|
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Aagentlik tərəfindən hazırlıq işlərinə start verilib.
Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq.
Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Məlumata görə, bu məqsədlə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi şirkətin seçilməsi nəzərdə tutulub. Bunun üçün isə açıq tender elan edilib.
Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yenidənqurma ölkə prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planınaəsasən həyata keçirilir.
Ağdam rayonunda cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdi, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub.
Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri həyata keçirildi. İşlərin aparıldığı sahə 150 min kv.m-dir.
Tikinti norma və standartlarına uyğun olaraq yol boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb, yol əsasının alt layı karxana çınqılı, üst layı isə optimal çınqıl qarışığı ilə salınıb. Daha sonra yola 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə üzrə həyata keçirilib.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və km göstəriciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Ümumilikdə 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Qeyd edək ki, 2018-2020-ci illər ərzində Ağdam rayonu ərazisində cəbhəyanı kəndlər üstünlük təşkil etməklə 50 minə yaxın əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 51,3 km avtomobil yolu yenidən qurulub və bərpa edilib.
Azərbaycan təbii qazını Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 4 il yarımdan çox davam edən tikintisi başa çatıb.
“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.
Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.
Məlumatda deyilir ki, hazırda TAP ticari əməliyyatlara başlamaq üçün hazırlıq işlərini yekunlaşdırır və qonşu transmissiya əməliyyat sistemlərinə uyğun bazar tutumu təklif edir.
TAP boru kəmərinin İtaliyanın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın sonunadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin sonlarında nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.
Report xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,94 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün müvafiq işlərə başlanılıb.
Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin, svayların vurulması üzrə işlər icra olunur.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 22,6 min qorunan əmanətçisinə 534,4 milyon manat kompensasiya ödəyib.
Bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,1 min əmanətçisi 211,4 milyon manat, “Amrah Bank”ın 5,5 min əmanətçisi 131,8 milyon manat, “AGBank”ın 4,1 min əmanətçisi 78,4 milyon manat, “NBC Bank”ın isə 3,9 min əmanətçisi 112,8 milyon manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir:
“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda, qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur.
Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81,5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.
Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində iki milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.
Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarında fəaliyyətə icazə verilsin.
Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.
Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 milyon manat və 4,5 milyon manat ayrılıb.
Lənkəran rayonunda əhalinin bir-neçə istiqamət üzrə rahat hərəkətini təmin edən, keçdiyi ərazilər boyu kənd təsərrüfatı və sənayenin birbaşa inkişafına şərait yaradan, bununla da sosial-rifah halına müsbət təsir edən daha bir yol infrastrukturunun yenidən qurulması layihəsi uğurla icra olunaraq yekunlaşdırılıb.
Ümumi uzunluğu 38.6 km olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulub. Bu rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 km-lik hissəsidir.
Təbii ki, 10 yaşayış məntəqəsinin yollarının, həmçinin mövcud magistralın bu ərazidən keçən hissəsinin yenidən qurulması əhalinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral yolu və Lənkəran-Lerik respublika əhəmiyyətli yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında yolların təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalıb.
Sözügedən avtomobil yollarında nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb, yol əsasın alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə yol boyu müxtəlif diametrlərə malik 1922 paqon-metr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.
AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışı ilə bərkidilməsi işləri aparılıb.
Asfalt-beton örtüyünün salınması işləri yekunlaşandan sonra yollar boyu zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və km göstəriciləri quraşdırılıb, üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılıb.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.