekabr

21:55. “Qarabağ” - “Makkabi”

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.

Xəbər lenti