İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal

100 mindən çox insan FIFA prezidenti Canni İnfantino haqqında araşdırma aparılması tələbi ilə petisiya (imza kampaniyası) imzalayıb.
Bu barədə “FairSquare” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi neytrallıq prinsipini pozmaqda və təşkilatın maraqlarını qorumamaqda ittiham olunur. Təqdim olunan ittihamlar arasında ABŞ Prezidenti Donald Tramp ilə yaxın əlaqələr və ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasının dayandırılmasında İnfantinonun müəmmalı rolu xüsusi yer alır.

“FairSquare” avqust ayında FIFA Komitəsinə məktub ünvanlayaraq İnfantinonun yeni müddətə namizədliyini irəli sürmək hüququndan məhrum edilməsini tələb edib.

“100 min insanın bu məsuliyyətə cəlb etmə çağırışına imza atması ictimaiyyətin artan narahatlığının bariz sübutudur”, – deyə təşkilatın direktoru Nikolas Makqihan məsələyə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “FairSquare” oxşar şikayətlə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət etsə də, qurum məsələyə baxmaqdan imtina etmişdi. İyul ayında isə İnfantino 4,2 milyard dollar cəlb etməklə FIFA-nın əsas turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmağı təklif etsə də, bu təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və KONMEBOL tərəfindən birbaşa rədd olunmuşdu.(qafqazinfo)

26 Oktyabr 2026 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
22 Oktyabr 2026 Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
21 Oktyabr 2026 UEFA Çempionlar Liqası: Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
20 Oktyabr 2026 “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
13 Oktyabr 2026 “Sabah” Bakıda ilk ÇL matçına çıxır
10 Oktyabr 2026 4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
07 Oktyabr 2026 “Son tanqo” başa çatdı... - Video
02 Oktyabr 2026 Ronaldoya görə 500 min izləyici itirdilər
02 Oktyabr 2026 Türkiyə futbolunda qalmaqal: Məşhur hakim oyundan sonra saxlanıldı
29 Sentyabr 2026 FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
29 Sentyabr 2026 FIFA prezidenti Azərbaycana gəlib
26 Sentyabr 2026 Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
25 Sentyabr 2026 Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
25 Sentyabr 2026 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
24 Sentyabr 2026 Bu gün Azərbaycan Qran-Prisi start götürür
19 Sentyabr 2026 “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
18 Sentyabr 2026 Azərbaycan millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 “Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
10 Sentyabr 2026 "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
10 Sentyabr 2026 “Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları

Xəbər lenti