Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.

Ardını oxu...

Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Speranta” oyunu ilə bağlı təşkil edilmiş mətbuat konfransında səsləndirib.

Təcrübəli məşqçi deyib: “Oyunda maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər. Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Ola bilər ki, sabah heyətdə onu da görərsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. Hazırda yalnız “Speranta” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqqında da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diktə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.

Roberto Bordin ilk oyunda heyətdə olunan dəyişiklik haqında da söz açıb: “Voislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, qeyd edim ki, komandamızda 6 arxa xətt oyunçusu var. Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.

UEFA Azərbaycanın FİFA hakimlərinə növbəti təyinat verib.

Ardını oxu...

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Ardını oxu...

“Qarabağ”ın yeni transferi Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə Albaniyadakı ilk oyunu buraxacaq.

Axar.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, braziliyalı sol cinah müdafiəçisi hələ “Neftçi”də çıxış edərkən cəzalı duruma düşüb.

24 yaşlı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində Monteneqronun “Mladost” klubu ilə cavab oyununda (1:1) qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılmışdı. Cəzasının 2 oyununu çəkən Ailton daha bir avrokubok matçını buraxmalıdır ki, bu da “Qarabağ”ın heyətində “Partizani” ilə ilk görüşə təsadüf edəcək.

Qeyd edək ki, iyulun 10-da keçiriləcək “Partizani” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. “Dalğa Arena”dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.

Yaxşı oyun oldu. Görüş 2:2 hesabı ilə başa çatmasına baxmayaraq, istədiyimiz çox şey alındı.

Ardını oxu...

 

Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.

Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.

İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Kənan Heybətov ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Italiya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. Bununla belə, Belarus təmsilçisinə ilk hissədə qalib gələn Kənan Avropa üçüncüsü olub.

Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan Sabir erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbəylə Avropa çempionu olub. 

Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.

Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb. Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan Saqadulla bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən Ağayev bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

“Qarabağ” ÇL-də bu 5 rəqibin biri ilə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.


“Çelsi” final hazırlığını tamamladı

Avropa Liqası finalı çərçivəsində sabah Bakıda “Arsenal”la qarşılaşacaq. “Çelsi” Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqinə çıxıb.

“Qafqazinfo” “zadəganlar”ın məşqindən fotolarl təqdim edir:

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal

 
















İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda daha bir ilk yaşanacaq.

Report-un məlumatına görə, komandaların həlledici matç üçün iştirak ərizələrinə 18 əvəzinə 23 oyunçu daxil ediləcək. Bununla da ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq.

Finalçılardan "Arsenal" mayın 25-də Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib. Baş məşqçi Unay Emeri final matçında bir oyunçusunun xidmətindən yararlana bilməyəcək. Digər finalçı "Çelsi" isə bu gün axşam saatlarında Bakıda olacaq.

Avropa Liqasının finalında həmçinin ilk dəfə Video-Köməkçi Hakim (VAR) sistemindən də istifadə olunacaq.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti