Messinin atası

İspaniya "Barselona"sının prezidenti Xosep Bartomeu ilə komandanın kapitanı Lionel Messinin atası Xorxe Messi arasında gözlənilən görüş baş tutub.
Report xəbər verir ki, söhbət zamanı 57 yaşlı funksioner futbolçunun klubda qalmalı olduğunu bildirib.

Yeni baş məşqçi Ronald Kumanın argentinalı hücumçuya böyük ümidlər bəslədiyini deyən Bartomeu Messiyə 2 illik müqavilə təklif etmək istədiklərini söyləyib.
X.Messi isə öz növbəsində oğlunun komandadan gedişi ilə bağlı rəhbərliklə razılıq əldə etməyə çalışıb. Amma tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Görüşdə sözügedən şəxslərlə yanaşı, "Barselona"nın meneceri Xavyer Bordas, Messinin qardaşı Rodriqo və vəkili Xorxe Pekur da iştirak ediblər.

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə razılaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının ilk turunda baş tutacaq Azərbaycan – Lüksemburq matçının hakimləri açıqlanıb. Matçı ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Kris Kavana olacaq. Ona həmyerliləri Da Daniel Riçard Kuk və Sian Massey köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.

“Təzyiqlərimiz olmasaydı, UEFA matçın neytral meydanda keçirilməsinə razılaşacaqdı”

“UEFA hələ ki, bununla bağlı qərar verməyib. Bizim təzyiqlərimiz onların qərar verməsini yubadır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib. 

O bildirib ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə matçın hələ harada keçiriləcəyi bəlli deyil. Qarşı tərəfin qarşılaşmanın neytral meydanda keçirilməsi istəyi ilə UEFA-ya müraciət etməsi hələ ki, cavabsız qalıb: “Çalışırıq ki, oyun doğma meydanda olsun. Bütün səylərimizlə UEFA ilə danışıqlar aparırıq. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bu məsələ ilə bağlı qitə futbol qurumu ilə danışıqlar aparır, dəstəyini göstərir. Lakin hazırki vəziyyətdə qərar verilməyib”. 

Klub rəsmisi UEFA-nın Norveç hökumətinə məktub ünvanlandığını bildirib: “Norveçdə belə bir qərar var ki, ölkə vətəndaşları Avropa Birliyi ölkələrindən kənara çıxa bilməz. İdman və ya başqa vəziyyətlər üçün heç bir istisna yoxdur. Məsələn, Macarıstan qırmızı zonada olan ölkələrə idman yarışları üçün gedənləri karantinə almır. Amma Norveçdə konkret olaraq hər kəsə qadağa qoyulub. Bizim də UEFA-ya müraciətlərimiz üzərinə Norveç hökumətinə müraciət edib. Əgər bizim təzyiqlərimiz olmasaydı, yəqin ki, UEFA matçın neytral meydanda keçirilməsinə qərar verəcəkdi”.

“Qarabağ”ın pley-off-dakı rəqibləri müəyyənləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Ağdam klubu 3-cü təsnifat mərhələsində “Molde” səddini keçərsə, “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off matçları sentyabrın 22-23-də, cavab qarşılaşmaları isə 29-30 sentyabrda baş tutacaq.

İspaniya "Barselona"sı futbolçu Lionel Messini İngiltərənin "Mançester Siti" klubuna satmağa hazırdır.
Kataloniya təmsilçisi 33 yaşlı hücumçudan ötrü "şəhərlilər"dən 280 milyon avro istəyir. "Barsa" argentinalı forvardın əlavə vəsaitlə birgə dəyişdirilməsinə də razıdır.
Qeyd edək ki, daha əvvəl Messi hazırkı klubundan ayrılmaq istədiyini bildirib. Onu heyətinə cəlb etməyə namizədlər arasında İtaliya "İnter"i və "Yuventus"u, həmçinin Fransa PSJ-si də var. Messi yetirməsi olduğu "Barselona"nın əsas heyətində 2004-cü ildə debüt edib. O, 6 dəfə "Qızıl top"un sahibi olub.

3 klubumuz Avroliqada mübarizəyə başlayır

Bu gün UEFA Avropa Liqasında 2020/2021-ci il mövsümünə start veriləcək. Azərbaycan klubları da qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə qoşulacaq.

Avropa Liqasında çıxış edəcək hər 3 klubumuz mübarizəyə 1-ci təsnifatdan başlayacaq.

“Neftçi” Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.

“Keşlə” Albaniya “Laçi”sini qonaq edəcək.

Avrokuboklarda debütə hazırlaşan “Sumqayıt” isə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Avropa Liqası

1-ci təsnifat mərhələsi

27 avqust

20:00. Neftçi - Şkupi

Hakimlər: Aleksandr Qolubev, Raymond Tatrik, Yevgeni Morozov, Artis Kenin (hamısı Latviya).

Bakı. “Bakcell Arena”.

21:00. Keşlə - Laçi

Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).

Bakı. “ASK Arena”.

20:00. Sumqayıt - Şkendiya

Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan).

Sumqayıt. “Kapital Bank Arena”.

Azərbaycan reytinqdə irəlilədi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ardından reytinq cədvəlini yeniləyib. “Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub.

“Qarabağ”ın Moldova təmsilçisi “Şerif”i 2:1 hesabı ilə məğlub etməsi ölkəmizin bir pillə irəliləməsinə səbəb olub.

Bu oyunlaradək Azərbaycan UEFA reytinqində 26-cı sırada idi. Ancaq Rumıniya klubu ÇFR-in öz meydanında Xorvatiya təmsilçisi “Dinamo” ilə 2:2 hesablı heç-heçə edərək 25-ci pilləni ölkəmizə təhvil verib.

Xatırladaq ki, Azərbaycanın aktivində 15, 125 xal var.

Messi İngiltərə klubuna keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə Argentinanın “Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.

Dmitri Nazarov Azərbaycan yığmasınn dəvətindən imtina etdi

Almaniya 2-ci Bundesliqasında çıxış edən “Aue” klubunun futbolçusu Dmitri Nazarov Azərbaycan millisinə aldığı dəvətdən imtina edib.

Bu barədə o, “sueddeutsche” nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, koronavirus səbəbindən risk alıb Azərbaycana gəlmək fikrində deyil.

“Dəvət aldım, amma Azərbaycana getmirəm. Çünki hazırda koronavirusla bağlı vəziyyət pisdir, təhlükəsizliyim isə mənim üçün daha vacibdir. Azərbaycan da risk zonasıdır və ora uçuşlar da o qədər asan deyil. Buna görə biz millinin məşqçisi ilə birgə bu dəfə evdə qalmağımla bağlı qərar verdik ”, - 30 yaşlı hücumçu açıqlamasında deyib. O, həmçinin qeyd edib ki, əgər vəziyyət bir qədər yaxşılaşsa, yenidən milliyə qayıda bilər.

“Barselona” azarkeşləri etiraz aksiyasına başladı

“Barselona” fanatları klubunun ofisinin qarşısında aksiya keçiriblər. “Buna səbəb Lionel Messinin katalon klubundan ayrılıq xəbərlərinin yayılmasıdır. 

Tərəfdarlar klub prezidenti Xosep Bartomeunun istefasını istəyiblər. Onlar bildirib ki, Messi istənilən halda klubda qalmalıdır. 

 

 

Xəbər lenti